07 iy 00:22idman

Kamran Şahsuvarlı Natiq Aslanovu şəxsi məşqçisi saymır

Kamran Şahsuvarlı Natiq Aslanovu şəxsi məşqçisi saymır
“Kor-koranə hücuma atılan rəqiblərlə qarşılaşmalar mənim üçün çətin alınır”

Ötən sayımızda Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında çıxış edən boksçularımızdan ikisinin – Elvin Məmişzadə (52 kq) və Pərviz Bağırovun (69 kq) fikrini diqqətinizə çatdırmışdıq. Qitə birinciliyində üzümüzü güldürən, uğuru yeganə təsəllimiz olan Kamran Şahsuvarlı (75 kq) ilə isə daha ətraflı danışmaq məqsədəuyğun olardı. Axı Avropa ikincisindən həm də şəxsi məşqçisi ilə bağlı yaranmış suala cavab tapıb, bu mövzunu bağlamaq lazım idi...
- Sən Qazaxıstanda doğulmusan, ya ora uşaq yaşlarında ailənlə birgə köçmüsən?

- Azərbaycanda doğulmuşam. 7 yaşımda olanda Qazaxıstana köçdük.
- Boksa gəlişin necə baş verdi?
- Sinif yoldaşımın sayəsində bu idman növüylə tanış oldum. Orda Olimpiya Ehtiyatları Məktəbində boksla məşğul oldum.
- Ölkəmizə qayıdışın necə baş verdi?
- Qazaxıstanda keçirilən bir yarışda iştirak edirdim. Həmin turnirə “Qızıl Əlcək” komandası da qatılmışdı. Komandanın baş məşqçisi Rəhim Allahverdiyev mənimlə söhbət etdi və ölkəmizə dəvət etdi. İlk dəfə 2013-də gəlmişdim. Səfər xərclərini onlar çəkmişdi. Onların klubunun adından yarışdım. Ancaq əməkdaşlığımız uzun çəkmədi. 1 il sonra yenidən Bakıya qayıtdım. Onda öz hesabıma gəlmişdim. Həmin vaxt “Qızıl Əlcəy”in boksçusu kimi ölkə çempionatında gümüş medal qazandım. Finalda Haybulla Musalova uduzmuşdum. Sonra “Qəbələ”yə keçdim. O klubda diqqət ayrılmadığından bu addımı atdım. “Qəbələ”də Azərbaycan kubokunun qalibi oldum.
- Qəzetimizdə sənin şəxsi məşqçinin kim olmasıyla bağlı yazılar gedib. Komandanızın sabiq məşqçisi Natiq Aslanov hüququnun tapdandığını və o qala-qala inzibatçı Anar Məmmədovun şəxsi məşqçin kimi mükafata sahib çıxdığını söyləyir. Bu haqda nə deyə bilərsən?

- Mən Anar müəllimi şəxsi məşqçim sayıram. Bilirsiz, necədi? Mən “Qəbələ”yə gələndə Natiq müəllim klubda çalışırdı. Məşqləri o keçirdi. Mən bu kluba keçmək istədiyimi söyləyəndə dedi ki, sən hələ məşq elə, Fariz müəllim (“Qəbələ”nin boks bölməsinin rəhbəri Fariz Məmmədovu nəzərdə tutur – S.) ölkə xaricindən gələndən sonra qərar verər. Razı olsa, klubun adından döyüşərsən. O da gələndən sonra məni kluba qəbul etdi. Mən onda hazır boksçu idim. Onda heç məşqçiyə də ehtiyacım yox idi. Sadəcə, Natiq bəy ümumi məşqləri keçirdi. O, mənim şəxsi məşqçim olmayıb. Sözsüz, üzərimdə müəyyən qədər əməyi olub. Amma hamıya ümumi məşq keçib. Mənimlə xüsusi hazırlıq keçməyib. Şəxsi məşqçim Anar müəllim sayılır. Olimpiadadan əvvəl artıq onun adı şəxsi məşqçim kimi təsdiqlənmişdi.
- Natiq bəy deyir ki, səni əvvəlcə kluba götürmək istəməyiblər. Yalnız onun təkidindən sonra “Qəbələ” ailəsinin bir üzvünə çevrilmisən. Bu həqiqətən belə olub?

- Yox. Sadəcə, Fariz müəllim qarşımda şərt qoydu: Azərbaycan kubokunda nəticə göstərməlisən ki, səni kluba götürüb maaş verək. Bu məsələ istənilən klubda belədi. Kubokda da titul qazanıb “Qəbələ”nin boksçusu oldum. Yoxsa sırf Natiq müəllimin xahişiylə kluba cəlb olunmaq söhbəti olmayıb.
- Avropa və dünya çempionatında medal qazanmamış birisinin Olimpiadada fərqlənməsi xoş sürpriz oldu. Rio-2016-dakı “bürünc” səni də təəccübləndirdi?

- Həmişə böyük turnirlərdə uğur qazanmaq istəmişəm. Ancaq heç vaxt belə şansım olmayıb. Çünki Olimpiya Oyunlarına qədər nə AÇ, nə də DÇ-də çıxış etmişdim. Bəlkə də qatılsaydım, həmin yarışlarda da fəxri kürsüyə qalxardım. Tale elə gətirdi ki, ilk böyük turnirim Olimpiada oldu və Rioda bürünc medal qazandım.
- Kubalı Pedro Rokdan sonra baş məşqçi postuna Leonid Layinski gətirildi. Ukraynalı mütəxəssis ağır məşqlər keçir, fiziki hazırlığa üstünlük verir. Kubalı çalışdırıcı isə rinq məşqlərinə daha çox yer ayırırdı. Yeni məşq metoduna uyğunlaşmaq çətinlik yaradır?
- Müəyyən qədər çətinlik olur. Həmişə elədiyimiz şeylərdən fərqli məşqlər keçirik. Rokun dönəmində sınaq döyüşləri çox olurdu. İndi fiziki hazırlıq prioritet təşkil edir. Artıq 6 aydı bu məşq metoduyla hazırlaşırıq. Uyğunlaşdığımızı söyləyə bilərəm.
- Avropa çempionatında yeganə medalçımız oldun. “Gümüş” ürəyincə oldu?
- Əslində Xarkova Avropa çempionu olmağa yollanmışdım. Hədəfim yalnız “qızıl” idi. Avropada reytinqdə ikinciydim. Ancaq liderdən güclü olduğumu bilirdim. Turnirə favorit kimi yollanmışdım. Ancaq finalda döyüşümü göstərə bilmədim. Alınmadı. Öz səhvlərimdən döyüşü uduzdum. Etiraf edim ki, kor-koranə hücuma atılan, necə gəldi zərbə vuran və taktikasız döyüşən rəqiblərlə qarşılaşmalar mənim üçün çətin alınır. Başqa istənilən boksçuyla döyüşə bilərəm.
- Dünya çempionatında əsas rəqiblərin kimlər olacaq?
- Ukrayna, Kuba, Qazaxıstan və Özbəkistan boksçularını daha çox fərqləndirə bilərəm. Mundialın hazırlığına iyulun 10-dan başlayacağıq. Məndə olan məlumata görə, toplanış Qəbələdə baş tutacaq.
- Olimpiadadan sonra AÇ-də medalçı oldun. Bu uğurlar özünəinamını daha da artırır? Daha böyük uğurlar qazana biləcəyini düşünürsən?
- Əlbəttə. Mən hələ karyeramın başındayam. Heç vaxt məndə bu qədər özünəinam olmayıb. Yarışdan-yarışa gücümə daha çox güvənirəm.
- Hazırda ölkədə 75 kq-da ciddi rəqibinin olmaması səndə arxayınlıq yaratmır?
- Qətiyyən. Düzdü, ölkə çempionu olmaq uğrunda alışıb-yanmıram. Əsas hədəfim beynəlxalq yarışlarda uğur qazanmaqdı. Avropa və dünya çempionu, Olimpiadanın qalibi olmaq istəyirəm. Bu üzdən arxayınlaşmaqdan söhbət gedə bilməz.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar