30 dek 13:47idman, manset

Yaşar Bəşirov İran millisinin üzvündən imtina edib

Yaşar Bəşirov İran millisinin üzvündən imtina edib
“İstəyirik ki, yığmamızda yerli idmançılar olsun”

Dekabrın 27-də Azərbaycan Milli Karate Federasiyası (AMKF) 2016-cı ilə yekun vurub. Bu məqsədlə federasiyanın ofisində keçirilən mətbuat konfransında təşkilatın prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, qadınlardan ibarət komandanın kapitanı İlahə Qasımova və mətbuat katibi Sənan Məhərrəmov iştirak edib. Federasiya rəsmiləri idman ili ilə bağlı ətraflı məlumat verərək, sualları cavablayıblar. Qeyd olunub ki, bu il karateçilərimiz ölkədən kənarda 26 beynəlxaq turnirdə iştirak edib. Bu yarışlarda 129 medal qazanılıb. Bu mükafatlardan 26-sı qızıl, 24-ü gümüş, 79-u isə bürünc medaldı. Bundan əlavə, ölkəmizdə ənənəvi “Baku Open” və ilk dəfə Naxçıvan Muxtar Respublikasında müstəqilliyimizin 25 illiyinə həsr olunmuş beynəlxalq turnir, beynəlxalq və milli dərəcəli hakimlərin təcrübəsinin artırılması üçün seminarlar təşkil olunub. Beynəlxalq dərəcəli hakimlər Dünya Karate Federasiyası və Avropa Karate Federasiyasının seminarlarında, imtahanlarda iştirak edərək, dərəcələrini yüksəldiblər. Avqustun 5-də Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin növbəti sessiyasında karatenin Tokio-2020-nin proqramına daxil edilməsi qərara alınıb. Dekabrın 6-da isə karate 2018-ci ildən yeniyetmələrin Olimpiya Oyunlarının proqramına əlavə olunub. Yola saldığımız ildə regionlarla işlər gücləndirilib. “Regionlarda karatenin inkişafı və təbliği” istiqamətində Naxçıvan Muxtar Respublikasında federasiyanın nümayəndəliyi yaradılıb. Bir sıra bölgələrə səfərlər təşkil olunub, çətinliklərin aradan qaldırılması istiqamətində əməli işlər görülüb.
Qarşıdakı ilin planlarına gəlincə, mayın əvvəlində Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında təmsil olunacaq AMKF ilin ilk yarısını gücləndirilmiş iş rejimində keçirməyi nəzərdə tutub. Bundan başqa, ölkədə karatenin daha da kütləviliyinə nail olmaq üçün bəzi layihələrin həyata keçirilməsi planlaşdırılıb. 2017-də karateçilərimizi yeniyetmə və gənclərin Avropa və dünya çempionatları, böyüklərin Avropa çemionatı, eləcə də bir neçə Premyer Liqa turnirləri gözləyir. Qarşıda duran əsas hədəflərdən biri də perspektivli idmançıları 2018-də Argentinada keçiriləcək yeniyetmə və gənclərin Olimpiadasına lisenziya qazanmağa hazırlamaqdı.
Yaşar Bəşirov tədbirdə bunları deyib: "İdmançılarımızı yarışlara göndərməklə yanaşı, hakimlərimizi də unutmuruq. Onları beynəlxalq seminarlara göndərir, hakimliklə bağlı planlı işlər görürük. Artıq onların bir çoxu dərəcələrini yüksəldib. Uzun illərdi Dünya Karate Federasiyasının üzvüyük. WKF-də 192 dövlət təmsil olunur. Azərbaycan bu idman növündə qazandığı uğurlarla ən nüfuzlü üzvlərdən biridi. Bu üzdən bizi karatedə sıxışdıra bilməzlər. İstəyirik ki, yığmamızda yerli idmançılar yer alsın. Karate ölkəmizdə sevilən və inkişaf edən idman növüdü. Bizə hətta İran yığmasının üzvü belə müraciət etmişdi. Ağır çəkidə yarışan idmançı daim yüksək yerləri tutur. Ancaq biz onu götürmədik. Çünki həmin çəkidə yerli, perspektivli gənclərimiz var. Hazırda qadınlardan ibarət millimizdə bir əcnəbi karateçi çıxış edir. İrina Zaretska gənc olmasına baxmayaraq, sayılıb-seçilən idmançıdı”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar