30 dek 14:22idman, manset

İslam Həmrəyliyi Oyunlarına 100 milyon dollar xərclənəcək

İslam Həmrəyliyi Oyunlarına 100 milyon dollar xərclənəcək
Dekabrın 27-də Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) inzibati binasında ilin yekunuyla bağlı hesabat xarakterli mətbuat konfransı keçirilib. Nazir Azad Rəhimov əvvəlcə bunları deyib: “2016-cı ildə idmançılarımız beynəlxalq turnirlərdə 837 medal qazanıb. Bu medallardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdü. Bu il Azərbaycanda 203 daxili, 52 beynəlxalq yarış keçirilib. Həmçinin yığmalarımız 198 beynəlxalq turnirdə mübarizə aparıb. Müxtəlif növlər üzrə yığmalarımız hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak edib. Olimpiya Oyunlarında yüksək nailiyyətlərə görə iki nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Həmçinin 18 nəfər “Tərəqqi” medalına, 16 nəfər isə ölkə prezidentinin fəxri diplomuna layiq görülüb. Paralimpiya Oyunlarının nəticələrinə görə 2 nəfər "Şöhrət” ordeni, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 8 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 9 nəfər “Tərəqqi” medalı, 1 nəfər isə ölkə prezidentinin fəxri diplomu ilə təltif edilib”.
Nazir vurğulayıb ki, cari ildə idmanın müxtəlif növləri üzrə 90 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. 6 nəfər ali, 80 nəfər birinci, 4 nəfər ikinci kateqoriya alıb. 35 nəfərə “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, 49 nəfərə “Əməkdar məşqçi”, 23 nəfərə “Əməkdar İdman Ustası”, 10 nəfərə “Respublika dərəcəli hakim” fəxri adları verilib. 156 nəfər idman ustası normasını yerinə yetirib. 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri planauyğun gedir. Yarışın təşkilində əsasən yerli mütəxəssislərin əməyindən istifadə olunur. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda keçiriləcək. Yarışa 4 min idmançı və 2 min nəfərlik nümayəndə və texniki heyət qatılacaq. İlk Avropa Oyunlarında olduğu kimi, idmançılar və nümayəndə heyətləri Atletlər Kəndində yerləşdiriləcək. Gələn il ölkəmizdə “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si və qadın voleybolçular arasında Avropa çempionatı kimi nüfuzlu yarışlar da keçiriləcək.
Daha sonra nazir jurnalistlərin suallarını cavablayarkən maraqlı fikirlər səsləndirib: “İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tam şəkildə formalaşıb. 60-a yaxın əcnəbi mütəxəssis və 500-ə yaxın yerli gənc bu işlərin öhdəsindən gəlir. Mədəniyyət tədbirləri həyata keçiriləcək. Oyunlarda 4 minə qədər idmançı, 2 min nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq. Ümumilikdə Atletlər Kəndində 6 minə yaxın adam qalacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub. Bunun 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub.
10 ildən sonra dopinqlə mübarizə aparılması üçün hansı cihazların yaradılacağı məlum deyil. Bu gün dərman qəbul edib, 10 ildən sonra tapıldıqda həmin idmançıdan medalını geri alırlar. Biz bununla razı deyilik. Amma Dünya Antidopinq Agentliyinin öz xətti var. Biz də buna hazır olmalıyıq. Belə bir qanun qəbul olundu. Milli Antidopinq Agentliyi qeydiyyatdan keçirilib və yanvarın ilk günlərindən fəaliyyətə başlayacaq. Agentliyin nəzdində üç şöbə fəaliyyət göstərəcək. Üzümüzə gələn il 400-ə qədər dopinq təhlili götürməyi düşünürük. Eyni sayda da İslam Oyunlarında olacaq. Bu da 800 edir və yüksək göstəricidi. Agentliyin rəhbəri Şəfəq Hacıyeva olacaq. Biz onu təklif etdik və qəbul olundu".
Yeri gəlmişkən, bir sıra idmançılar və mütəxəssislərə fəxri adlar verilib. Əliağa Əliyev, Rövşən Əhmədov, Oktay Mehdiyev, Tofiq Kamilov, Hafiz Yahyayev, İradə Əmrəli, Xanlar Allahverdiyev, Rafiq Aslanov, Teyyub Əzizov, İlyas Siracov, İlham Mirzəyev, Əli Hüseynov, Səxavət Nərimanov və Nazim Rzayev fəxri bədən tərbiyəsi və idman işçisi, Şəmsi Səfərli, Turac Hüseynli, Şəmsi Bayramov, Fyodor Kirillov, Şıxmurad Əlimuradov, Xəyal Əliyev, Orxan Məmmədov, Rasim Əliyev, Famil İsmayılov, Yalçın Manaflı, Elnur Alıyev, Oktay Muxtarov, Rəhman Hüseynov, Cavid Qurbanzadə, Elçin Həmidov, Fərid Mayılov, Əli Əliyev və Mahir Quliyev əməkdar məşqçi, Anar Allahverdiyev, Aleksandr Polişuk, Ramin İbrahimov, Kamran Şahsuvarlı, Pərviz Abdullayev, Mərdan Vəliyev, Ramil Qasımov və Yelena Vıstropova əməkdar idman ustası adını alıb. Güloğlan Cabbarov və Səbuhi Rəcəb isə fəxri diplomla təltif olunub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar