03 avq 17:54idman

AGF bəyanat yaydı, məsuliyyəti boynundan atdı

AGF bəyanat yaydı, məsuliyyəti boynundan atdı
Güləşçilərin ötən cümə keçirdiyi etiraz aksiyasından sonra bir müddət gözləmə mövqeyi tutan Güləş Federasiyası avqustun 1-də bəyanat yayıb. Bəyanat, nə bəyanat! Necə deyərlər, üzrü qəbahətindən betər olan bu bəyanatı qısa ixtisarla nəzərinizə çatdırırıq: “Məlum olduğu kimi, ölkəmizdə idman sahəsi, o cümlədən idmançılar dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub, ayrı-ayrı idman növlərinin inkişafı, maddi-texniki bazasının təkmilləşdirilməsi və idmançılarımızın yetişdirilməsi sahəsində çoxlu iş görülür. Bu idman növləri arasında Azərbaycanda qədim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət yetirməsi, Güləş Federasiyasının yaradılması, bu idman növünün inkişaf etdirilməsi, yığmaların formalaşdırılması, maddi-texniki bazanın yaradılması, güləşçilərimizin yetişdirilməsi istiqamətində AGF-nin həyata keçirdiyi işlər nəticəsində bu gün Azərbaycan dünyada bu idman növü üzrə sözünü deyən, liderlər sırasında yer alan bir ölkəyə çevrilib. Son 10 ildə güləşçilərimiz qatıldıqları bütün beynəlxalq yarışlarda, o cümlədən Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında daim yüksək nəticələr göstəriblər. Azərbaycanın müstəqillik dövründə iştirak etdiyi Olimpiya Oyunlarında qazandığı 44 medaldan 23-ü məhz güləşin payına düşür. Son üç Olimpiya Oyunlarında güləşçilərimiz 20 medal əldə edib. Şübhəsiz, bütün bu uğurlar bir tərəfdən dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı, digər tərəfdən milli üzvlərinin AGF ilə birgə əməyi və zəhməti hesabına başa gəlib.
Bununla yanaşı, nəzərə almaq lazımdı ki, AGF ictimai birlik statusu daşıyır və fəaliyyətini məhz “İctimai birliklər haqda” Qanunun tələbləri əsasında qurur. Federasiyanın vəzifəsi güləşin inkişafına dəstək vermək, yığmaların heyətini formalaşdırmaq, onların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını təşkil etmək, Azərbaycanın beynəlxalq arenada layiqincə təmsil olunmasına şərait yaratmaqdı. Federasiya öz fəaliyyətini dövlət maliyyəsi ilə yox, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət göstərməsi qəbul edilmiş və geniş tətbiq olunan praktikadı. Bu baxımdan federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur və bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldı. Bu, şübhəsiz ki, müvəqqəti xarakter daşıyır.
İdmançılarla bağlı yaranmış vəziyyətə aydınlıq gətirərək bildiririk ki, ictimai birlik olaraq AGF-nin idmançılara maaş vermək kimi öhdəliyi yoxdu. Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman rəhbərliyin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma üzvlərinə maddi yardımlar verilib. Belə yardımlar idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb.
Eyni zamanda, bildiririk ki, milli üzvləri Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılır. Həmçinin məlumat üçün bildiririk ki, Rio de Janeyro Olimpiadası və paytaxtımızda baş tutan 4-cü İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib.
Təlim-məşq toplanışlarına dair məsələ ilə bağlı bildiririk ki, AGF ictimai birlik kimi bu sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir. Yığmaların təlim-məşq toplanışları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və başqa məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik. Lakin bunlar həll olunan məsələlərdi və tezliklə aradan qaldırılacaq.
AGF idmançıların narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir, ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan güləşçilərimizi səbirli olmağa dəvət edir. Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan nailiyyətlərə kölgə salmağa çalışanlara isə bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındı və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm güləşçilərimiz, həm də federasiya rəhbərliyi indiyədək əlindən gələni edib və yenə də edəcək”.
AGF-nin başqa federasiyalar kimi ictimai birlik olduğunu bilirik. Ancaq bəyanatda qurumun yığma üzvlərinə maaş vermək kimi öhdəliyinin olmamasının qeyd olunması absurddu. Bunu məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi də qiymətləndirmək olar. Məsələ burasındadı ki, bütün fərdi növlərdə (əslində futbol istisna olmaqla, bütün növlərdə) yığma üzvlərinə maaş (bəzən buna təqaüd də deyilir) verilir. Şahmatda da belədi, cüdoda da, boksda da, güləşdə də. Lap deyək ki, AGF-nin güləşçilərə maaş vermək öhdəliyi yoxdu. Bəs masajçı və həkimlərə necə? Buna necə cavab verə bilərsiz? Bəyanatda bu məqam nədənsə unudulub. Digər tərəfdən, açıqlamanın sonlarında federasiya problemlərin olduğunu etiraf edib. Söhbət sponsordan gedirsə, bu məsələnin də “azərbaycansayağı” yolla tənzimləndiyini çox yaxşı bilirik. Hamı bilir ki, AGF-nin sponsoru olan “Ata Holdinq” elə birbaşa qurumun prezidenti, vergilər naziri Fazil Məmmədovun kurasiyasındadı. Burda “Həsən keçəl, keçəl Həsən” oynamağın bir mənası yoxdu. Sadəcə, vaxtında legionerlərə nəhəng məbləğdə vəsait xərcləmək lazım deyildi. Heç olmasa, belə çətin durumda “milliləşdirməyə” son qoyun. Əcnəbiləri vətənə yola salın. İcazə verin, əsl milli güləşin potensialının nəyə qadir olduğunu görək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar