28 dek 16:35idman, manset

Nazir “Buta”da tort kəsdi

Nazir “Buta”da tort kəsdi
Dünən Gənclər və İdman Nazirliyi 2016-cı ilin yekunuyla bağlı “Buta Palace”də tədbir keçirdi. Mərasimin saat 19.00-da başlayacağı planlaşdırılırdı. Ancaq bir qədər yubandı. Mərasimdə idman funksionerləri, müxtəlif növlər üzrə idmançılar və jurnalistlər iştirak edirdi. Əvvəlcə himnimiz səsləndirildi. Ardınca “Bu şəhərdə”nin üzvləri Rafael və Coşqunun aparıcılığı ilə tədbirə start verildi. Öncə il ərzində ölkəmizdə keçirilən nüfuzlu yarışlardan və idmançılarımızın uğurlarından bəhs edən videoçarx nümayiş etdirildi. Daha sonra gənclər və idman naziri Azad Rəhimov il ərzində qazanılan uğurlardan bəhs etdi: “Bu il idmançılarımız 857 medal qazanıb. Bunlardan 357-nin əyarı qızıldı. Atletlərimiz il ərzində 192 beynəlxalq yarışda mübarizə aparıb. Azərbaycanda 52 beynəlxalq turnir keçirilib. İdmançılarımız Rio-2016-da 18 medal qazanmaqla yanaşı, Avropa və dünyamiqyaslı turnirlərdə də uğurlar əldə edib. Bu, Azərbaycan idmanının böyük uğurudu. Həmçinin bu il ölkəmizdə “Formula-1” üzrə Avropa “Qran-pri”si və 42-ci Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunub. Gələn il yenidən dünyanın idman ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək. Paytaxtımız 4-cü İslam Həmrəyliyi Oyunları və bir sıra mötəbər idman tədbirlərinə evsahibliyi edəcək”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də 2016-cı ilin Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldığını dedi: “2016-cı ili yüksək uğurlarla başa vururuq. Bu il Olimpiya Oyunlarında 18 medal qazanan atletlərimiz tarixi nəticə göstərdilər. Gələn il də maksimum şəkildə yaxşı nəticə göstərməyə çalışacağıq. Tokio-2020-də idmançılarımızdan böyük uğurlar gözləyirik”.
Sonra musiqili fasilələrlə mükafatlandırma mərasiminə start verildi. Taekvondo Federasiyası ilin ən yaxşı federasiyası seçildi. İdman yarışlarının yüksək səviyyədə təşkilinə görə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti və “Qəbələ” atıcılıq idman klubu mükafatlandırıldı. “Neftçi” İK ilin ən yaxşı idman təşkilatı, futzal üzrə millimiz, olimpiya yığmamız və “Sinerji Bakı” ilin komandaları seçildi. Heydər Əliyev adına İdman Konsert Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi və Cəlilabad Olimpiya İdman Kompleksi ilin ən yaxşı idman qurğuları kimi fərqləndirildi. İlin ən yaxşı məşqçiləri Elnur Amanov (taekvondo), Aslan Ağayev (sərbəst güləş), Fərhad Məmmədov (cüdo), Hikmət Hacıyev (kikboksinq), ən yaxşı idman hakimləri Faiq Həsənov (şahmat), Fikrət Vəliyev (qılıncoynatma), Hicran Şərifov (güləş), Rövşən Hüseynov (boks), Fariz Hüseynov (cüdo), ən fəal idman veteranı Məmməd Useynov, idman həkimi Esmiralda Ələkbərova, ən yaxşı idman jurnalisti Elşən Məmmədov (Report.az), ən yaxşı media layihəsi “Space”nin "İdmanda" verilişi, ən yaxşı idman agentliyi “extratime.az”, ən yaxşı idman verilişlərinin təşkilatçısı "İdman Azərbaycan", idmanın təbliğatında ən uğurlu layihə "CBC Sport" oldu. Rio Olimpiadasında ölkəmizi layiqincə təmsil etdiklərinə görə Kamran Şahsuvarlı (boks), Lorenso Sotomayor (boks), Milad Beiqi Harçeqani (taekvondo), Patimat Abakarova (taekvondo), Şərif Şərifov (sərbəst güləş), Natalya Sinişin (qadın güləşi), Rəsul Çunayev (yunan-Roma güləşi), Cəbrayıl Həsənov (sərbəst güləş), Sabah Şəriəti (yunan-Roma güləşi), Hacı Əliyev (sərbəst güləş), Toğrul Əsgərov (sərbəst güləş), Xetaq Qazyumov (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Rüstəm Orucov (cüdo), Elmar Qasımov (cüdo), Ramil Qasmov (cüdo), Bayram Mustafayev (cüdo), Rövşən Səfərov (cüdo), Yelena Çebanu (atletika), Kamil Əliyev (atletika), İradə Əliyeva (atletika), Dmitri Saley (üzgüçülük), Roman Saley (üzgüçülük), İnna Osipenko-Radomska (kayak) və Valentin Demyanenko (kanoe) fəxri diplom aldı. Həmçinin Hidayət Heydərov (cüdo), İslam Abbasov (yunan-Roma güləşi), Rafael Ağayev (karate), Oleq Stepko (idman gimnastikası), Ramazan Rüstəmov (qol güləşi), Bəxtiyar İsgəndərzadə (kikboksinq), Emil Həsənov (sambo), Yelena Vıstropova (boks) və Marina Durunda (bədii gimnastika) ilin idmançıları kimi mükafatlandırıldı.
Rafael və Coşqunun hazırladıqları maraqlı videogörüntülər tədbirə rəng qatdı. Belə ki, onlar müxtəlif idmançıları fərqli ləhcələrlə səsləndirirdi. Xüsusən Elnur Məmmədli, Toğrul Əsgərov və Radik İsayevlə bağlı görüntülər maraqla qarşılandı. Sonda idmançılar yallı getdi və tort kəsildi. Bununla da tədbir başa çatdı.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar