01 avq 14:55idman

Güləşçilər federasiyanın etinasızlığına görə ayağa qalxdı

Güləşçilər federasiyanın etinasızlığına görə ayağa qalxdı
Onlara maaş verilmir, öz hesablarına əməliyyat olunurlar
Toğrul Əsgərovun Türkmənistan yığmasına keçmək söhbəti ortaya çıxanda Güləş Federasiyasının maliyyə sıxıntısı yaşadığını qeyd etmişdik. Onu da vurğulamışdıq ki, güləş ictimaiyyəti aylardı maaş görmür. Olimpiya çempionunun öz hesabına əməliyyat olunması da çox şeydən xəbər verirdi. Dözdülər-dözdülər, axır ki, dünən dilə gəldilər. Xatırlayırsızsa, 2 il əvvəl cüdoçular ayağa qalxmışdılar. Füzuli Ələkbərovun biganə münasibətindən bezən idmançılar “üsyan” etmək qərarına gəldi. Məsələnin ictimailəşməsi fonunda dövlət işə əncam çəkmək məcburiyyətində qaldı. Əslində gec-tez cüdoya gün ağlayacaqları gözlənilirdi. Çünki bar verən ağacın kəsilməsi hökumətin işinə yaramırdı. Ona görə də Cüdo Federasiyası SOCAR-a təhkim edildi. İndi də güləşdə bənzər vəziyyət yaranıb. Halbuki Güləş Federasiyası hər zaman şəraitinə, maddi durumuna, nəticələrinə və infrastrukturuna görə nümunəvi idman qurumu sayılıb. Görün, indi ölkə idmanında vəziyyət necə acıncaqlıdı ki, AGF-də çöküş var. Federasiya prezidenti Fazil Məmmədov otüstü hokkeyi qara günə qoyduqdan sonra güləşin də başını buraxıb. Əslində gec-tez belə olmalıdı. Nə qədər ki, heç bir sahədə şəffaf sistemlə idarəçilik olmayacaq, sağlam təməli olmayan bina kimi çökəcək. Nə qədər o binanı süni şəkildə ayaqda saxlamağa çalışsalar belə. Elə bilirsiz, ölkəmizdə keçirilən beynəlxalq yarışlar dövlət büdcəsi hesabına təşkil olunub? Əsla. Büdcədən ayrılan vəsait Allah bilir, kimlərin cibinə axıb. Əsl həqiqətdə Avropa Oyunları, “Formula-1”, İslamiada kimi nəhəng və böyük xərc tələb edən yarışlar haram qazancla milyarderə çevrilən nazirlərin hesabına reallaşdırılır. Bəli, bəli. Bunu qəbul etmək çətin olsa da, həqiqət belədi. Məhz bu yarışlara görə indi federasiya prezidentləri idarə etdikləri qurumları maliyyələşdirmir. Bəlkə bununla onlar da öz aləmlərində ölkə başçısına etiraz edir. Bunu deyə bilmərik. Bildiyimiz odu ki, nə qədər dövlət rəhbərliyi etiraf etməsə də, ölkə idmanı da iqtisadiyyatımız kimi böhrandadı.
İndi isə keçək etiraz aksiyasına. Dünən səhər öyrəndik ki, güləşçilər yaranmış ağır vəziyyətlə bağlı mətbuat önündə aksiya keçirəcək. Günorta saat 1-də Güləş Mərkəzinin qarşısında 30-a yaxın güləşçinin toplandığını gördük. Maraqlıdı ki, onlar arasında dağıstanlı legionerlər yox idi. Artıq karyerasını başa vurmaq üzrə olan Rövşən Bayramov da gözümüzə dəymədi. Əvəzində olimpiya çempionu Toğrul Əsgərov, dünya çempionları Hacı Əliyev, Rəsul Çunayev, Həsən Əliyev, o cümlədən Cəbrayıl Həsənov, Rafiq Hüseynov, Elvin Mürsəliyev, Sabah Şəriəti kimi tanınmış güləşçilər aksiyanın iştirakçıları arasında idi. Onlardan bir neçəsi qızmar günəş altında problemlərindən danışdı.
“İşçilər bizdən xahiş edir ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin”
Rəsul Çunayev: “Artıq bir ildi ki, heç bir təlim-məşq toplanışı keçməmişik. Dövlətimiz bizim üçün bütün şəraiti yaradırdı. Bunun da nəticəsi olaraq beynəlxalq yarışlarda qalib gəlirdik. Cənab prezident həmişə bizə dəstək olub. Ancaq bir ildi ki, Güləş Federasiyasından lazımınca diqqət və qayğı görmürük. Maaşlar, mükafatlar verilmir. Bunlar bir kənara qalsın. Biz hazırlıq keçə bilmirik. Əsgərlər silah olmasa, necə döyüşə bilər? Bizim də silahımız məşqdi, toplanışlardı. Yaxşı hazırlıq keçə bilmədiyimizdən artıq yüksək nəticələr əldə edə bilmirik. Üzdə olan biz idmançılardı. Məğlub olan kimi mətbuat haqqımızda pis fikirləşir. Bizə şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Həmişə vətənimizi, dövlətimizi layiqincə təmsil etməyə hazırıq. Lakin indi şəraitimiz yoxdu. Hətta zalda içməyə su belə verilmir. Su bidonlarına adi suyu doldururlar. Məşqçilər, masajçılar, həkimlər maaş almadıqları üçün çıxıb gedib. Heç bir idmançı da əməkhaqqı almayıb. Bizim güləşdən başqa işimiz yoxdu. Üç həftə sonra dünya çempionatı olacaq. Belə məsul yarış ərəfəsində komandanın 70 faizi zədəlidi. Müalicə pulu vermirlər. Mən öz əməliyyat pulumu öz cibimdən vermişəm. Buna qədər belə şeylər AGF tərəfindən həll olunurdu. Başqa yerdə öz başımıza əməliyyat etmirdik ki, ertəsi gün orqanizmdə bir problem çıxmasın. Bir çox saytlar yazır ki, idmançılara böyük pul mükafatı verilir. Öz cibində pulu yoxdu ki, gedib əməliyyat olunsun? Bu, belə deyil. Hamımız bir komandanın üzvüyük. Bu komandanın həkimləri var. Onlar nə məsləhət görsə, ona uyğun hərəkət edirdik. Olimpiadadan sonra 3 ay əməliyyat pulunu gözləmişəm. Hər dəfə gözləməyi məsləhət görürdülər. Axırda məcbur olub, öz cibimdən pul qoyub Türkiyədə əməliyyat olundum. Çünki mən bu ayağıma görə çörək qazanıram. Əməliyyat olunmağa məcbur idim. Rafiq Hüseynov 2 həftə əvvəl ayağından ciddi zədə aldı. O da məcburiyyətdən öz hesabına əməliyyat olundu. Bizə diqqət yoxdu, təlim-məşq toplanışları keçirilmir deyə, nə məşqçilərdə, nə də güləşçilərdə həvəs qalıb. Yaxşı hazırlıq keçməliyik ki, sabah da yüksək nəticə göstərə bilək də. Bəzi titullu güləşçilərin dövlət qayğısı nəticəsində məşqlərə gedib-gəlməyə imkanı var. Amma bütün güləşçilərin buna imkanı çatmır axı. Gənclərin, yeniyetmələrin məşqə gəlməyə pulu yoxdu. Məşqə gəlirik, burda xidməti işçilər bizdən xahiş edir ki, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Görün nə qədər acınacaqlı vəziyyət yaranıb. Həmişə qaldığımız oteldən də bizi çıxarıblar. Üç həftə sonra titullu güləşçilər dünya çempionatında uduzanda tənqid atəşinə tuş gələcək. Hamı bizi günahkar çıxaracaq. Heç bir təlim-məşq toplanışı keçməmişik. Düşmənlərimiz bütün dünyanı gəzib, xaricdə hazırlıq prosesi keçir. Biz Dünya Kubokunda bir-birimizdən forma alırdıq. Çünki hərə bir paltarda getmişdi. İki ildi bizə forma verilmir. Başqa komandalar vahid formayla yarışa qatılırdı. Biz onlara baxıb utanırdıq. Bizə kimsə çıxıb demir ki, vəziyyət belədi, pul olmayacaq, biz də bu durumla barışaq. Bizə “bu gün, sabah həll olunacaq” deyirlər, elə belə deyə-deyə ilyarımdı bu problemlərlə davam edirik”.
“Belə davam etsə, dünya çempionatına yollanmayacağıq”
Hacı Əliyev: “Rəsulun qeyd etdiyi kimi, ilk növbədə cənab prezidentimizə təşəkkürümüzü bildiririk ki, bizim üçün hər cür şərait yaradılmışdı. Ancaq hazırda problemlərimiz var. Rio Olimpiadasında ölkəmizin qazandığı 18 medaldan 9-u güləşçilərin payına düşür. Bu, zarafat deyil. Hamı bilir ki, güləşçilər hər Olimpiadada necə işləyir. Bura yığışmağımızın məqsədi mən, Rəsul və ya Toğrulun yox, məşqə gəlməyə imkanı olmayan gənclər və yeniyetmələrin problemidi. Burda 90 faiz kasıb uşaqlardı. İdmançı həm bayrağı qaldırmaq, həm də kasıblıqdan çıxıb, özünə gün ağlamaq üçün bu sahəyə gəlir. Günahkar federasiyadı. Rio Olimpiadasında çempion olan üçün 300, gümüş medalçı üçün 200, bürünc medal alana isə 100 min manat mükafat təyin olunmuşdu. Bu, sırf federasiyanın ayırdığı mükafat idi. Söhbət bu məbləğdən getmir. Heç indi o mükafatı da istəmirəm. Desinlər ki, kimsə 5000 manat maaş alırdısa, bundan sonra 1000 manat alacaq və s. Artıq 15 aydı ki, əməkhaqqı yoxdu. Dünya çempionatına hazırlıq getmir. Gedib orda məğlub olmaqdansa, getməmək ondan yaxşıdı. Federasiyaya dəfələrlə bildirmişik ki, etirazımızı mətbuat vasitəsilə çatdıracağıq. Bizə deyiblər ki, gözləyin, yaxşı olacaq. Nə qədər gözlədik, gördük ki, heç nə dəyişmir. Belə davam etsə, dünya çempionatına yollanmayacağıq. Federasiya prezidentinin harda olduğunu bilmirəm. Baş məşqçimiz Firdovsi Umudov isə müalicə olunur. Azərbaycanda güləş hər zaman olub. Başqa növlər üzrə yığmalarımız ölkə xaricində toplanış keçir. Bəs biz niyə bu istidə burda hazırlıq keçirik? Əvvəllər belə məsul yarışlara 1-2 ay qalmış ev üzü görmürdük. Bütün komanda bir yerdə qalırdı, intensiv toplanış keçirdi. İndi belə qalmışıq. Toplanış olmasa, nəticə də olmayacaq. Rəsul, Toğrul və mən “Neftçi”nin üzvüyük. Bu kluba təşəkkür edirəm ki, ən azı onlar bizə müəyyən qədər qayğı göstərir. Onlar olmasa, bəlkə heç evdən çıxa bilmərik. Rio Olimpiadasından sonra rəhbərlikdən heç kim güləş zalına gəlib, bizimlə maraqlanmayıb. Federasiyanın vitse-prezidenti Məhəmməd Əliömərovla danışmışdıq. İslamiadaya qədər bu problemlərin həll olunmasını istəyirdik. O da demişdi ki, dünya çempionatına qədər hər şey yaxşı olacaq. Amma heç bir dəyişiklik yoxdu. Mükafatlar olmasa da, ən azı maaşlarımızı vaxtında versinlər. Güləşçilər arasında evli olanlar, ailə saxlayanlar var. Hamı əziyyət çəkir. Biz istəyirik ki, cənab prezident bu məsələyə aydınlıq gətirsin və problemimizi həll etsin. Dövlət başçımız idmanı və idmançıları sevir. İnşallah, problemlər yoluna qoyular. Xaricdən təkliflər olsa da, ölkəni heç kim tərk etməz. Bizə müxtəlif yerlərdən təkliflər olur. Ancaq mənə elə gəlir ki, heç bir qeyrətli Azərbaycan oğlu ölkəsini satıb, heç bir yerə getməz. Heç bir yerə şikayət məktubu yazmamışıq. Ancaq həm Gənclər və İdman Nazirliyinin, həm də Milli Olimpiya Komitəsinin bu problemlərdən xəbəri var. Hamı bizə “düzələcək” deyir. 17 aydı ki, elə bu sözləri eşidirik”.
“Fizioterapevt, masajçı və həkim pulsuzluğa görə gedib”
Sabah Şəriəti: “Neçə ildi ki, İrandan Azərbaycana gəlmişəm. Bu ölkəni beynəlxalq yarışlarda təmsil edirəm. Fəxr edirəm ki, Azərbaycan bayrağını turnirlərdə yüksəltmişəm. Dünya çempionatında da bunu təkrarlamaq istəyirəm. Amma bu vəziyyətdə çox çətin olacaq. 15 aydı maaş və Olimpiadada qazandığım bürünc medala görə mükafat almamışam. Başqaları da mənim kimidi. 1 ildən artıqdı ki, normal toplanış keçmirik, normal qidalanmırıq. Vitaminin pulunu öz cibimdən verirəm. Fizioterapevt, masajçı və həkim pulsuzluğa görə gedib. Bizə çox çətin olacaq. Bu vəziyyətdə kiminsə dünya çempionatından medalla qayıdacağını düşünmürəm. Ancaq çətinliyə baxmayaraq, İrana qayıtmağı düşünmürəm. Məşq edirik. Amma bu adi hazırlıq prosesidi. Cənab prezidentdən xahiş edirəm ki, bizim problemimizi həll eləsin”.
Məsələ ilə bağlı federasiya rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq. Danışmağa cəsarəti çatan bir adam olsa...
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar