30 dek 13:52idman, manset

Pula həsrət qalan şahmatçılar ayağa qalxdı

Pula həsrət qalan şahmatçılar ayağa qalxdı
Qədir Hüseynov: “20 milyona Olimpiada keçirirsən, amma 100 min manat tapa bilmirsən ki, 20 şahmatçının təqaüdünü verəsən”

Şahmat Olimpiadasında qızıl medal qazanan, hazırda qadın şahmatımızın lideri olan Gülnar Məmmədovanın evlə bağlı probleminin olması, həmçinin şahmatçıların təqaüdlərini ala bilməməsi haqda yazmışdıq. Bununla bağlı Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovun da fikirlərini öyrənmişdik. O, təqaüdlə bağlı narazılığı qəbul etsə də, şahmatçının ev probleminin həllinin bu il üçün mümkünsüz olduğunu və gələn il bu məsələnin həlli istiqamətində əlindən gələni edəcəyini söyləmişdi. Bundan sonra sözü yenidən şahmatçılara verdik. Hələ ki onlardan ikisini danışdırdıq. Əslində 4 aydı təqaüd üzünə həsrət qalan şahmatçıların əksəriyyətinin ürəyi doludu. Amma onların bir qismi hələ gözləmə mövqeyi tutub.
Gəlin, əvvəlcə bu ilin ən uğurlu şahmatçısı Gülnar Məmmədovanı dinləyək: “Sentyabrın əvvəlindən məlum idi ki, kim Olimpiadada ən yaxşı olacaqdısa, ona ev və pul mükafatı veriləcək. Xüsusən də qadınlar üçün bu mükafat nəzərdə tutulmuşdu. Çünki indiyədək qadın şahmatçılara ev verilməyib. Bəlkə də bizdən belə uğur gözləmədiklərinə görə böyük mükafat vəd etmişdilər. Bunu dəqiq deyə bilmərəm. Pul mükafatının məbləği açıqlanmamışdı. Ancaq ortalıqda gəzən söz-söhbətə əsasən, lövhələr üzrə qalib gələnlərə 50 min manat veriləcəyi güman edilirdi. Hətta Rauf Məmmədov mənə demişdi ki, bu mükafatı alsan, mənə nə qədər verəcəksən? Mən də “pulun 80 faizini sənə verəcəm” söyləmişdim. Çünki inanmırdım ki, bu qədər pul verilər. Olimpiadanın başa çatmasına bir gün qalmış 3-cü lövhədə çempionluğum rəsmiləşdi. Hələ o zaman evə ehtiyacımın olduğunu demişdim. Fikrət Sideifzadə və Faiq Həsənov da bunu Mahir Məmmədova çatdırmışdı. Digər tərəfdən, evə görə yazılı surətdə müraciət etməli olduğumu düşünmürəm. İlin yekununa uyğun olaraq, ən yaxşı şahmatçı kimi bu mükafat mənə verilməliydi. Ev növbəsinə yazılmırıq ki... Digər tərəfdən, təqaüdlərimiz aylardı verilmir. Bu həftə müsbət cavab gözləyirik. Problem həll olunmasa, daha yuxarı müstəvidə etirazımızı dilə gətirəcəyik. Belə etmək olmaz. Qadın şahmatı indi-indi inkişafa qədəm qoyub. Bu il mən ev alsaydım, başqa qadın şahmatçılar üçün stimul olardı ki, onlar da gələn il daha yaxşı oynayıb, bu mükafata sahib çıxsın. Olimpiadadan sonra cəmi bir yarışda iştirak edə bilmişəm. Noyabrda keçirilən klublararası Avropa Kubokunda “Odlar yurdu”nun tərkibində çıxış etdim. Bu yarışda da var gücümlə mübarizə aparıb nəticə qazandım ki, kimsə Olimpiadada bəxt sayəsində qızıl medal əldə etdiyimi düşünməsin. Mən, sadəcə, haqqım olanı istəmişəm. Həm təqaüd, həm də ev məsələsinə görə federasiya rəhbərliyi ilə görüşməyə çalışmışam. Heç kim məni qəbul etməyib. Ən azı bir səbəb göstərilsin, başa salsınlar ki, bu il alınmır, gələn il mükafata sahib çıxacaqsan. Heç bir reaksiya verilmir. Bu da açıq-aşkar hörmətsizlikdi”.
Qədir Hüseynov isə bir çox reallıqları dilə gətirdi: “Kişilər və qadınlar üçün fərqli müqavilə bağlanmışdı. Yəni kişilərin təqaüdü daha çox idi. Ancaq sonuncu dəfə avqustun təqaüdünü almışıq. Təqaüdlər verilmədiyi üçün yarışlara da gedə bilmirik. Axı hansısa turnirə getmək üçün bilet almalı, otelin pulunu ödəməlisən. Bunlar da az xərc tələb etmir. Onsuz da verilən təqaüd şahmat hazırlığına sərf olunur. Bilsən ki, sənin yarış və məşqçi üçün nəzərdə tutulan xərclərin qarşılanacaq, onda heç təqaüdə ehtiyac olmaz. Məsələn, mən Qətərdə keçirilən sürətli şahmat üzrə dünya çempionatına qatıla bilmədim. Çünki bunun üçün təxminən 1500 dollar xərcləməliydim. Olimpiada qurtardı, şahmat da bitdi. Düzdü, kişilərdən ibarət yığmamız uğurlu çıxış edə bilmədi. Ancaq həmişə şahmatda nəticə qazanmaq mümkün olmur axı. Millimiz 2 dəfə Avropa çempionu olub. Komandamız yetərincə güclüdü. Amma ən güclü deyil. Bunu başa düşmək lazımdı. Rusiya ümumi götürəndə dünyanın ən güclü şahmat ölkəsi sayılır. Dəfələrlə dünya çempionatı və Olimpiadalarda qalib olub. Əmsala görə birinci yerdədi. Amma sonuncu dəfə 2002-də Olimpiadada qızıl medal qazanıb. 14 ildi bu yarışda titula həsrətdilər. Bu da şahmatdakı güclü rəqabətdən xəbər verir. Əslində yarışa hazırlıq da tam istənilən səviyyədə olmadı. Olimpiadaya yarım il qalmış yox, 2-3 il əvvəldən hazırlaşmalısan. Qısa müddətdə hazırlıq böyük ölçüdə heç nəyi dəyişmir. Biz piar ölkəsiyik. Piar oldu, qurtardı. İndi təqaüdümüzü 4-5 dəfə azaldıb vermək istəyirlər. Bu pulu almaqdansa, almamaq daha yaxşıdı. Aprelin təqaüdü oğlanlara verilib, qızlara yox. Amma qızların təqaüd almaq şansları daha çoxdu. Çünki onlar Olimpiadada yaxşı nəticəyə imza atıblar. Bilirsiz ki, yığmamızda legioner şahmatçı (Arkadi Naydiç) da var. O nə qədər maaş alır? O heç burda yaşamır. Bildiyimə görə, Macarıstanda yaşayır. Heç vətəndaşlığını da dəyişməyib. Almaniya vətəndaşı kimi yığmamızda çıxış edir. Şahmatda yığmanı dəyişərkən vətəndaşlığı dəyişmək tələb olunmur. Olimpiadada çox pis çıxış etdi. Amma çox rahatdı. Çünki bilir ki, beynəlxalq normalara uyğun AŞF ilə bağladığı müqaviləyə əsasən pulunu alacaq. Legioner yerli idmançıdan 10-15 dəfə üstün tutulur. Bu çox pisdi. Halbuki şahmatımızda əcnəbiyə ehtiyac yox idi. Avropa çempionatlarında ardıcıl 4 dəfə medal qazandıq. Sadəcə, Vüqar Həşimov rəhmətə getdikdən sonra federasiya onun yerinə güclü şahmatçı gətirmək istədi. Amma Naydiç heç Həşimovun səviyyəsinə yaxın deyil. Yəqin Vüqarın səviyyəsində şahmatçılar çox böyük pul istədilər. 20 milyona Olimpiada keçirirsən, amma 100 min manat tapa bilmirsən ki, 20 şahmatçının təqaüdünü verəsən. Belə problemlərlə üzləşəcəksənsə, niyə bu tədbiri keçirirsən?! Biz istəmirik ki, problemlərimizi xarici mətbuata danışaq. Ölkənin imicinə xələl gətirmək istəmirik. Bilmədiyiniz bəzi məsələlər var. Biz onlardan danışsaq, ölkənin imicinə ciddi xələl gələcək. Hələ bu məsələni anlaşma yolu ilə həll etməyə çalışırıq. 5-10 faiz şansımız var. Alınmasa, itirəcəyimiz heç nə qalmayacaq. Mətbuat konfransı keçirib, hər şeyi söyləyəcəyik. Başa düşürük, ölkədə vəziyyət yaxşı deyil. Amma sən buna razılaşırsan, söz verirsən, müqavilə bağlayırsan. Heç kim bu müqaviləni bağlamağa məcbur eləməmişdi ki. Əvvəldən deyərdilər ki, pul olmayacaq, çıxıb oynamalısız, biz də işimizi bilərdik. Vəzifəli şəxsləri niyə federasiyalara rəhbər təyin edirlər? Çünki onların idmanı maliyyələşdirməyə imkanı var. Əks halda məni, səni federasiya prezidenti təyin edərdilər də. Əslində şahmat başqa növlərlə müqayisədə az maliyyə tələb edir. Burda milyonlardan söhbət getmir. Amma yetərincə böyük azarkeş kütləsi var. Əlbəttə, 4 ay bir qəpik də pul almamaq bizi stressə salır. Belədə nədən danışmaq olar? Əcnəbi məşqçiləri cəlb etmək yaxşıdı. Ancaq sən öz idmançına baxa bilməyəcəksənsə, bunlar artıq önəmini itirir. Bu ildən bir nəticə çıxmasa, hamımız toplaşıb bütün problemlərimizi səsləndirəcəyik. Bəzi adamlar var, durumumuzu anlayır, kömək etmək istəyirlər. Görək sözlərinin üstündə duracaqlar…”
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar