02 avq 23:51idman

Güləş Federasiyası hələ də susur

Güləş Federasiyası hələ də susur
Etiraz edən güləşçilər məşqlərini davam etdirir
Güləşçilərimizin bir ildən artıq müddətdə yaranmış problemlərindən xəbərdarsız. İndi böyükdən kiçiyə, fəhlədən siyasətçiyə qədər bu məsələni müzakirə edir. Olaya ziddiyyətli yanaşma davam edir. Məsələ ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “feysbuk” səhifəsində bunları yazıb: “Dəhşətdi. Güləşçilərimizə 15 aydı maaş və mükafat verilmir. Güləşçilərin masajçıları, həkimləri belə yoxdu. Məşqə gəlməyə yolpulu tapmırlar. Bəziləri maşın yumağa belə hazırdı ki, yolpulu əldə etsin. Bəs deyirdiz idman dövləti qurmuşuq, ay saxtakarlar! Buyurun, bu da şöhrət naminə əcnəbilərə 300-500 min manat verib, Azərbaycan adından yarışa çıxarmaqla yaradılan “idmana qayğı”, “idman dövləti” nağılının sonu. Azərbaycanın tanınmış idmançıları da artıq dözmür, etiraz edirlər”
İqtisadçı-ekspert Natiq Cəfərlinin olaya yanaşması isə belə olub: “Azərbaycanda bütün idman sahələri korrupsiya vəsaiti ilə qeyri-orqanik inkişaf edib. Məmurların korrupsiya pulunu idmandan çəkən kimi bütün növlər üzrə çöküş yaşanacaq.
Həmişə milli saydığımız, qürur yeri olan güləş növündə də vəziyyət eynidi. Güləş Federasiyasına müstəqilliyin ilk illərində, 1997-yə qədər Etibar Məmmədov rəhbərlik edirdi. Sonra ölkəyə neft pulları gəlməyə başladı, idmana "qayğı" artdı, bu sahə uzun illər Abbas Abbasov və onun ailəsinin nəzarətinə keçdi, onun azərbaycansayağı "biznesindən" qazandığı vəsait hesabına güləş inkişaf etdi. Sonra Abbas müəllim vəzifədən getdi. Həmən də möcüzəvi şəkildə idmana marağı "azaldı". Federasiyaya yeni sponsor - vergilər naziri Fazil müəllim təyin edildi. Nazirliyin "yaxşı" vaxtlarında otüstü hokkeyi də müəllimə yüklədilər. İndi deyəsən, vəziyyət yaxşı deyil, vergi zülmlə, iş adamlarının canına çökməklə, həm də artıq birbaşa büdcəyə yığılır (əvvəl başqa mexanizmlər var idi). Bu gün güləş millimiz etiraz aksiyası keçirib, Parisdə keçiriləcək dünya çempionatına getməkdən imtina edib. Səbəb də odu ki, aylardı onlara pul verilmir, məmurlar onlara yaxşı baxmır. Təbii ki, bu illər ərzində havayı korrupsiya pulundan idmançılar da havalanmışdılar. Bir dəfə çempion olub həyatını qura biləcək qədər pul, obyekt, ev, maşın alırdılar. Adları müxtəlif nazirliklərdə "işçi" kimi yazılırdı. Ayda "paket" alıb dolanırdılar və idmana həvəsləri ölürdü. Ölkədə digər sahələr kimi, idman sahəsi də tam çürüyüb”.
Maraqlıdı ki, etiraz aksiyasından 4 gün keçsə də, hələ də Güləş Federasiyasından rəsmi şəkildə bəyanat gəlməyib. Düzdü, AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovla sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudov pəhləvanları “üsyan”a görə qınayıb. Ancaq onlardan fərqli addım da gözlənilmirdi. Əslində onlar üzdə bu addıma etiraz etsələr də, ürəklərində bəlkə də dəstəkləyirlər. Çünki etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, adıçəkilənlərdən heç biri güləşçiləri əyani şəkildə danlamayıb. Umudov əvvəlki kimi yığmanı Güləş Mərkəzində Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına hazırlaşdırır. Yunan-Roma güləşçiləri də pis-yaxşı gündəlik məşqlərini həmin məkanda keçir. Bu millinin çalışdırıcısı Şaban Donat da komandanın başındadı. Ancaq etiraz aksiyasında da qeyd olunduğu kimi, masajçı və həkim aylardı maaş üzünə həsrət qaldığı üçün hazırlıqda iştirak etmir. Federasiya rəhbərliyindən kimsə aksiya iştirakçılarına hədə-qorxu da gəlməyib.
İndi ortaya bir iddia atılıb. O da bundan ibarətdi ki, guya AGF prezidenti Fazil Məmmədov ölkə rəhbərliyinin gözündən düşüb. Bu “üsyan”ı da vergilər nazirinin “vurulması” kimi qiymətləndirirlər. Bununla Cüdo Federasiyasında yaşananlar arasında paralellər apararaq belə qənaətə gələnlərin nəzərinə çatdırırıq ki, Füzuli Ələkbərov nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra etirazlar başlamışdı və onun gec-tez ACF-dən ayrılacağı gözlənilən idi. Ancaq Məmmədov hazırda postundadı və aksiyaya qədər onun prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad ediləcəyi ilə bağlı söz-söhbət dolaşmırdı. Bir sözlə, bu aksiyanın sırf dövlət tərəfindən təşkil olunduğu inandırıcı görünmür. İstənilən halda, güləş idmanımızın lokomotivi, döyünən ürəyi sayıldığından bu növün diqqətdən kənarda qalacağı inandırıcı görünmür. Problem nə vaxtsa həll olunacaq. Sadəcə, geci-tezi var. Əks halda, Toğrul Əsgərov, Hacı Əliyev, Rəsul Çunayev, Cəbrayıl Həsənov kimi tanınmış güləşçilərimiz də Ramil Quliyevlə Nicat Rəhimovun yolunu tuta bilər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar