02 avq 23:52idman

Tahir Baxşıyev Ermənistana məğlubiyyətdən danışdı

Tahir Baxşıyev Ermənistana məğlubiyyətdən danışdı
“Onların hamısı ABŞ-da çıxış etdiyindən təcrübələri zəngindi”
Rumıniyanın Oradea şəhərində 20 yaşadək basketbolçular arasında Avropa çempionatının B divizionunda çıxış edən müvafiq yığmamızın 19-cu yeri tutduğunu bilirsiz. B qrupunda qərarlaşan millimizin Rusiya və Slovakiya ilə oyunlarından sonra baş məşqçi Tahir Baxşıyevin fikirlərini öyrənmişdik. Gənc mütəxəssis ehtiyat qüvvənin təcrübəsiz olmasından, daim eyni basketbolçuları meydanda saxladığı üçün komandanın sona yaxın gücdən düşməsindən, Nicat Məmmədlinin zədəsindən gileylənmiş, bununla belə, oyundan-oyuna “artırdıqlarını” və növbəti görüşlərdə daha yaxşı çıxış edəcəklərini söyləmişdi. Ancaq millimiz qrupda Böyük Britaniya və Hollandiyaya böyük hesablarla uduzdu. Daha sonra təsəlliverici görüşlərə qatılan komandamız prinsipial qarşılaşmada Ermənistana məğlub oldu. Son matçda Maltanı üstələyən Baxşıyevin yetirmələri 19-cu yeri tutmaqla kifayətləndi.
Tahir bəylə əlaqə saxlayıb, əvvəlcə qrupdakı son iki məğlubiyyət haqda fikirlərini öyrəndik: “Nicat Məmmədlinin zədə üzündən bu yarışda bizə kömək edə bilmədiyini daha öncə söyləmişdim. Problem onda idi ki, turnirin gedişində Əkbər Məmmədovla Endər Poladxanlı da zədələndi. Onları layiqincə əvəzləyəcək basketbolçular olmadığından zədəli-zədəli sonrakı oyunları yola verdilər. Hollandlarla görüşdə meydana ikinci heyəti buraxdım. Çünki həmin qarşılaşma bizim üçün heç nə ifadə etmirdi. İstənilən halda qrup sonuncusu olacaqdıq. Ermənistanla təsəlliverici yerlər uğrunda oyun ərəfəsində əsas heyətin üzvlərini yormaq istəmədim. Ona görə də son çeyrəkdə xal fərqi 30-a yüksəldi. Bizdə bütün oyunlarda 4-cü çeyrəkdə problem olurdu. Daim 5-6 basketbolçuyla oynadığımızdan yığma üzvlərində sona yaxın yorğunluq yaranırdı. Nəticədə son çeyrəkdə rəqibdən zəif çıxış edirdik. Yalnız Böyük Britaniya qarşılaşmanın əvvəlindən bizdən üstün oynadı. Qalan görüşlərdə başabaş mübarizə gedirdi. Son çeyrəkdə isə yorğunluq sözünü deyirdi. Əvəzlənmədən oynamaq gənc basketbolçular üçün çox çətindi. Amma bu matçlar gənclərimiz üçün böyük təcrübə oldu. Ehtiyat qüvvəmiz yetərli səviyyədə olsaydı, qənaətbəxş nəticə əldə edə bilərdik. Ancaq 5 nəfərlə bunu etmək çox çətindi. Məsələn, Nicat oynaya bilsəydi, müsbət mənada böyük fərq hiss olunardı. Ehtiyatdakılar daha gənc olduğundan təcrübələri heç yox idi. Bu üzdən risk edib, onları meydançaya buraxa bilmirdim. Təcrübə qazanmaq baxımından bu yarışın faydası oldu. Ancaq nəticə ürəyimizcə olmadı”.
Baş məşqçi düşmən ölkənin komandasına yenilgini isə belə əsaslandırdı: “Ermənilərlə oyunda Əkbərin qasığında damar genişlənməsi problemi yaranmışdı. Məmmədov qaça bilmədiyini deyirdi. Mənə dedi ki, 5 dəqiqəlik əvəzlə. Cavab verdim ki, səni 5 dəqiqəlik əvəzləsəm, onlar 10 xal irəli çıxacaq. Ona ağrıkəsici dərman verdik. Gənc idmançılara da ağrıkəsici verəndə öz oyununu tuta bilmir. Ağrıkəsici adamı keyidir axı. Belədə atışı istədiyi kimi alınmır. Amma mən ağrıkəsici ilə oynaya bilirdim. Çünki təcrübəm var idi. Ancaq gənclər təcrübəsiz olduğundan bu onlarda alınmır. Müəyyən incəliklər var ki, bunu bilməlisən. Bir şeyi də qeyd edim ki, Ermənistanın 10 oyunçusundan cəmi biri ölkəsində yaşayır. Biri təmiz rusdu. İki amerikalı basketbolçuları var idi. Qalanları da ABŞ-ın müxtəlif ştatlarında yaşayan ermənilərdi. Onların hamısı orda çıxış etdiyindən təcrübələri zəngindi. Zarafat deyil, Polşa kimi komandaya qalib gəldilər. Məğlub olduqları rəqiblərə də cüzi fərqlə uduzdular. Onların amerikalı legioneri turnirin halqa daxilində ən məhsuldar oynayan basketbolçusu oldu. Bu səbəblərdən onlarla oynamaq çətin idi”.
Baxşıyev uğursuz çıxışda başqa səbəblər də görür: “Hələ püşkatma zamanı bəxtimiz gətirmədi. Çox çətin qrupa düşdük. Təsadüfi deyil ki, bizim qrupdan çıxan Böyük Britaniya 3-cü, Rusiya isə 4-cü yeri tutdu. Etiraf etmək lazımdı ki, turnirə yaxşı hazırlaşa bilmədik. Normal bir yoxlama oyunu da keçirə bilmədik. Ötən il daha yaxşı hazırlıq keçmişdik. Xaricdə mini-turnirlərə qatılmışdıq. Amma bu dəfə bir oyun keçirə bilmədik ki, Cordan Deyvis komandaya müəyyən qədər də olsa, uyğunlaşsın. İlk 3 çeyrəkdə oynayırdı. Ancaq son çeyrəkdə yorulurdu, çatdırmırdı. Bununla belə, Deyvis turnirin ən məhsuldar basketbolçusu oldu. 21 iştirakçısı arasında 19-cu yeri tutduğumuzdan B divizionunda mövqeyimizi qoruduq”.
Ancaq çalışdırıcı növbəti ildən ümidlidi: “Cordan 1997 təvəllüdlü olduğundan növbəti il bizimlə olmayacaq. Onun yerinə yaxşı bir amerikalı basketbolçunu “milliləşdirsək”, Nicat Məmmədli sıralarımıza qoşulsa, Ercan Yıldız Donat U-18-dən U-20-yə keçsə, alternativ variantlarımız artacaq. Həm də yığma üzvləri gələn dəfə daha təcrübəli olacaq. Daha çox məşq edəcəyik və növbəti il daha yaxşı çıxış edəcəyik. Mənə elə gəlir ki, gələn ilk “8-lik”də yer alacağıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu Dünən, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar