03 avq 14:51idman

Cavid Qurbanov AÇ-nin Təşkilat Komitəsinin üzvləriylə görüşdü

Cavid Qurbanov AÇ-nin Təşkilat Komitəsinin üzvləriylə görüşdü
Akkreditasiya prosesinə start verildi
Dünən Dərnəgül Voleybol Mərkəzində Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov Avropa çempionatının Təşkilat Komitəsinin nümayəndələri ilə görüşüb. AVF başqanı görüşdə bunları deyib: “Artıq neçə illərdi ölkəmiz beynəlxalq yarışlara evsahibliyi edir. AVF-ni qarşıda böyük imtahan gözləyir desək, doğru olar. 80-dən çox ölkədə yayınlanacaq Avropa çempionatı Bakıda və Göygöldə keçiriləcək. Qitə birinciliyinin Gürcüstanla birgə keçirilməsinə baxmayaraq, böyük məsuliyyət Azərbaycanın üzərinə düşür. Çünki 3 qrupun, yarımfinal və final oyunları ölkəmizdə keçiriləcək. Hər birimiz əlimizdən gələni etməliyik ki, yarış iştirakçıları, qonaqlar, jurnalistlər təşkilatçılığımızdan razı qalsın. İnanıram ki, bu yarışı da yüksək səviyyədə keçirəcəyik.
Hansısa sualınız olarsa, AVF hər zaman bu sualların həlli üçün sizə kömək etməyə hazırdı. Mən, AVF-nin vitse-prezidentləri, əməkdaşlarımız bütün suallara cavab verə bilərik. Bildiyiniz kimi, federasiyada 1-ci vitse-prezident Faiq Qarayevdi. Amma o həm də qadınlardan ibarət yığmanın baş məşqçisidi. Avropa çempionatının başlamasına az vaxt qalıb. Düşünürəm ki, Faiq Qarayevi hər hansı təşkilati suallarla narahat etməyək. Çünki ən böyük məsuliyyət onun üzərindədi. Fikrimcə, komandamız Avropa çempionatında yüksək nəticə əldə edəcək. Qızlarımız buna layiqdi”.
Qarayevin səsləndirdiyi fikirlər isə belə olub: “AVF bir çox beynəlxalq yarışlara evsahibliyi edib. Avropa çempionatı isə daha böyük məsuliyyət deməkdi. Həm federasiya, həm də komanda olaraq üzərimizə böyük yük düşür. İnanıram ki, Cavid Qurbanovun dediyi kimi, bu imtahandan da yüksək nəticə əldə edəcəyik. Qeyd edim ki, iyulda CEV nümayəndələri ölkəmizdə 10 gün səfərdə oldular. Bu səfərin məqsədi Bakıda və Göygöldə test oyunlarının keçirilməsi idi”.
CEV rəsmilərinin səfəriylə bağlı AVF-nin nəzdində fəaliyyət göstərən Voleybol Regional İnkişaf Mərkəzinin rəhbəri və Avropa çempionatının təşkilatçılığı üzrə məsul şəxs Nərgiz İsmayılova məruzə edib: “İyulun 22-də Milli Gimnastika Arenasında, 3 gün sonra isə Göygöl Olimpiya İdman Kompleksində test oyunu keçirildi. Bu görüşlərdə məqsəd arenalarda işıqlandırma sistemi, “çelenc” sistemi, led sistemi və başqa texniki məsələlərin yoxlanılmasıydı. Nəzərinizə çatdırım ki, CEV-dən gələn qonaqlar arenalardan razı qaldı. İyulun 28-də Heydər Əliyev Mərkəzinin qarşısında voleybol festivalı keçirildi. Qeyd edim ki, festival Avropa çempionatının təbliğı məqsədi ilə təşkil olunmuşdu. Tədbirdə milli üzvləri də iştirak etdi. Bu festivala görə CEV-dən təşəkkür məktubu da aldıq. Artıq onlayn və Bakıda kassalarda AÇ-nin biletlərinin satışına da start verilib. Bu gün üçün hər hansı həll olunmayan məsələmiz yoxdu”.
İclasın sonunda Təşkilat Komitəsinin nümayəndələri çıxış edərək öz növbələrində bu yarışın keçirilməsində, təşkilati məsələlərdə istənilən köməyi edəcəklərini vurğulayıblar.
Yeri gəlmişkən, qitə birinciliyini işıqlandıracaq media nümayəndələrinin akkreditasiya şərtləri açıqlanıb. Qeydiyyat prosesi avqustun 1-dən start götürüb. Bunun üçün media nümayəndələri AÇ-nin rəsmi saytında yerləşdirilən linkə daxil olaraq anketi doldurmalıdı. Akkreditasiya üçün son tarix bu ayın son günüdü. Gürcüstandakı matçları işıqlandırmaq niyyətində olan jurnalistlər Tiflis Yeni İdman Sarayından, Göygöldə olacaq jurnalistlər Göygöl Olimpiya İdman Kompleksindən, Bakıda olacaq media nümayəndələri isə Milli Gimnastika Arenasından akkreditasiya kartlarını əldə edəcək. Bu kartlar sentyabrın 15-dən paylanacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar