18 iy 02:40idman

Teymur Rəcəbov Cenevrədə “partladı”

Teymur Rəcəbov Cenevrədə “partladı”
İddiaçıların Turnirində iki şahmatçıyla təmsil oluna bilərik

İsveçrənin Cenevrə şəhərində təşkil olunan şahmat üzrə “Qran-pri” turnirinə yekun vurulub. Şənbə günü sonuncu – 9-cu turun oyunları keçirilib. Teymur Rəcəbov (2724) qara fiqurlarla Yan Nepomnyaşi (Rusiya, 2742) ilə heç-heçə edib. Aleksandr Qrişukun (Rusiya, 2761) Aniş Girinin (Hollandiya, 2775) müqavimətini qıra bilməməsi həmyerlimizin çempionluğunu rəsmiləşdirib. Beləliklə, Rəcəbov uzun fasilədən sonra beynəlxalq yarışda titul qazanaraq uğursuz gedişə son qoyub. İsveçrədə əldə olunan çempionluq Teymura həm də 20 min avro qazandırıb.
Şəhriyar Məmmədyarov (2800) ağ fiqurlarla Çao Li (Çin, 2735) ilə “sülh bağlayıb”. Aleksandr Ryazantsev (Rusiya, 2654) – Maykl Adams (İngiltərə, 2736), Pentala Harikrişna (Hindistan, 2737) – Dmitri Yakovenko (Rusiya, 2703), Ernesto İnarkiyev (Rusiya, 2707) – Boris Gelfand (İsrail, 2728) və Pavel Elyanov (Ukrayna, 2739) – Riçard Rapport (Macarıstan, 2694) görüşlərində də qalib müəyyənləşməyib. Pyotr Svidler (Rusiya, 2749) Yifan Hounu (Çin, 2666), Levon Aronyan (Ermənistan, 2809) isə Səlim Salehi (BƏƏ, 2656) məğlub edib.
Yekun sıralama: 1. RƏCƏBOV – 6, 2. Qrişuk – 5,5, 3. Nepomnyaşi – 5,5, 4. MƏMMƏDYAROV – 5, 5. Giri – 5, 6. Svidler – 5, 7. Harikrişna – 5, 8. Adams – 5, 9. Li – 5, 10. Ryazantsev – 5, 11. Aronyan – 4,5, 12. Elyanov – 4,5, 13. Gelfand – 4,5, 14. Yakovenko – 4,5, 15. İnarkiyev – 4, 16. Rapport – 2,5, 17. Hou – 2,5, 18. Səlim – 2.
Bununla da “Qran-pri” seriyasında 3-cü mərhələ başa çatıb. Sonuncu – 4-cü mərhələ isə noyabrın 16-dan 27-dək İspaniyanın Palma şəhərində təşkil olunacaq. Bildiyiniz kimi, 24 iştirakçının hər biri 3 mərhələdə mübarizə apara bilər. Belədə hər mərhələdə 6 qrossmeyster kənarda qalır. Artıq ilk 3 yarışda qüvvəsini sınayan Məmmədyarov, Qrişuk, Nepomnyaşi, Adams, Hou və Səlim “Qran-pri”də çıxışını başa vurub. Adları çəkilənlərdən ilk ikisi bu seriyadan şahmat tacına İddiaçıların Turnirinə qatılmağa real namizədlər hesab olunur. Bu yerdə xatırladaq ki, “Qran-pri”nin yekununda toplanan xallara əsasən ilk 2 yeri tutan şahmatçılar İddiaçıların Turnirinə vəsiqə qazanacaq. Məmmədyarov və Qrişukla yanaşı, Rəcəbov, Dinq və Vaşye-Laqravın İddiaçıların Turnirində çıxış etmək şansı var. Ancaq bunun üçün mütləq İspaniyadakı turnirdə ilk “3-lük”də yer almalıdılar. Hətta vəziyyətdən asılı olaraq, 2-3-cü yerlər də bu 3 zəka sahibini qane etməyə bilər. Reqlamentə əsasən, 1-ci yerin sahibi 170, 2-ci yeri tutan 140, 3-cü pillədə qərarlaşan şahmatçı isə 110 xal qazanır. Ancaq bir yeri bir neçə qrossmeyster tutsa, o zaman bu xallar azalır. Rəcəbova 100 xal lazımdı ki, hədəfinə çatsın. Amma bir şərtlə ki, son mərhələdə Çin və Fransa təmsilçiləri ondan yüksək nəticə göstərməsin. Müqayisə aparsaq, Şəhriyarın 70-80 faiz vəsiqəni təmin etdiyini söyləyə bilərik. Teymurun şansları isə 50-nin 50-yə nisbətindədi. Cenevrədəki çıxış təsadüfi uğur deyilsə, şahmatçımız həqiqətən yüksəlişdədisə, o zaman Palmada da bunun məntiqi davamını gətirmək olar. Sadəcə, bizi bir sual düşündürür. Məsələ burasındadı ki, Palmada təşkil olunacaq yarışdan təxminən 10 gün əvvəl yığmalararası Avropa çempionatı yekunlaşacaq. Teymur üçün qitə birinciliyi yorğunluq da sayıla bilər, praktika da. Görəsən, Rəcəbov hansı addımı atacaq? Millidə məsul yarışda çıxış edəcək, yoxsa “Qran-pri”yə köklənib, AÇ-dən imtina edəcək?
1 2 3 4 5 6 7
1. ŞƏHRİYAR MƏMMƏDYAROV 140 140 60 - 340
2. Aleksandr Qrişuk 140 71 125 - 336
3. TEYMUR RƏCƏBOV – 71 170 x 241
4. Liren Dinq 70 170 – x 240
5. Maksim Vaşye-Laqrav 140 71 – x 211
6. Yan Nepomnyaşi 70 3 125 – 198
7. Hikaru Nakamura 70 71 – x 141
8. Maykl Adams 70 3 60 – 133
9. Pyotr Svidler - 71 60 x 131
10. Aniş Giri – 71 60 x 131
11. Çao Li 25 – 60 x 85
12. Dmitri Yakovenko 70 – 11 x 81
13. Yifan Hou 7 71 2 – 80
14. Pentala Harikrişna - 20 60 x 80
15. Aleksandr Ryazantsev 1 - 60 x 61
16. Pavel Elyanov 25 - 11 x 36
17. Fransisko Valyexo 25 - 7 x 32
18. Boris Gelfand - 20 11 x 31
19. Riçard Rapport 25 - 2 x 27
20. Yevgeni Tomaşevski 3 20 – x 23
21. Levon Aronyan 7 - 11 x 18
22. Lyudviq Hammer 3 7 – x 10
23. Səlim Saleh 3 3 1 - 7
24. Ernesto İnarkiyev - 1 4 x 5
qeyd: 1 – sıra nömrəsi, 2 – adı, soyadı, 3 – Şarjah, 4 – Moskva, 5 – Cenevrə, 6 – Palma, 7 – cəmi.

Yeri gəlmişkən…
Teymur Rəcəbov “tvitter”də bunları yazıb: “Bəli, bəli! Cenevrə “Qran-pri”sinin qalibi oldum. Mənə ilham verdiyin üçün çox sağ ol, Roje Federer! Mənə dəstək verən hər kəsə təşəkkür edirəm”.
Hazırda Rusiya şahmatının lideri sayılan, ötən il Maqnus Karlsenlə tac uğrunda mübarizə aparmış Sergey Karyakin isə “tvitter”də həmyerlimizi təbrik edib: “Təbriklər, Rəcəbov! “Qran-pri”də möhtəşəm qələbə qazandı. O, uzun müddət idi ki, güclü turnirlərdə qalib gələ bilmirdi. Ancaq hər zaman inanırdım ki, Teymur bunu bacaracaq”.

Maraqlıdı…
Son turdan sonra Teymur Rəcəbov yarışın rəsmi saytına bunları deyib: “Əlimdən gələn hər şeyi edirəm ki, İddiaçıların Turnirinə qatılmaq şansımla bağlı düşünməyim. Qarşıdakı hələ bütöv bir mərhələ var. Hər şey baş verə bilər. Buna qədər İddiaçıların Turnirində iştirak etmişəm. Bu təcrübəyə sahibəm. Deyə bilmərəm ki, yeganə məqsədim sırf bu yarışa vəsiqə qazanmaqdan ibarətdi. Sadəcə, turnirdən turnirə nəticələrimi yaxşılaşdırmağı və ustalığımı yüksəltməyi düşünürəm. “Qran-pri” seriyasında topladığım xalları hesablamayacam. Yalnız şahmat oynayacam”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar