28 in 14:06idman

Voleybol millimiz qələbəyə həsrət qaldı

Voleybol millimiz qələbəyə həsrət qaldı
Avropa Liqası
A qrupu
5-ci tur
Makedoniya – AZƏRBAYCAN 3:0 (25:20, 25:19, 25:21)

Makedoniya: Maryan Urdov – 14, Filip Madyunkov – 11, Vlado Milev – 8, Aleksandr Lyaftov – 8, Georgi Georgiyev – 7, Risto Klopçeşki – 1, Qyoko Yosifov – 1, Darko Angelovski (l), Nikola Georgiyev, Filip Nikolovski, Deyan Simovski, İvan Andonov, Marko Junior Stoşkiy, Vase Mixaylov.
Baş məşqçi: Draqutin Baltiç.
Azərbaycan: Dmitri Obodnikov – 10, Vüqar Bayramov – 9, Aqil Ağazadə - 6, Vadim Kutukov – 5, Pərviz Səmədov – 4, Elmin Alişanov – 3, Rəsul İbrahimov – 3, Dmitri Baranov – 2, Kənan Allahverdiyev (l), Tural Həsənli, Cavid Süleymanov, Asif Əliyev, Aleksey Çervyakov, İvan Kazaçkov.
Baş məşqçi: Fərid Cəlalov.
Hakimlər: Tibor Halaş (Macarıstan), Yevgeni Makşanov (Rusiya).
24 iyun. Tirana. “Olimpic Park” İdman Sarayı. 60 tamaşaçı.
Oyunun vaxtı: 81 dəqiqə (28+26+27)
Şənbə günü kişilər arasında Avroliqanın A qrupunda 5-ci turun oyunları keçirildi. Yığmamız ilk dövrədə olduğu kimi, ikinci dövrədə də Makedoniyadan set ala bilmədi. Halbuki ilk setdə komandamız yetərli üstünlük əldə etmişdi. Hər iki texniki fasiləyə bir neçə xallıq fərqlə öndə yollanan millimiz sona yaxın ardıcıl səhvlərin qurbanı oldu. Bu set qazanılsaydı, voleybolçularda qələbəyə inam da artardı. Düzdü, komandamızın tam ruhdan düşdüyünü də söyləmək olmaz. Çünki 2-ci setə voleybolçularımız daha yaxşı başladı. İlk məcburi fasiləyə 8:6 öndə yollanan milli setin ortalarında təşəbbüsü əldən verdi. Geridönüş etmək mümkün olmadı. 3-cü setin əvvəlindən sonuna qədər makedonlar üstün oldu. Bu setdə baş məşqçi Fərid Cəlalov əsasən ehtiyat oyunçulara təcrübə qazanmaq imkanı verdi. Beləliklə, Tiranada ardıcıl 2-ci “quru” məğlubiyyət qaçılmaz oldu. Bu isə 3-cü yeri tutmaq ümidlərinin də tükənməsi anlamına gəlirdi. Turun digər görüşündə İsveç Albaniyadan güclü oldu – 3:1 (25:22, 25:12, 23:25, 25:23).
Draqutin Baltiç: “Qələbə asan başa gəlmədi. Ancaq komandamızın çətin anlarda vəziyyətdən çıxması xoşuma gəldi. Xüsusən ilk set haqda bunu söyləyə bilərəm. Bu gün yaxşı oynadıq. Qrup mərhələsini qələbəylə başa vurmağa çalışacağıq”.
Fərid Cəlalov: “Bu oyunda qalib gəlməyə çalışdıq. İlk setin sonlarında bir az da yaxşı oynasaydıq və az səhvə yol versəydik, buna nail olacaqdıq. Voleybolçularımız qarşılaşmanın əvvəlindən sonuna qədər görüşə köklənməlidi. Ümid edək ki, son matçda ilk qələbəmizi qazanacağıq".
6-cı tur
AZƏRBAYCAN – İsveç 0:3 (18:25, 16:25, 16:25)
Azərbaycan: Vüqar Bayramov - 9, Rəsul İbrahimov - 6, Dmitri Obodnikov - 5, Pərviz Səmədov - 3, Cavid Süleymanov - 3, Aqil Ağazadə - 2, Tural Həsənli - 1, Dmitri Baranov, Aleksey Çervyakov, İvan Kazaçkov, Vadim Kutukov, Kənan Allahverdiyev (l), Asif Əliyev, Elmin Alişanov - 3.
Baş məşqçi: Fərid Cəlalov.
İsveç: Fredrik Qustavsson - 19, Viktor Lindberq – 12, Dardan Luştaku – 6, Stefan Blomqren – 6, Filip Pettersson – 5, Vilhelm Nilsson – 3, Anton Teqenrot (l), Linus Ekstrand, Yens Ahremark, David Pettersson, Erik Sundberq, Yakob Link, Viktor Nilsen, Yohan Eriksson.
Baş məşqçi: Yohan İsaksson.
Hakimlər: Mixail Kutsulas (Yunanıstan), Tibor Halaş (Macarıstan).
25 iyun. Tirana. “Olimpic Park” İdman Sarayı. 50 tamaşaçı.
Oyunun vaxtı: 77 dəqiqə (27+25+25).
Yığmamız son turda “qapını bərk çırpmaq” istəyirdi. Ancaq son oyunda da uğurlu nəticə qeydə alınmadı. Makedoniya ilə görüşdə olduğu kimi, İsveçlə qarşılaşmanın ilk setinə də komandamız çox yaxşı başladı. İlk texniki fasiləyə 4 xal öndə yollanan milli daha sonra rəqibin irəli çıxmasının qarşısını ala bilmədi. İkinci setin əvvəllərində də nisbi üstnülük voleybolçularımızda idi. Ancaq skandinavlar yenə əzmkarlıq hesabına seti qazandı. 3-cü setdə isə yığma rəqibinə müqavimət göstərə bilmədi. Beləliklə, millimiz Avroliqanı yenə qələbəsiz başa vurdu. Qrupdakı son matçda Makedoniya Albaniyaya qalib gəlib – 3:2 (25:21, 17:25, 25:21, 23:25, 15:10).
1. Makedoniya 6 6 0 18-3 17
2. İsveç 6 3 3 12-12 9
3. Albaniya 6 3 3 12-12 9
4. AZƏRBAYCAN 6 0 6 3-18 1
Beləliklə, A qrupundan Makedoniya və İsveç yarımfinala yüksəlib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar