16 iy 18:03idman

İslamiadada çıxış edən idmançılarımızda dopinq aşkarlanıb

İslamiadada çıxış edən idmançılarımızda dopinq aşkarlanıb
“Qərar qəbul olunduqdan 21 gün sonra testin nəticələri ictimaiyyətə açıqlanacaq”

Son illər ölkəmizdə davam edən silsilə dopinq olaylarından sonra Ümumdünya Antidopinq Agentliyinin (WADA) ölkəmizi “qara siyahı”ya salması Gənclər və İdman Nazirliyini, həmçinin Milli Olimpiya Komitəsini hərəkətə keçirdi. Bu iki idman qurumu və Təhsil Nazirliyinin təşəbbüsüylə ötən ilin sonlarında Milli Antidopinq Agentliyi (AMADA) təsis edildi. Cari ilin əvvəlindən intensiv fəaliyyətə başlayan qurum ölkəmizin adının “qara siyahı”dan çıxarılmasına nail olub. Ancaq bu o demək deyil ki, bununla da idmanımız “təmizlənib”. Mayda Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş idmançılarımızın bir qisminin orqanizmində yasaq preparatlar aşkarlanıb. Bu, AMADA tərəfindən götürülmüş testlərin Almaniyanın Köln şəhərində yerləşən laboratoriyada yoxlanılmasından sonra müəyyənləşib. Ancaq hələ ki həmin idmançıların kimliyi sirr saxlanılır. Məsələ ilə bağlı AMADA-nın icraçı direktoru Şəfəq Hüseynli ilə danışmağı məqsədəuyğun saydıq: “İslamiadada iştirak etmiş idmançılardan 109 test götürülüb. Ancaq neçə idmançının testinin müsbət nəticələndiyini söyləyə bilmərəm. Bu haqda hələ açıqlama verə bilmərəm. Nə zaman ictimaiyyətə açıqlamağa icazə verilsə, biz mətbuat üçün press-reliz yayacağıq. Bu, sırf yerli idmançılardan götürülmüş testlərdi. Düzdü, xarici idmançılarla da işləyirik. Ölkəmizdə keçirilən beynəlxalq yarışlarda iştirak edən əcnəbilərdən sifariş əsasında testlər götürürük. Ancaq onların nəticələrinin müsbət və ya mənfi çıxması bizim üçün prioritet təşkil etmir. Sadəcə, testi götürüb müvafiq laboratoriyaya göndəririk. Nəticəsi ilə isə biz yox, ölkələri maraqlanır. Dopinqli çıxmış idmançıların kimliyi nə vaxt bəlli olacaq? İntizam Komitəsi bununla bağlı qərar çıxaracaq. Bundan sonra idmançılara appelyasiya hüququndan istifadə etmək imkanı veriləcək. Appelyasiya verilməsə, qərar qəbul olunduqdan 21 gün sonra testin nəticələri ictimaiyyətə açıqlanacaq”.
Əslində bu durum heç kimi təəccübləndirməməlidi. Çünki dövlətin ilk 3 yeri tutan idmançılar üçün təyin etdiyi mükafatlar idmançıları dopinq qəbul etməyə təşviq edir. Bəli, istəmədən də olsa, müxtəlif növlərdə çıxış edən bəzi idmançılar həmin mükafatı qazanmaq üçün qaydaları pozmağa, “feyr-pley”ə tüpürməyə can atır. Bir çox idmançı yaxşı bilirdi ki, bu fürsət bir də ələ düşməyəcək. Nə Avropa, nə də dünya çempionu olmağa görə 100-150 min manat mükafat verilir. Olimpiadada uğur qazanmaq isə “halva” deyil. Belədə doğma məkanda keçirilən və rəqabəti az olan yarışda fərqlənməklə bir anda varlanmaq, bahalı maşın, mənzil almaq imkanı göydəndüşmə idi. Yolu “kəsə” getmək eşqinə düşənlər də ən yaxşı çıxış yolunu dopinq qəbul etməkdə görüb. Düzdü, buna görə onlar cəzalarını alacaq. Ancaq dövlət də baş verənləri təhlil etməli, buraxdığı səhvi anlamalıdı. Ümumiyyətlə, maliyyə böhranında üzən, iqtisadi problemlərlə boğuşan dövlət ən azı yaxın 3-5 ildə idmançılar üçün həddən artıq mükafatlar vəd etməməlidi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Bu gün, 20:34 “Qəbələ”dən daha bir statistika Bu gün, 20:23 Barselona qəhrəmanı kövrəldi... Bu gün, 20:20 Saxtakar dünya çempionu... Bu gün, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Bu gün, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Bu gün, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Bu gün, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar