01 avq 20:42idman

Toğrul Əsgərov evini satmadığını deyir

Toğrul Əsgərov evini satmadığını deyir
“Bütün bunlardan sonra ölkəni tərk etmək doğru olmaz”
Cümə günü güləşçilərin bir ildən artıq maaş üzünə həsrət qalmaları və normal təlim-məşq toplanışı keçmədikləri üçün keçirdikləri etiraz aksiyasında Toğrul Əsgərov da iştirak edirdi. Rəsul Çunayev və Hacı Əliyev problemlərdən danışdıqdan sonra media nümayəndələri olimpiya çempionunun da danışmasını istədi. Ancaq gəncəli pəhləvan həmkarlarının hər şeyi dediyini və yeni bir fikir səsləndirə bilməyəcəyini söylədi. Bununla belə, fürsətdən istifadə edib, ondan bir-iki kəlmə qopardıq. Türkmənistandan gələn təklifdən sonra başverənlər haqda danışmasını istədik: “Mənə Türkmənistandan təklif olmuşdu. Ancaq daha öncə də açıqladığım kimi, mən bu təklifə “yox” demişəm. Ola bilər, şəxsi məşqçim Elman Əsgərov mətbuata açıqlamasında təklifi götür-qoy edəcəyimizi deyib. Ancaq belə bir şey yoxdu. Mən qəti şəkildə onlara “yox” cavabı vermişəm. Əvvəlcə Elman müəllimi Türkmənistana dəvət etdilər. Daha sonra məni də tanınmış idmançı kimi ora çağırdılar. Təklif əvvəlcə Bakıda şəxsi məşqçimə çatdırılıb. Mən ora gedəndən sonra orda mənə də dedilər. İstənilən halda, bu təklifə neqativ cavab verdim. Neçə il ölkəmi beynəlxalq yarışlarda təmsil etmişəm, bayrağımızı yüksəyə qaldırmışam. Bütün bunlardan sonra ölkəni tərk etmək doğru olmaz. Cərrahiyyə əməliyyatının xərcləriylə bağlı danışmaq istəmirəm. Çünki bu artıq maraqsız mövzudu. Söhbət artıq ölüb. O ki qaldı Bakıdakı evimi satıb, bu əməliyyata getməyimə, belə bir şey qətiyyən olmayıb. Ola bilər, Elçin Zeynalov qəzetinizə belə bir açıqlama versin. Ancaq bu tam əsassız məlumatdı. Bir şeyi də qeyd edim ki, mənim adımdan “feysbuk”da səhifə açıb, istifadə edənlər var. Elə bu məsələni qızışdıranlar onlar olub. Düzdü, “feysbuk”da səhifəm var. Bu səhifəni illər öncə açmışdım. Ancaq parolunu unutduğumdan həmin səhifədən istifadə edə bilmirəm”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu Dünən, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar