30 dek 14:20idman, manset

Cahangir Əsgərov yenə federasiya prezidenti seçildi

Cahangir Əsgərov yenə federasiya prezidenti seçildi
Çərşənbə axşamı “AAAF Park” Yaşayış Kompleksinin konfrans salonunda Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib. Şəhər və rayon idman cəmiyyətləri, idman klubları, idman məktəbləri və AAAF-ın bütün üzvləri konfransda iştirak edərək mandat əldə edib. Onlardan 68 nəfərin səsvermədə iştirak hüququ olub. Konfransı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov giriş sözü ilə açıb. O, ölkəmizdə idmana, həmçinin bütün başqa sahələrə dövlət rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyini, bunun nəticəsində inkişafa nail olunduğunu qeyd edib. İsamıyılov idmançılarımızın böyük nailiyyətlər əldə etdiyini, bayrağımızı beynəlxalq yarışlarda dəfələrlə qaldırıldığını, himnimizin səsləndirildiyini bildirib. Daha sonra söz vitse-prezident Tofiq Heydərova verilib. O, son illərdə ağır atletikada baş verən hadisələr, yaranan problemlər, həmçinin əldə olunan böyük uğurlar haqda danışıb, infrastruktur məsələlərinin qısa müddətdə həll olunduğunu, idmançılar üçün ən yüksək şərait yaradıldığını qeyd edib. Heydərov Azərbaycanın daxili yarışlarının Avropa çempionatları səviyyəsində təşkil olunduğunu, maliyyə dayaqlarının möhkəmləndirildiyini bildirib.
Mandat Komissiyasının adından baş katib Rizvan Rəsulov çıxış edib. O, ölkənin bütün regionlarından nümayəndələrin konfransa dəvət olunduğunu, 68 nəfərin qeydiyyatdan keçərək səsvermə hüququ əldə etdiyini bildirib. Daha sonra səsvermə keçirilib. Yeganə namizəd kimi AAAF-ın prezidenti, AZAL Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov göstərilib. Onun namizədliyi yekdilliklə dəstəklənib. Sonda AAAF-ın Rəyasət Heyəti səsə qoyulub, 25 nəfərlik heyət yekdil səsvermə ilə təsdiqlənib. İcraiyyə Komitəsinin üzvləri, vitse-prezidentlər, həmçinin başqa komitələrin tərkibi müəyən edilib, səsvermə nəticəsində təsdiqlənib. Beləliklə, İcraiyyə Komitəsinin üzvləri 7 nəfərdən - Cahangir Əsgərov (prezident), Rizvan Rəsulov (baş katib), İsmayıl İsmayılov (vitse-prezident), Azər Əliyev (vitse-prezident), Ruslan Xanverdiyev (vitse-prezident), Tofiq Heydərov (vitse-prezident) və Elxan Əliyevdən (icraçı direktor) ibarətdi. Rəyasət Heyətində bu 7 nəfərdən başqa aşağıdakı şəxslər yer alıb: Natiq Ağayev, Vahid Nəzərov, Fəxrəddin İsmayılov, Əli Nəbiyev, Fəxri Ağayev, Rafiq Zülfüqarov, Şüa Hüseynov, Rəşad Əliyev, Oruc Məmmədli, Azad Mustafayev, Qadir Babayev, Yavər Hacıyev, Raqif Abbasov, Rəşad Quliyev, Fikrət Adıgözəlov, Hüseyn Səfərov, Rahid Məmmədov, Cəmil Əsgərov.
Qəzetimizin sabiq əməkdaşı Kənan Məstəliyev AAAF-ın mətbuat katibi təyin olunub. Katiblikdə Elnarə Təhməzova, Şəhla Hüseynova, Zərifə Rəsulova və Rüfət Nadirli də çalışacaq. Təftiş Komitəsinin üzvləri Solmaz Əliyeva, Nailə Babayeva və Əli Nəbiyev seçilib. Oktay Muxtarov (Abşeron), Mikayıl Abbasov (Cənub), Kərim Kərimli (Qərb), Şəfi Hüseynov (Naxçıvan) və Rauf Quliyev (UGİM) Regionlar üzrə Komitənin üzvü olub. Məşqçilər Şurasında Tofiq Heydərov, Maksum Xasanov, Asif Məmmədov, Soltan Kərimov, Anar Qasımov, Hakimlər Kollegiyasında Azad Mustafayev, Vahid Nəzərov, Qadir Babayev, Məmməd Məmədov, Elxan Süleymanov, Tibb Komitəsində Fuad Zeynalov, Məryəm Səfirxanova, İsmixan Qardaşzadə, Kamal Ələkbərov, İlham Məmmədov, Veteranlar Şurasında isə Natiq Ağayev,
Məmməd Useynov, Asif Məlikov, Vladimir Jilyayev və Akif Alıyev təmsil olunacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar