02 avq 23:48idman

Rəsul Çunayev pula görə “Qəbələ”yə keçib

Rəsul Çunayev pula görə “Qəbələ”yə keçib
“Neftçi”dən dünya çempionuna sərt cavab
Güləşçilərin maddi sıxıntı üzündən keçirdiyi etiraz aksiyası zamanı Rəsul Çunayevin “Neftçi”dən ayrıldığı da məlum oldu. Dünya çempionunun klubdan maaş almadığı üçün getdiyi deyilir. Bununla bağlı bu idman klubunun sədri Sadıq Sadıqovun müşaviri Elnur Əşrəfoğlu “feysbuk”da güləşçini sərt tənqid edib: “Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdu çörəyini yediyi "Neftçi” İdman Klubu haqda mətbuata yalan açıqlama verib. Guya ona vəd olunan mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay "Neftçi"dən 2 min manat əməkhaqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqda yalan danışır. 15 ay hardansa pul ala bilmədiyin haqda nəsə deyə bilmərəm, amma "Neftçi” İdman Klubu “cocuq" vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm maaş verib. Adam nankor olmaz, Rəsul!”
Axşama doğru isə klub geniş bir bəyanat yaydı. Bəyanatı qısa ixtisarla diqqətinizə çatdırırıq: “Neftçi” İdman Klubu 80 illik böyük bir tarixə malikdi. Bu qurum ötən əsrin 37-ci ilində "Neftçi” Könüllü İdman Cəmiyyəti kimi yaranmış, sonralar "Neftçi” İdman-Sağlamlıq Mərkəzi olaraq öz işini davam etdirmiş, hazırda isə "Neftçi” İdman Klubu adı altında fəaliyyət göstərməkdədi. Bir əsrə yaxın tarixi olan idman ocağı daim ölkəmizdə bədən tərbiyəsi, idmanın təbliği və inkişafında önəmli rol oynayıb. 1996-cı ildə "Neftçi”nin 60 illik yubileyi ərəfəsində Suraxanı qəsəbəsindəki Olimpiya Təlim-İdman Kompleksinə təşrif buyuran, ölkədə idmanın inkişafına xüsusi önəm verən ümummilli lider Heydər Əliyev orda klubun məşqçi-müəllimləri, idmançıları ilə görüşmüş və onlara hər cür qayğı göstərmişdi. "Neftçi” dövlətimizin bu sahədə apardığı siyasəti dəstəkləmiş və ölkə idmanının inkişafında mühüm rol oynamışdı. Müstəqillik dönəmində istər Rafiq Bünyadovun, istər millət vəkili Rauf Əliyevin və istərsə də klubun hazırkı rəhbəri Sadıq Sadıqovun rəhbərliyi altında burda daim idmançılara xüsusi qayğı göstərilib və bu gün də bu ənənə davam etməkdədi. Elə bunun nəticəsidi ki, klubumuzun idmançıları Atlanta, Sidney, Afina, Pekin, London və Rio de Janeyro Olimpiadalarında uğurla mübarizə aparmış və ölkəmizə medallarla dönmüşlər. Güləşə gəlincə, tam əminliklə söyləyə bilərik ki, klubda bu idman növü daha çox populyar olub və həmişə klub rəhbərliyi tərəfindən qayğıyla əhatə olunub. Ölkəmiz də bunun bəhrəsini görüb. Belə ki, Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov, Rövşən Bayramov, Vitali Rəhimov və başqa dünyaca məşhur güləşçilər məhz "Neftçi”nin yetirmələridi. Eləcə də Hicran Şərifov, Əsgərxan Novruzov, Rövşən Umudov, Azər Əliyev, Elçin Cəfərov, Əfsər Namazəliyev, İlqar Abdulov kimi simalar klubumuzun məşqçi-müəllimlərindəndi.
Bu idman ocağının daim belə qayğı görmüş, uzun illər ərzində böyük zəhmət sayəsində yetişdirilmiş və müxtəlif titullar qazanaraq məşhurlaşmış güləşçilərindən biri də dünya və Avropa çempionu Rəsul Çunayevdi. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki, idmançı bugünlərdə mətbuata açıqlama verərək bildirib ki, "Neftçi” İdman Klubundan ayrılıb. Səbəb kimi də onu göstərir ki, guya Rio-2016-da bürünc medal qazandığına görə ona klub tərəfindən mükafat vəd olunub və bu günə qədər bu vədə əməl olunmayıb. Guya aldadıldığını görən Çunayev klubdan ayrılmağa qərar verib.
Əvvəla, onu qeyd edək ki, Rəsul 10 ildi klubumuzda fəaliyyət göstərir. Bu illər ərzində o, öz dövrünə görə daim yüksək əməkhaqqı ilə təmin olunub. Bundan əlavə, müxtəlif illərdə ayrı-ayrı uğurlarına görə klub tərəfindən mükafatlar alıb. Klub rəhbərliyi onun şəxsi problemləri ilə daim maraqlanıb, ona ailə və məişət problemləri baxımından köməklik olunub. Biz, sadəcə, etik normalara riayət edərək bu rəqəmləri mətbuata açıqlamaq istəmirik. Ancaq ona verilmiş əməkhaqqı və mükafatlar klubun mühasibatlığındakı müvafiq sənədlərdə dəqiq əksini tapıb. Lazım gəlsə, biz bütün bunları açıqlayacağıq. O ki qaldı Rio-2016-dakı mükafat məsələsinə, bu tam yanlışdı. Orda qazanılan uğurlara görə bütün idmançılar ölkə başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə mükafatlandırılıb. Klub tərəfindən isə nə Rəsula, nə də başqa idmançılara heç bir mükafat vədi verilməyib.
Ancaq bu ilin əvvəlindən Çunayev bizə müraciət edərək aldığı yüksək əməkhaqqının az olduğunu bildirib və maaşının artırılmasını istəyib. Klub rəhbərliyi isə onun nəzərinə çatdırıb ki, bizdə ən yüksək əməkhaqqı elə bu qədərdi. Hətta olimpiya çempionları üçün də. O da bu maaşın az olduğunu əsas gətirərək, bir neçə ay əvvəl öz xahişi ilə klubdan ayrılıb. Odu ki, bu gün bizim Çunayevə heç bir maddi və mənəvi borcumuz yoxdu və yuxarıda qeyd etdiyimiz kimi o, klubdan xeyli vaxtdı öz istəyi ilə ayrılıb. İndi belə bir açıqlama verməsi heç bir məntiqə sığmır və həqiqəti əks etdirmir. Lap elə hesab edək ki, bizim ona hansısa borcumuz var və müəyyən çətinliklər üzündən verə bilmirik. Rəsulun elə o dəqiqə bu 10 illik münasibətləri, yaxşılıqları unudub doğma klubundan belə asanlıqla üz döndərməsinə nə ad vermək olar?! İllərdi bu klubdan xüsusi diqqət və qayğı görən, vaxtında əməkhaqqı və mükafatlarını alan, hər kəs tərəfindən dost, qardaş münasibəti görən bir insanın böyüdüyü, uğur qazandığı, məşhurlaşdığı, ailə səmimiyyəti gördüyü bir klub haqda belə çıxış etməsi, yalan danışması sözün həqiqi mənasında hər birimizin təəccübünə və təəssüfünə səbəb oldu”.
Dünən gün ərzində balakənli pəhləvanla danışmağa cəhd etsək də, əlaqə nömrələri bağlı olduğundan istəyimizə çatmadıq. Əldə etdiyimiz məlumata görə, Çunayev klubdan yenicə yox, bir neçə ay əvvəl ayrılıb. Rəsul daha çox əməkhaqqı təklif edən “Qəbələ”dən gələn təklifi müsbət cavablayıb. Çunayevin “Neftçi”də olduğu müddətdə maaşını aldığını da dəqiqləşdirdik.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" Dünən, 13:28 “Keşlə” maaşları tam ödəyəcək Dünən, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” Bütün xəbərlər
Ən çox oxunanlar