28 in 14:05idman

Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı

Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı
“Formula-1”də tarixi hadisələr baş verdi

Azərbaycan “Qran-pri”si
Beləliklə, dünən böyük maraqla gözlənilən Azərbaycan “Qran-pri”si geridə qaldı. Ötən il Avropa “Qran-pri”si o qədər də maraqlı alınmamışdı. Həm sensasiya baş verməmiş, həm də ötmələr az olmuşdu. Amma bu dəfə olduqca gərgin, nəfəskəsən mübarizə izlədik. Bir gün əvvəl pol-pozişnı ələ keçirmiş Luis Hemilton yaxşı start götürdü və sürətli dövrələrlə ən yaxın izləyicisi ilə fərqi 3 saniyəyə çatdırdı. Əvəzində startda komanda yoldaşı Valtteri Bottas və Kimi Raykkonen arasındakı təmas nəticəsində Valtterinin ön qanadı sıradan çıxdı. Nəticədə pitə gedərək sonuncu yerdən mübarizəyə davam etdi və 1 dövrə geri düşdü. Bu təmasdan istifadə edən Sebastyan Fettel ikinci yerə yüksəldi. Diqqətçəkən məqam “Maklaren” pilotlarının yuxarı pillələrə dırmanmasıydı. Yarışı ilk tərk edən isə Colion Palmer oldu. Daha sonra Daniil Kvyat sıradan çıxdı. Onun bolidi trassda qaldığından təhlükəsizlik maşını işə düşdü. Mübarizə də məhz bundan sonra qızışdı. Təhlükəsizlik maşını trassda olarkən, Hemilton Qoşaqala qapısı yaxınlığında sürəti xeyli azaltdı. Nəticədə Fettelin bolidi arxadan onun maşınına dəydi. Britaniyalıya kəskin narazılığını bildirən alman etirazını özünü ona çırpmaqla bildirdi. Bu da “Formula-1”də nadir olaylardan biri idi. Təhlükəsizlik maşını trassı tərk edəndən az sonra yenidən trekə daxil olmaq məcburiyyətində qaldı. Buna səbəb iki “Fors-İndiya” pilotunun toqquşması nəticəsində Serxio Peresin bolidindən parçaların yola dağılması idi. Buna qədər çox yaxşı yarışan meksikalı pilot komanda yoldaşı Esteban Okonun güdazına getdi. Ardıcıl 3-cü dəfə təhlükəsizlik maşını trasaa çıxandan sonra qırmızı bayraqlar dalğalandırıldı. Bu isə o demək idi ki, traas qırıntılardan təmizlənənə kimi pilotlar pit yolunda gözləməlidi. Onu da qeyd edək ki, bu hadisə bu mövsüm ilk dəfə baş verirdi.
Böyük fasilədən sonra çempionluq mübarizəsi aparanlar problemlə üzləşdi. Hemiltonun boyunluğu sıradan çıxdığı üçün pitə daxil oldu ki, belədə 9-cu pilləyə gerilədi. Fettelə isə bir az əvvəlki insidentə görə 10 saniyə cərimə verildi. Nəticədə Rikkyardo liderliyə yüksəldi və finişi birinci keçdi. Çempionatın liderləri rəqiblərini bir-bir geridə qoysalar da, fəxri kürsüdən kənarda qaldılar. Yarışın əvvəlində sonuncu pilləyə geriləyən Bottas isə əsl qəhrəmanlıq göstərdi. Finişə 1-2 metr qalmış Lans Strollu keçən Valtteri yarışı 2-ci pillədə başa vurdu. Ötən il Avropa “Qran-pri”sinin səfiri olmuş Fernando Alonso üçün Bakı Şəhər Halqası düşərli oldu. Finişi 9-cu keçən ikiqat dünya çempionu cari çempionatda ilk xallarını qazandı. Beləliklə, Azərbaycan “Qran-pri”si yaddaqalan anlarla zəngin oldu. Əminliklə Bakıdakı mübarizəni cari çempionatın hələ ki ən baxımlı, ən həyəcanlı yarışı adlandıra bilərik.
Təsnifat mərhələsi
1. Luis Hemilton Mersedes 1.40,593
2. Valtteri Bottas Mersedes 1.11,789
3. Kimi Raykkonen Ferrari 1.41,693
4. Sebastyan Fettel Ferrari 1.41,841
5. Maks Ferstappen Red Bull 1.41,879
6. Serxio Peres Fors-İndiya 1.42,111
7. Esteban Okon Fors-İndiya 1.42,186
8. Lans Stroll Uilyams 1.42,753
9. Felipe Massa Uilyams 1.42,798
10. Daniel Rikkyardo Red Bull 1.43,414
İkinci mərhələdən sonra mübarizəni dayandıranlar
11. Daniil Kvyat Toro Rosso 1.43,186
12. Karlos Sayns Toro Rosso 1.43,347
13. Kevin Maqnussen Haas 1.43,796
14. Niko Holkenberq Reno 1.44,267
15. Paskal Verlayn Zauber 1.44,603
İlk mərhələdən sonra mübarizəni dayandıranlar
16. Fernando Alonso Maklaren 1.44,334
17. Romen Qrojan Haas 1.44,468
18. Paskal Verlayn Zauber 1.44,795
19. Stoffel Vandorn Maklaren 1.45,030
20. Colion Palmer Reno –
Həlledici mərhələ
1. Daniel Rikkyardo Red Bull 2:03.55,573
2. Valtteri Bottas Mersedes +3,9
3. Lans Stroll Uilyams +4,0
4. Sebastyan Fettel Ferrari +5,9
5. Luis Hemilton Mersedes +6,1
6. Esteban Okon Fors-İndiya +30,2
7. Kevin Maqnussen Haas +41,7
8. Karlos Sayns Toro Rosso +49,4
9. Fernando Alonso Maklaren +59,5
10. Paskal Verlayn Zauber +89,0
11. Markus Eriksson Zauber +91,7
12. Stoffel Vandorn Maklaren +92,1
13. Romen Qrojan Haas 1 dövrə
14. Kimi Raykkonen Ferrari finişə çatmayıb
15. Serxio Peres Fors-İndiya finişə çatmayıb
16. Felipe Massa Uilyams finişə çatmayıb
17. Niko Holkenberq Reno finişə çatmayıb
18. Maks Ferstappen Red Bull finişə çatmayıb
19. Daniil Kvyat Toro Rosso finişə çatmayıb
20. Colion Palmer Reno finişə çatmayıb
Şəxsi birincilik
1. Sebastyan Fettel 153
2. Luis Hemilton 139
3. Valtteri Bottas 111
4. Daniel Rikkyardo 92
5. Kimi Raykkonen 73
6. Maks Ferstappen 45
7. Serxio Peres 44
8. Esteban Okon 35
9. Karlos Sayns 29
10. Felipe Massa 20
11. Niko Holkenberq 18
12. Lans Stroll 17
13. Kevin Maqnussen 11
14. Romen Qrojan 10
15. Paskal Verlayn 5
16. Daniil Kvyat 4
17. Fernando Alonso 2
Mühəndislər kuboku
1. Mersedes 250
2. Ferrari 226
3. Red Bull 137
4. Fors-İndiya 79
5. Uilyams 37
6. Toro Rosso 33
7. Haas 21
8. Reno 18
9. Zauber 5
10. Maklaren 2
Reaksiyalar
Azad Rəhimov, gənclər və idman naziri: “Qran-pri” gözlədiyimiz yüksək səviyyəli təşkilatçılıqla müşayiət olundu. Hər şey əvvəldən müəyyən olunmuş qrafiklə həyata keçirildi. Əslində bu bizim ilk qələbəmizdi. İkinci qələbəmiz Avropa “Qran-pri”si ilə müqayisədə bu il turist sayında 25-30 faizə qədər artımın qeydə alınmasıdı. Statistikaya baxsaq, görərik ki, bütün biletlər satılıb. Bununla bağlı rəsmi rəqəmlər yaxın günlərdə mətbuata açıqlanacaq. Bu da bizim böyük uğurumuzdu. Sözsüz, belə yarışda maraqlı məqamlar olmalıdı. Onlardan biri odu ki, hazırda “tvitter”dəki haştaqlara görə “AzerbaijanGP” dünyada birinci yerdədi. Bakı isə dördüncüdü. İndicə ABŞ-dakı səfirimizlə əlaqə saxladım. İndiyədək Azərbaycanla bağlı bir dənə məlumat belə yazmayan NBC kanalı 3 saat paytaxtımızdan, təşkil etdiyimiz yarışdan danışıb. Biz “Qran-pri”ni yüksək səviyyədə təşkil etməyə davam edəcəyik və gələn il də belə maraqlı məqamlar olacaq”.
Dmitri Kozak, Rusiyanın baş nazirinin müavini: “Azərbaycanla əməkdaşlıq edirik. Lazımi məqamlarda bir-birimizə kömək edirik. Rəqabət isə ancaq şəhərlərin gözəllikləri və daha yaxşı təşkilatçılıq baxımından ola bilər. Bakıdakı yürüş şəhər daxilində olmasına baxmayaraq, çox maraqlı və yaxşı təşkil olunub. Mən çox razı qaldım. Bakı əhalisi də bir az səbirli olmalıdı. Təcrübələrin qarşılıqlı paylaşılmasından əlavə, biz – Rusiya və Azərbaycan iki dost ölkə, starteji tərəfdaşlarıq. Təşkilatçılığa gəlincə, Azərbaycan “Qran-pri”sinin təşkilatçıları 2013-cü ildə Soçidə bizimkilərin nəyi necə etdiklərini izləmək üçün gəlmişdilər. İndi isə biz bütün komanda ilə burdayıq və izləyirik. İstəyirik öyrənək ki, təkilatçılıqda daha yaxşı nələr etmək olar”.
----
Maraqlıdı...
Əsas yarış ərəfəsində Beynəlxalq Avtomobil Federasiyası (FİA) Bakı trassının 8-ci döngəsindəki plastik porebriki (“tin-tin hörgü”nü) qısaltmağı qərara alıb. Buna səbəb cümə günü pilotların çoxunun həmin döngədə səhv etməsi olub. İlk sərbəst yürüşlərdə Serxio Peresin bolidi həmin dar hissədə səkiyə çırpılıb. İkinci sessiyada isə Colion Palmer oxşar vəziyyətə düşüb. Pilotların sözlərinə görə, bu qəzalara səbəb döngənin daxilində qoyulmuş bordürün konfiqurasiyası və yerləşmə qaydası olub. Yarışların direktoru Çarli Uaytinqin cümə günü keçirdiyi brifinqdə pilotlarla 8-ci döngənin formatının dəyişdirilməsinin mümkünlüyünü müzakirə edib. Nəticədə porebrik dəyişdirilib. Yürüşdən əvvəl porebrik qısaldılıb, döngədən çıxışda isə əlavə “TecPro” səddi qoyulub. Trassın digər hissələrində də dəyişikliklər edilib. 1-ci döngənin çıxışında, 3-cü və 5-ci döngələrin apeksində, həmçinin pit yolundan çıxışda porebriklər götürülüb, yol zolağına bitişik porebriklərin dayaqları yaxşılaşdırılıb. 7-ci və 18-ci döngələrdə maşınların evakuasiyası üçün istifadə edilən aralıqlar əlavə olunub, SAFER sədləri böyüdülüb.
-----
Yeri gəlmişkən...
Bildiyiniz kimi, Bakıda “Formula-1” ilə yanaşı, “Formula-2” yarışı da keçirildi. Şənbə günü bu çempionatın 7-ci mərhələsi baş tutdu. İlk “3-lük”də uyğun olaraq “PREMA Racing”dən Şarl Lekler (52.33,196), “Rapax”dan Nik de Vries (52.36,665) və DAMS-dan Nikolas Latifi (52.39,586) qərarlaşdı. Dünən reallaşan 8-ci mərhələdə “Pertamina Arden”in pilotu Norman Naton (40.37,601) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Şarl Lekler (40.46,318) bu dəfə ikinci oldusa, ilk “3-lüy”ü yenə Nikolas Latifi (40.49,175) qapadı. Onu da qeyd edək ki, əslində dünən də finişə Lekler 1-ci çatmışdı. Ancaq Şarl sarı bayraq qaldırılan zaman sürəti aşağı salmadığı üçün 10 saniyə cərimə aldı və nəticədə 2-ci yerə gerilədi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar