01 avq 18:05idman

Firdovsi Umudov haqqını tələb edən güləşçiləri qınadı

Firdovsi Umudov haqqını tələb edən güləşçiləri qınadı
“Gərək yaxın keçmişi də unutmayasan”

Cümə günü güləşçilərin keçirdiyi etiraz aksiyası bir anda ölkə gündəmini zəbt etdi. Cəmiyyətin hər təbəqəsindən buna münasibət bildirən oldu. Hər kəs öz baxış bucağından məsələyə baxıb, olayı müxtəlif formada dəyərləndirdi. Kimlərsə hakimiyyəti qınadı, kimlərsə idmançıları. Az sonra məlum oldu ki, Rəsul Çunayev klubdan ayrılıb. “Neftçi”dən əvvəki kimi diqqət və qayğı görmədiyini bildirən dünya çempionu klubdan ayrılmaq qərarına gəldi.
Yuxarıda da qeyd etdiyimiz kimi, hadisəyə fərqli yanaşma var. Müxaliflər güləşçiləri böyük cəsarət göstərmələri, haqqlarını tələb etmələri münasibətiylə təbrik edir, onlara təriflər yağdırırsa, hakimiyyətyönümlü qüvvələr bunu az qala xəyanət kimi dəyərləndirir. Bir az da keçsə, güləşçiləri vətən xaini çıxaracaqlar.
Təəssüf ki, sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Firdovsi Umudov da bu aksiyanın əleyhinədi. Hər halda, çalışdırıcının “feysbuk” səhifəsində yazdıqlarından belə anlaşılır: “Güləş üzrə yığmalarımızın üzvlərinin etiraz aksiyası ilə bağlı xəbərlər tərəfimizdən böyük narahatlıqla qarşılandı. Belə bir hadisənin baş verməsinə təəssüf edirəm. Çünki bütün bunlar hər şeydən öncə Azərbaycan adına yaraşmayan bir haldı. Üstəlik, söhbət Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının qalib və mükafatçılarının iştirakı ilə baş verirsə. Məlum məsələ idi ki, mətbuatda gedən bu xəbərlər mütləq şəkildə ölkə hüdudlarından kənara çıxacaq və vətənimiz haqda xoşagəlməz söhbətlərin yaranmasına səbəb olacaqdı. Belə də oldu. Artıq ölkəmizi sevməyən, düşmənlərimizdən maliyyələşən bəzi mətbu qurumlar bu hadisədən şəxsi məqsədləri üçün istifadə etməyə başlayıblar. Qan-tər tökərək dövlətimizin adını ucaltmaq üçün min bir əziyyətə qatlaşan həmin idmançılar bundan sonra etdiklərindən peşmanlıq hissi keçirsələr də, artıq olan oldu. Sonrakı peşmanlıq isə fayda verməz.
Dövlətimizin idmana olan diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Güləş Federasiyası ölkəmizin hər zaman ən öndə gedən idman qurumlarından biri kimi özünü doğruldub. Bu vaxta qədər Olimpiya Oyunları, dünya və Avropa çempionatları və birincilikləri, Dünya Kuboklarında əldə olunan uğurlu nəticələr söylədiyim fikirləri sübut edir. Bütün bu uğurlarda isə federasiya prezidenti cənab Fazil Məmmədov və 1-ci vitse-prezident, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin böyük rolu var. Etiraz edən idmançılar yəqin ki, bu şəxslərin hər zaman onların yanında olmalarını, ailə-məişət problemlərinin, ən kiçik çatışmazlıqlarının məhz bu şəxslər tərəfindən həll olunmasını unutmayıblar. Üstəlik, London və Rio Olimpiya Oyunları, ilk Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarından sonra dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə mükafat qazanan idmançıların hər birinə ayrılan mükafat dərhal verilib. Bu səbəbdən gələn ay keçiriləcək dünya çempionatı ərəfəsində belə bir halın yaşanması olduqca böyük təəssüf doğurur.
Etiraz etmək vəziyyətdən çıxış yolu deyil. Çıxış yolu ortaya çıxan problemlərin birgə həll olunmasına çalışmaqdı. Biz dövlətimizin əsgəriyik, mükafat olsa da, olmasa da, Azərbaycanımızla, bayrağımızla, dövlətimizlə fəxr etməliyik. Ola bilər ki, müəyyən problemlər ortaya çıxsın. Amma gərək yaxın keçmişi də unutmayasan. Biz bütün çətinliklərə dözməli və yeni qələbələr haqda fikirləşməliyik. İnanıram ki, yaxın gələcəkdə bütün problemər həllini tapacaq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar