25 in 23:12idman

Bakıda “Red Bull”dan əzələ nümayişi

Bakıda “Red Bull”dan əzələ nümayişi
“Burda yaradılmış şərait məni valeh etdi”

Dünən “Formula-1” pilotları Azərbaycan “Qran-pri”si üçün Bakı trassına çıxdı. Gün ərzində iki dəfə sərbəst yürüşlər oldu. Ən diqqətçəkən məqam ötən il Bakıda 3-cü yeri tutan Serxio Peresin trekin ən dar hissəsinə keçiddə qəza etməsi oldu.

“Formula-1”də ciddi dəyişikliklər olacaq
Dünən həm də Beynəlxalq Avtomobil Federasiyasının (FİA) idman direktoru Ross Braun yerli junalistlər üçün mətbuat konfransı keçirdi. Mütəxəssisin “Formula-1”də görüləcək işlər və son durumla bağlı səsləndirdiyi fikirləri müəyyən ixtisarla diqqətinizə çatdırırıq: “Formula-1”in tarixində bu biznesi irəli aparmaq üçün mütəxəssislərdən ibarət komanda fəaliyyət göstərməyib. Biz belə komanda yaratdıq ki, daha baxımlı və iqtisadi dayanıqlı “Formula-1” quraq. Bu komandada mühəndis, şassi, təkər və başqa sahələr üzrə ekspertlər cəmlənib. Onlar çalışır ki, iştirakçılar arasında rəqabəti artırsınlar, yarışlar daha gərgin mübarizə şəraitində keçsin. Yarışın formatında da müəyyən dəyişikliklər etməyə çalışacağıq. Bu komandanın fəaliyyətə başlamasından heç bir ay keçməsə də, müəyyən nəticələrə nail olmuşuq. Xərcləri yenidən nəzərdən keçirəcəyik. Çalışacağıq ki, maddi gücü çox olmayan komandalara çox yük düşməsin və gəlirimizin böyük qismini həmin komandalara yönəldəcəyik. İştirakçıların sayını 12-13-ə çatdırmağı planlaşdırırıq. Ən çox mübahisə doğuran məsələ yeni mühərrikin necə olacağıdı. 2021-ci ildən bu istiqamətdə ciddi dəyişikliklər olacaq. Çalışırıq ki, bütün komandalar eyni parametrlərə malik sürət qutusuna sahib olsun. İndidən komandalara göstərişlər veririk və onlar 2021-ə lazımi hazırlıqları görür. Məqsəd mühərriklərin istehsal xərclərini azaltmaqdı. Belədə bu hamı üçün əlçatan olar. Bu həm də “Porşe” və BMW kimi məşhur şirkətlərin “Formula-1”ə qayıdışına yol aça bilər. Gələn il olmasa da, 2019-da qaydalarda nəzərəçarpan dəyişikliklər edəcəyik. Aerodinamikada da müəyyən dəyişikliklər gözlənilir. Təklifləri nəzərdən keçiririk. Məqsədlərdən biri də maşınların çəkisinin aşağı salınmasıdı. Əvvəllər bir yarış boyunca hər pilota 150 litr benzin lazım olurdusa, artıq bu göstərici 100 litrə enib ki, bu da səmərəliliyin artmasının göstəricisidi”.
Braun sonda Azərbaycan “Qran-pri”si haqda bir neçə kəlmə söylədi: “İlk dəfə ölkənizdə oluram. Bakı Şəhər Halqası və paytaxtınız çox gözəldi. Burda yaradılmış şərait məni valeh etdi. Buna görə sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, yarış möhtəşəm səviyyədə baş tutacaq”.

“Burda hər şey fərqlənir”
“Reno”nun pilotu Niko Hülkenberq də Bakı trassı ilə bağlı fikirlərini bölüşüb: “Bakı Şəhər Halqası “Formula-1” üçün yeni cəlbedici trassdı. Biz hələ ona öyrəşməmişik. Hamısını öyrənmək üçün vaxt lazımdı. Ancaq qədim şəhərdən (İçərişəhər) maşınla keçəndə qeyri-adi hislər keçirirsən. Mən yeni trass və traektoriyaya yetərincə tez uyğunlaşıram. Amma burda hər şey fərqlənir”.

Sərbəst yürüşləri izlədilər
Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və Federasiyanın vitse-prezidenti Mədət Quliyev paddokda gedən hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçirib. Onlar eyni zamanda beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanış olub. “Formula-1”in icraçı direktoru Çeyz Keri AAF rəsmiləri ilə görüşdə Bakıdakı yarışlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq, yaradılan şəraitə görə təşəkkürünü bildirib. Daha sonra ölkəmizdə rəsmi səfərdə olan Moldova prezidenti İqor Dodon, gənclər və idman naziri Azad Rəhimov və AAF rəsmiləri “Formula-1” pilotlarının ilk sərbəst yürüşlərini izləyib.

“Red Bull” iddialı başladı
Yeri gəlmişkən, dünən sərbəst yürüşlərdə gözlənilənlərin əksinə, nə “Ferrari”, nə də “Mersedes” dominantlıq edib. Hər iki yürüşdə “Red Bull” pilotları sessiyaya başçılıq edib. İlk sərbəst yürüşdə Maks Ferstappen 6 km-lik bir dövrəni 1 dəqiqə 44,410 saniyəyə başa vurmaqla bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Daniel Rikkyardo ikinci olub. Sebastyan Fettel ilk “3-lüy”ü qapayıb. Ferstappen ikinci sərbəst yürüşdə də fərqlənməyi bacarıb. Belə ki, pilot 1 dəqiqə 43,362 saniyə nəticə ilə yenə əlçatmaz olub. “Mercedes”in pilotu Valtteri Bottas ikinci, Rikkyardo isə üçüncü olub. Bu gün günün birinci yarısında son sərbəst yürüşlər baş tutacaq. Günün ikinci yarısında isə azarkeşlər sıralama turunu izləyəcək. Həmin turun yekununa əsasən bazar günü baş tutacaq yarış üçün start formalaşacaq. Onu da qeyd edək ki, “Maklaren” pilotları 15 pillə cərimə ilə üzləşəcək. Buna səbəb “Honda”nın Bakıya yeni mühərrik gətirməsidi. Böyük ehtimalla, onlar son 2 pillədən mübarizəyə start verəcək.

Şəhərcikdə nələr var?
İyunun 22-dən Milli Parkda “Formula-1 şəhərciyi” qonaqları qəbul etməyə başlayıb. Yerli və əcnəbi qonaqların vaxtının maraqlı keçməsi üçün burda bütün işlər Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən görülüb. Şəhərcikdə ölkəmizin mədəniyyətini və mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim edir. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən xalçalarımız qonaqların diqqətini cəlb edir. Paxlava, şəkərbura və qoğalın dadı da turistlərin zövqünü oxşayır. Burda oyun zonası ən çox maraqla qarşılanan məkanlardan biridi. Yüksək sürəti sevən azarkeşlər simulyator vasitəsilə BŞH-də virtual dövrə vurur. Şəhərcikdə başqa oyunlar da təqdim olunur. Həmçinin “Formula-1”ə aid məhsulların satışı da təşkil olunur.

Bakıda evlilik təklif etdi
Bu arada iyunun 22-də pit yolunda gəzinti zamanı maraqlı hadisə baş verib. Belə ki, Qrehem Barker adlı ingilis turist “Mercedes” komandasının boksunda bolidin ön tərəfinə üzük salaraq, rəfiqəsi Viktoriya Uilyamsa evlilik təklif edib. Qarşı tərəf isə onun istəyini müsbət qarşılayıb. Maraqlıdı ki, “Formula-1” həvəskarı bunu üçqat dünya çempionu Luis Hemiltonun avtomobili önündə edib. Qeyd edək ki, bu planın baş tutmasında bir neçə həvəskar Barkerə yardımçı olub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar