26 dek 16:38idman, manset

Olimpiya çempionuna niyə mənzil verilmir?

Olimpiya çempionuna niyə mənzil verilmir?
Gülnar Məmmədova prezidentə müraciət etdi
Çox qəribə ölkədə yaşayırıq. Ölkədə son 1 ildə ciddi iqtisadi problemlər üzə çıxıb. Manat gündən-günə dəyərdən düşür, dollar bahalaşır, istehsal sahələri bağlanır, kasıblaşma sürətlə genişlənir. Belə bir vaxtda prezident İlham Əliyev olimpiya çempionlarının təqaüdünü artırıb. Qəribədi, deyilmi? Belə ki, bu vaxtadək 1000 manat təqaüd alan olimpiya çempionları yanvardan etibarən aylıq 1300 manat təqaüd alacaq. Amma heç də bütün idmançılar belə şanslı deyil. Haqqı olanı ala bilməyənlər də var.
Bunlardan biri hazırda qadın şahmatımızın reytinqdə ən üstün nümayəndəsi, 2393 əmsalla dünyada zərif cinsin nümayəndələri arasında 71-ci pillədə qərarlaşan Gülnar Məmmədovadı. Bakıda keçirilən Olimpiadada 3-cü lövhədə qızıl medal qazanaraq şahmat tariximizdə ilkə imza atan Məmmədova ölkə prezidentinə müraciət edib: “Hamımıza bəllidi ki ölkə prezidenti başqa sahələrə olduğu kimi, idmana da hədsiz qayğı göstərir. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun, bu il isə Şahmat Olimpiadasinin Bakıda keçirilməsi bunun bariz nümunəsidi. Yeri gəlmişkən, həmin Olimpiadada ölkəmizə yeganə qızıl medalı mən qazandırdım. Allaha şükür ki, 3-cü lövhə üzrə olimpiya çempionu oldum. Bundan sonra klublararası Avropa çempionatinda da gümüş medal qazandım. Yeniyetmələr arasında dünya ikincisi və Avropa üçüncüsüyəm. Müxtəlif beynəlxalq yarışlarda da mükafatçı olmuşam. Şahmat üzrə beynəlxalq qrossmeyster dərəcəsinə yüksəlmişəm. Hazırda ölkə üzrə reytinqdə bir nömrəli qadın şahmatçıyam və dünyanın yüz ən güclü şahmatçısı siyahısına düşmüşəm. Şahmat mənim həyatımdı. Şahmatda uğur qazanmaq heç də asan deyil. Bunun üçün yaxşı şərait lazımdı. Bizim isə şəxsi evimiz olmadığı üçün yetərincə çalışa bilmirəm. On ilə yaxındı ailəmlə kirayədə yaşayıram. Hətta bundan Şahmat Federasiyasının (AŞF) da xəbəri var. Çünki dəfələrlə bu haqda demişəm. Dedilər ki, olimpiya çempionu olsan, sənə ev verərlər. Allahın köməyi ilə olimpiya çempionu oldum və sentyabrda AŞF-yə yenidən müraciət etdim. Yenə də ev siyahısına adım salınmadı. Başqa olimpiya çempionlarına külli miqdarda pul verilir. Halal xoşları olsun, bu onların haqqıdı. Çünki qalib olmaq həqiqətən çox çətindi. Dediyim odu ki, onlara verilən mükafatın yarısının yarısı bizə verilsə, heç ev istəmərəm. Həmin pula elə özüm ev alaram. Deyirlər, gələn il verilər. Belə çıxır ki, bir il də gözləmək lazimdı. Onda da şahmatla yaxşı məşğul olmayanda deyəcəklər ki, bu il nə etmisən? Daha demirlər ki, psixoloji gərginlik altında şahmatla necə məşğul olmaq olar? Olimpiadada yer tutduqdan sonra AŞF nəinki vəd etdiyi mükafatı vermədi, hətta müraciətimə baxmayaraq, kirayədə yaşadığımızı bilə-bilə adımı mənzil siyahısına da salmadı. Bütün bunlar azmış kimi, başqa yığma üzvləri kimi mənim də təqaüdümü kəsdi. Belədə hansı şahmatçı rahat çalışa bilər? Mən möhtərəm prezidentimizi sevir və ona hədsiz inanıram. Hətta Olimpiada ərəfəsində prezident bizimlə görüşəndə ürəyimdə arzuladım ki, qalib olum və ölkə rəhbəriylə təkbətək görüşüm. O zamanlar prezident Şəhriyargilin ev problemini bilən kimi dərhal onlara şəhərin mərkəzində 4 otaqlı mənzil bağışladı. Nəhayət, Məmmədyarovlar ailəsinin prezidentə şəxsən müraciətindən sonra atalarına fəxri ad verildi. O bu ada layiqdi. Yeri gəlmişkən, Həmid müəllimi bir daha təbrik edirəm. Sonda üzümü dövlət başçısına tutaraq mənzil problemimizin həll olunmasına kömək göstərilməsini xahiş edirəm”.
Göründüyü kimi, bir çoxları ehtiyacı olmadan mənzil sahibinə çevrilsə də, isdedadlı şahmatçımız diqqətdən kənarda qoyulub. Onsuz da şahmatçılarımız yarışlara qatılmaqla bağlı sıxıntı yaşayır. Heç olmasa, belə süni əngəllərlə onların karyeralarıyla oynamayın! Axı güclü şahmatçı qısa vaxtda yetişmir. Bu gün əsas yığma üzvünə münasibət belədisə, o zaman başqalarına hansı dəstəkdən söhbət gedə bilər? Başqa vaxt “Azərbaycan şahmat proqramını qəbul edən ilk ölkədi” deyib qürrələnənlər bugünkü reallıqdan heç xəcalət çəkmir? Üstəlik, maaşların kəsilməsi birbaşa dövlətin idman siyasətinə endirilmiş baltadı. Mövzunu davam etdirəcəyik.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar