28 dek 13:02idman

Gülnar Məmmədova gələn il mənzilə sahib çıxa bilər

Gülnar Məmmədova gələn il mənzilə sahib çıxa bilər
Mahir Məmmədov: “Çalışacağıq ki, şahmatçıların istəyini yerinə yetirək”
Ötən sayımızda qadınlardan ibarət şahmat yığmamızın üzvü Gülnar Məmmədovanın ölkə prezidentinə müraciətini diqqətinizə çatdırmışdıq. Bakıda təşkil olunan Şahmat Olimpiadasında qızıl medal qazanan şahmatçı ölkə tarixində ilkə imza atmışdı. Yarış ərəfəsində komanda hesabında qadınlardan ibarət yığmamız ilk “10-luğ”a düşəcəyi halda böyük mükafat alacağı vəd olunmuşdu. Üstəlik, fərdi lövhələr üzrə ilk “3-lük”də yer alacaq şahmatçılar da ayrıca mükafat almalıydı. Bu, rəhbərlik səviyyəsində turnir ərəfəsində şahmatçılarla keçirilən görüşdə səsləndirilən fikirlər olub. Ancaq nədənsə daha sonra verilən vədlər unudulub.
Məsələ ilə bağlı Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovun fikirlərini mütləq öyrənməliydik. Belə də etdik. Ancaq “SOCAR-Gürcüstan”ın da rəhbəri olan Məmmədovun fikirlərinə keçməmiş maraqlı bir məqama toxunaq. Dekabrın 23-də Gülnar “feysbuk” səhifəsində belə bir status yazıb: “Olimpiadada yer tutduqdan sonra AŞF nəinki vəd etdiyi mükafatı vermədi, hətta müraciətimə baxmayaraq, kirayədə yaşadığımızı bilə-bilə adımı mənzil alanların siyahısına da salmadı. Bütün bunlar azmış kimi, digər yığma üzvləri kimi mənim də təqaüdümü kəsdi. Belə olan surətdə hansı şahmatçı rahat çalışa bilər?”
Bu statusun altında müxtəlif rəylər yazılıb. Rauf Məmmədov, Qədir Hüseynov və Nərmin Kazımova kimi yığma üzvləri Gülnara dəstək verib. Əslində onlar da mövcud vəziyyətdən təngə gəlib. Məsələ burasındadı ki, aprelin 1-dən dekabrın 31-dək yığma üzvlərinə ayda 2000 manat təqaüd veriləcəyi ilə bağlı AŞF ilə şahmatçılar arasında müqavilə imzalanıb. Ancaq təqaüd maydan etibarən verilməyə başlayıb. Başqa sözlə, aprelin təqaüdü ixtisara düşüb. Olimpiada başa çatdıqdan sonra təqaüdlərin verilməsiylə bağlı ləngimələr yaşanıb. Klublararası Avropa Kuboku ərəfəsində, konkretləşdirsək, noyabrın əvvəllərində avqustun təqaüdü verilib. Vəssalam. Bundan sonra yığma üzvləri pul üzünə həsrət qalıb. Halbuki Avropa Kubokunda da şahmatçılar yaxşı təsir bağışlamışdı. Başqa sözlə, təqaüdlərin kəsilməsi üçün hər hansı bəhanədən söhbət gedə bilməz. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, AŞF son 4 ayın təqaüdü üçün şahmatçılarla yeni müqavilə bağlamaq istəyir. Amma yeni anlaşmada aylıq təqaüd 4 dəfə az göstərilir. Başqa sözlə, hər şahmatçı aylıq 500 manat almalı olacaq. Ancaq hələ ki yığma üzvləri gözləmə mövqeyi tutub.
İndi isə Mahir bəyi dinləyək. Vitse-prezident mənzil məsələsini eşidən kimi əsəbləşdi: “Gülnarın adının ev alacaq şəxslərin siyahısına salınacağı gözlənilmirdi. Çünki onun məsələsi noyabrın sonunda məlum oldu. Dünyanın heç bir yerində ev üçün müraciət etdikdən 10 gün sonra mənzillə təmin olunmursan. Heç kimin mənzil vermək borcu yoxdu. Bu, cənab prezidentin böyük alicənablığıdı. Noyabrda oyanırsan ki, mənim mənzilim yoxdu və dekabrda sənə mənzil verilir. Bu mümkün olan iş deyil. Onun məsələsinə gələn il baxılacaq. Gülnar bizə noyabrda müraciət edib. Müraciətinə baxmışıq. Gələn il əlimdən gələni edəcəm ki, onun adı da mənzil alacaq şəxslərin siyahısında olsun”.
Məmmədov təqaüdlə bağlı yuxarıda qeyd etdiyimiz narazılıq haqda isə bunları dedi: “Maaş məsələsinə gəlincə, Elman müəllimlə (AŞF-nin prezidenti Elman Rüstəmovu nəzərdə tutur - S.) görüşməliyik. Hələ vaxt tapıb onunla görüşə bilməmişəm. Mən sırf Şahmat Olimpiadası ilə məşğul idim. Yarış başa çatdıqdan sonra Təşkilat Komitəsinin işlərinin yekunlaşdırılması üzərində çalışdım. Ola bilsin, bir-iki günə Elman müəllimlə görüşdüm. Yaxşı bilirsiz ki, hər yerdə vəziyyət ağırdı. Bütün sahələrdə durum çətindi. Kimsə maliyyə tapırsa, bunu çox çətinliklə əldə edir. Dövlətin əvvəlki kimi maliyyələşdirmək imkanı yoxdu. İqtisadiyyatımızda böyük problemlər var. Ancaq yenə də mən vaxt tapıb Elman müəllimlə görüşəcəm. Çalışacağıq ki, şahmatçıların istəyini yerinə yetirək”.
Əslində Mahir bəyin dediklərini - ölkədə ciddi maliyyə problemlərinin olduğunu danmırıq və bunu hər sahədə hiss edirik. Ancaq prezident İlham Əliyevin iki gün əvvəl Milli Olimpiya Komitəsinin inzibati binasında səsləndirdiyi həddən artıq nikbin fikirlər istər-istəməz fərqli təəssürat yaradır. Fikirləşirsən ki, bəlkə biz başqa ölkədə yaşayırıq. Nədənsə deyilənlərlə reallıq üst-üstə düşmür. Ölkədə hər hansı irihəcmli yarış keçirilirsə, ondan sonra mütləq ciddi maliyyə problemləri baş qaldırır. Olmazdı ki, elə əvvəldən Bahar Muradova demişkən, ayağımızı yorğanımıza görə uzadaydıq? Belə görünür ki, ilk Avropa Oyunlarının gətirdiyi iqtisadi problemlər də hökumət dairələri üçün dərs olmayıb. İbrət götürsəydilər, hələ də Azərbaycanda irimiqyaslı yarışları təşkil etmək eşqinə düşməzdilər. Bu gedişlə maaş sıxıntısı yaşayan idmançılarımızın sayı daha da artacaq. Çünki hadisələrin arzuolunmaz axarının durdurulması üçün ciddi adımlar atılmır.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Dünən, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Dünən, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Dünən, 16:50 Yeni çempion “Qarabağ” oldu! Dünən, 16:49 Oqtay Abdullayev postunu qorudu Dünən, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Dünən, 16:46 Bir “bürünc”lə start Dünən, 16:45 Biraylıq fasilə bitdi Dünən, 16:43 İddialılar arxayınlığın qurbanı olub Dünən, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Dünən, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Dünən, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Dünən, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Dünən, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Dünən, 16:25 Prosineçki iki oyunda “yandırdı” Dünən, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Dünən, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Dünən, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Dünən, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Dünən, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Dünən, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Dünən, 16:01 Şəhriyar xal fərqini qorudu Dünən, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Dünən, 15:58 Ölkə çempionatı başladı Dünən, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Dünən, 15:54 İslamiada xəbərləri Dünən, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Dünən, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar