27 iy 21:54idman

AÇ-nin qəhrəmanları mükafatlandırıldı

AÇ-nin qəhrəmanları mükafatlandırıldı
Stolüstü tennisdə kütləvilik artıb

İyulun 25-də iqtisadiyyat naziri, Stolüstü Tennis Federasiyanın prezidenti Şahin Mustafayev Portuqaliyanın Gimaraynş şəhərində keçirilən gənclərin Avropa çempionatında uğurla çıxış edən stolüstü tennisçilərimizlə görüşüb. Dövlət başçısı tərəfindən digər sahələrlə yanaşı, idmana da böyük diqqət və qayğı göstərildiyini vurğulayan federasiya rəhbəri bu qayğının nəticəsi kimi beynəlxalq yarışlarda idmançılarımızın uğurlarının artdığını diqqətə çatdırıb. Müstəqillik illərində stolüstü tennis üzrə qazanılan ən yüksək nəticə olduğunu qeyd edərək, idmançılarımızı qələbə münasibətilə təbrik edib. Komandanın baş məşqçisi Mixail Timofeyev yarışların gedişi və tennisçilərin çıxışı haqda məlumat verib və yığmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançılar üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib. Sonda milli üzvlərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, stolüstü tennisçimiz Ninq Jinq gənclər arasında Avropa çempionu olub. Gənc qızlardan ibarət millimiz komanda yarışlarında 3-cü yer tutubsa, qoşa yarışlarda 2-ci olub.
Dünən isə Gənclər və İdman Nazirliyinin inzibati binasında stolüstü tennis yığmamızın üzvləriylə görüş keçirildi. Əvvəlcə nazir müavini İsmayıl İsmayılov ölkədə idmana göstərilən dövlət qayğısından danışdı. Ardınca Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov qitə birinciliyi ilə yanaşı, federasiyanın gördüyü işlərə toxundu: “İyulun 14-dən 23-dək Portuqaliyanın Gimaraynş şəhərində təşkil olunan yeniyetmə və gənclərin Avropa çempionatında 44 ölkədən 520 idmançı iştirak edirdi. Yarış komanda, qarışıq, qoşa və şəxsi birinciliklər üzrə keçirildi. İdmançılarımız 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazandı. Bu il gənclər arasında Avropa çempionu olan Ninq Jinq ötən il yeniyetmələr arasında gümüş medal əldə etmişdi. 11 il ardıcıl qitə çempionu olan Rumıniya tennisçisinə qalib gəlməsi qələbəsinin önəmini daha da artırır. 2014-cü il fevralın 27-də Şahin Mustafayev ASTF-nin prezidenti seçildi. Federasiya “Azur” Biznes Mərkəzində ofislə təmin olunub. Maddi-texniki baza komplektləşib, nəqliyyat vasitələri ayrılıb. İnkişaf konsepsiyasına uyğun olaraq işlərimizi qurmuşuq. Kütləvilin artırılması, yığmanın inkişafı, yerli mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və peşəkar klubların formalaşdırılması fəaliyyətimizin prioritet tərəfləridi. ASTF Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edir. Bütün regionlarda bu idman növünün inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər görülür. Bu il 100-dən çox yarış keçirmişik. Bunlar arasında müxtəlif peşə sahibləri -jurnalistlər, müəllimlər arasında keçirilən turnirlər də var. Mütəmadi şəkildə autizm və daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası məqsədiylə müxtəlif tədbirlər həyata keçiririk. Bakı bulvarında 2 stolüstü tennis masası yerləşdirilib. Onlar bütün mövsümlərə dayanıqlıdı. 6-9 yaşlı uşaqlarla məşğul olmaq üçün bütün ölkə üzrə məşqçi-müəllimlərlə müqavilə bağlamışıq. Kütləviliyin ildən-ilə artırılması üçün bu tədbiri həyata keçiririk. İki il əvvəl Avropa ölkələri üzrə Top-16 turnirini təşkil etdik ki, bu da çox yüksək qiymətləndirildi. Yığmanın inkişafı istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Dünya və Avropa çempionatlarında davamlı şəkildə iştirak edirik. 2014-dən bu yana millimiz 30-a yaxın beynəlxalq yarışda qüvvəsini sınayıb. Polşada, Çində və ölkəmizdə 15-ə yaxın təlim-məşq toplanışı təşkil etmişik. “Şüa” İdman Kompleksi stolüstü tennisin bazasına çevrilib. Sumqayıt bulvarında istifadəyə verilən idman kompleksinin 1000 kvadratmetrlik ərazisi stolüstü tennisin ixtiyarına verilib. Müxtəlif dövrlərdə Polşa və Çindən mütəxəssislər dəvət etdik ki, bu idman növünün inkişaf strategiyasını müəyyənləşdirək. Dünya təcrübəsindən yararlanaraq Çindən perspektivli idmançıları “milliləşdirdik”. Biz nəticə əldə etmiş, tanınmış tennisçiləri yox, 15 yaşadək idmançıları yığmaya cəlb etdik. Məqsəd yerli tennisçilərlə rəqabət fonunda “artırmaları” idi. Bu gün bunun nəticəsini görürük. Peşəkar mütəxəssislərimizin olması da ən vacib məsələlərdən biridi. Artıq beynəlxalq dərəcəli hakimlərimiz də var. İran və Türkiyə ilə mütəxəssislərin mübadiləsi və hazırlığıyla bağlı əməkdaşlıq memorandumu imzalamışıq. Silsilə tədbirlər nəticəsində yığmalarımız reytinqdə irəliləyib. 2014-lə müqayisədə qadınlardan ibarət millimiz 82-ci pillədən 45-ci yerə, yeniyetmə qızlarımız 71-ci pillədən 14-cü yerə, kişilərdən ibarət komandamız 90-cı pillədən 64-cü yerə, yeniyetmə oğlanlarımız isə 88-ci pillədən 14-cü yerə yüksəlib. İnanırıq ki, reytinqdə daha da irəliləyəcəyik. Hazırda stolüstü tennislə məşğul olanların sayı 3 mindən çoxdu. Məşqçi-müəllimlərlə bağladığımız müqaviləyə əsasən onların hər biri 10 azyaşlı yeniyetmə ilə məşğul olmalıdı. Regionlar daxilində həftədə bir dəfə, 15 gündən bir isə regionlararası yarışlar keçirilir. Artıq yığma üçün seçim alternativi çoxalıb”.
Baş məşqçi Mixail Timofeyev yığmanın Avropa çempionatındakı çıxışından danışdı: “İspaniya, Belarus və Macarıstanla yer aldığımız qrupdan uğurla çıxdıqdan sonra Norveçə qalib gəldik. 1/4 finalda Polşanı məğlub etdik. Ancaq yarımfinalda Rumıniyaya uduzduq. 3-cü yer uğrunda oyunlar keçirilmədiyindən yığma şəklində bürünc medal qazandıq. Qoşa yarışlarda gümüş medal qazandıq. Fərdi mübarizədə Ninq Jinq çempion oldu. O, yarımfinalda 11 il Avropa çempionu olmuş Rumıniya idmançısına qalib gəldi. İlk baxışdan belə görünürdü ki, Adina Dyakonu tennisçimizə qalib gələcək. Çünki o 3:2 hesabıyla öndə idi. Ancaq Jinq ona layiqincə müqavimət göstərdi və xarakter nümayiş etdirərək 4:3 hesabıyla qələbə qazandı. Finalda rəqib o qədər də güclü tennisçi deyildi. Bu üzdən Ninq Rusiya təmsilçisinə 4:0 hesabıyla qalib gəldi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar