16 iy 18:09idman

İkiqat Avropa çempionu intihar etdi

İkiqat Avropa çempionu intihar etdi
“Bilmirəm, bəlkə də şəxsi həyatında hər hansı problemi vardı”

Son vaxtlar idmançılarımızın başına gələn bədbəxt hadisələr sıralanmaqdadı. Kimisi cinayət törədib, özünü bədbəxt edirsə, kimisi həyatdan vaxtsız köçür. Daha bir perspektivli idmançımızın ölüm xəbəri yayılıb. Əslində bədbəxt hadisə iyulun 4-də baş verib. Ancaq bu olay mətbuatda dünən yayılıb. Söhbət dəfələrlə ölkə çempionu olmuş, 2 dəfə Avropa çempionatının qızıl medalını qazanmış Rəşad Dünyamalıyevdən gedir. 18 yaşlı samboçu Binəqədi kəndində yaşadığı evin həyətində özünü asıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Mərhumun atası Vladislav Dünyamalıyev “yenicag.az” saytına bunları deyib: “Biz hələ də şokdayıq. Oturub saatlarla fikirləşirəm ki, Rəşad, axı niyə? Həmin günün gecəsi işdə olmuşam. Dülgər sexində çalışıram. Sifarişimiz var idi deyə səhərədək işləmişdik. Rəşad həmin gün Qazaxıstana getməliydi. Anası səhər yuxudan oyadıb ki, dur, yoxsa gecikəcəksən. O da “yaxşı, ana, dururam” deyib. Qızımla yoldaşım işə gedəndən sonra isə özünü turnikdən asıb. O, çox tərbiyəli, hər kəsin sevimlisi idi. Hansı səbəbdən intihar etdiyi isə sirr olaraq qalır. Oğlumun telefonu da istintaqa verildi, amma içindən bir şey çıxmadı. Heç bir problemi də yox idi. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) qəbul olmuşdu. Yeni tədris ilindən 1-ci kursda oxuyacaqdı. Amma qismət olmadı. Çempion bizi yaraladı”.
Bəzi mətbuat orqanlarında Rəşadla atası arasında problemin olduğu yazılıb. Lakin mərhumun yaxınlarının və qonşuların dediyinə görə, Rəşadla atası arasında hər hansı bir problem olmayıb. Dost-tanış Vladislav Dünyamalıyevi övladına dəstək olan, onu çox istəyən biri kimi tanıyır. Qeyd edək ki, Vladislav oğlunun intihar zamanı istifadə etdiyi turniki artıq həyətdən söküb. Mərhum Binəqədi kənd qəbiristanlığında dəfn olunub.
Dünən bədbəxt hadisəylə bağlı yeniyetmə, gənclər və əsas yığmanın baş məşqçisi funksiyasını yerinə yetirən Yaqub Abdullayevin də fikirlərini öyrəndik: “Rəşad 2015-ci ildə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olmuşdu. O, eyni nəticəni bu il də təkrarlamışdı. Dünyamalıyev həm də yeniyetmələr arasında dünya çempionatında gümüş medal qazanmışdı. Bu yaxınlarda isə həm yeniyetmələr, həm də böyüklər arasında ölkə kubokunun qalibi olmuşdu. O, qeyri-adi istedada sahib samboçu idi. Ölkə kubokunun sahibi olduğu üçün ilk dəfə böyüklərin yarışında onu sınamaq qərarına gəldik. Qazaxıstanda Nursultan Nazarbayevin şərəfinə keçirilən turnir üçün yığmanın heyətinə onu da daxil etdik. Səfərdən bir gün əvvəl onu yığmanın geyim dəsti ilə təmin etdik. Çox sevinirdi ki, əsas komandada çıxış edəcək. Ertəsi gün səhər tezdən səfərə çıxırdıq. Gördük ki, Rəşad gəlib çıxmır. Şəxsi məşqçisi Cabir İsmayılovla əlaqə saxladım. Çünki özünün nömrəsi yox idi. Məşqçisi vasitəsi ilə danışırdıq. Sonradan məşqçisi mənə zəng edib dedi ki, anasıyla danışdım, o da səhər tezdən oyandırdığını və sonradan işə getdiyini söylədi. Şəxsi məşqçisi mənə evlərinə gedəcəyini də söylədi. Hardasa 11-in yarısında mənə zəng edib dedi ki, bəs Rəşad özünü asıb. Hamımız şoka düşdük ki, axı bu necə ola bilər? Heç bir iz qoymadan, kiməsə bir söz demədən necə bu addımı ata bilərdi? Hər hansı problemi də yox idi. Yolunun açılan vaxtı idi. Az öncə qeyd etdiyim kimi, istedadına da söz ola bilməzdi. Bilmirəm, bəlkə də şəxsi həyatında hər hansı problemi vardı. Ancaq idmanla bağlı heç bir problemdən söhbət gedə bilməzdi. Heç ailə üzvləri də intiharının səbəbini bilmir. Rəşad çox qürurlu uşaq idi. Qeyri-adi güləş üslubuyla seçilirdi. Heç kimə 1 xal belə vermək istəmirdi. Oğlumla da yaxın dost idi. Samboçuların hamısı şokda idi. Yarışa necə getdik-gəldik, bir Allah bilir. Turnir də gözümüzdən gəldi. Hamımızın fikri burda idi ki, bəs Rəşad niyə belə elədi? Hər şeyin yaxşı olan vaxtında niyə bu addımı atıb? 57 kq-a “yeni nəfəs” gətirəcəyini düşünürdüm. Tam fərqli idmançı idi. Çox soyuqqanlı və həyəcansız güləşirdi. Valideynləri ilə də söhbət etdim. Heç bir maddi problemi də yox idi. Hansısa yarışa gedəndə cibində ən azı 150-200 avro pulu olurdu. Məşqçiləri, federasiya tərəfindən həmişə ona “yaşıl işıq” olub. Öz güləşiylə belə vəziyyət yaratmışdı ki, heç vaxt ona “yox” deyilmirdi. Allah rəhmət eləsin”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar