23 in 20:22idman

Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək

Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək
Pilotlar Bakı Şəhər Halqasını bəyənir
Bu gündən “Formula-1” pilotları Bakı trasına çıxacaq. Azərbaycan “Qran-pri”sinin ilk test yürüşləri bu gün baş tutacaq. Sabah test yürüşləri ilə yanaşı, sıralama turu reallaşacaq. Bazar günü isə bütün “Formula-1” dünyasının gözü Bakıda olacaq. 20 pilot Bakı Şəhər Halqasında (BŞH) qələbə üçün mübarizə aparacaq. Yarışa az qalmış ölkəmizin stajlı “Formula-1” şərhçisi, “F-1.az” saytının baş redaktoru Rəhim Əliyevlə danışdıq. Əvvəlcə ondan paytaxtımızdakı yarışda hansı komandanın pilotlarının favorit olduğunu soruşduq. Həmkarımız ötən il Bakıda fəxri kürsüdə yer almayan “Ferrari”ni daha şanslı görür: “Arxada 7 yarış qalıb. Əvvəlki “Qran-pri”lərə nəzər salsaq, görərik ki, builki ötmələrin sayı ötən illə müqayisədə azdı. Məsələn, ötən dünya çempionatında Çində 160-dan çox ötmə oldusa, bu il cəmi 30 keçid gördük. Ancaq bunlar keyfiyyətli ötmələrdi. Əvvəl DRS-in, maşının müəyyən üstünlüyünün hesabına ötmələr olurdusa, indi təkərlərin kəskin fərqi olmasına baxmayaraq, ötmələr çətinləşib. Ötməyi bacarmaq qəhrəmanlıq sayılır. Ancaq bizdə ötmə qıtlığının yaşanacağını düşünmürəm. Çünki Bakı Şəhər Halqasında uzun düzlük var ki, bu da ötmə üçün əlverişlidi. Sadəcə, eyni gücə malik maşınların bir-birini ötməsi çətin olacaq. Buna nümunə kimi “Mersedes” və “Ferrari”nin adını çəkə bilərəm. Ancaq bu komandaların pilotları sıralama zamanı və ya yarışda hansısa səhvə görə çox geriyə qalsa, arxadan irəliləmək onlara asan olacaq, ötmələr görəcəyik. Sözsüz, çempionluğa iddialı komandaların pilotları Azərbaycan “Qran-pri”sində də favoritlər sayılır. “Red Bull”un sürücüləri onları izləyəcək. Çünki uzun düzlük bu komandanın əleyhinədi. Onlar döngələri bol və qısa düzlüklü traslarda yaxşı təsir bağışlayır. Necə ki Monakoda bunu müşahidə etdik. Bakıda bu 3 komandanın pilotları arasında rəqabət gedəcəyini gözləyirəm. Yenə də üstünlüyü “Ferrari”də görürəm. Bakıda bu 3 komandadan başqasının pilotunun sürpriz edib, fəxri kürsüyə qalxacağını düşünmürəm. Pit-stop strategiyasından, təkər taktikasından da çox şey asılı olacaq. Pol-pozişnı qazanmaq hələ qələbə üçün əsas vermir. Yarışın əvvəlində start sürətindən daha çox ilişmə muftasının yaxşı işləməsi önəmlidi. Bəzən start gərginliyi pilotların səhvə yol verməsinə səbəb olur. Startda daha çox arxa sıralarda ötmələr olacağını düşünürəm. DRS aktivləşdikdən sonra ötmələrin sayı da artacaq”.
Ötən illə müqayisədə bilet satışında xeyli artım var. Artıq tribunalardan üçünün biletləri tam satılıb qurtarıb. Görəsən, Bakıdakı bu yarışa marağın artması nə ilə bağlıdı? Rəhim bəyi dinləyək: “Ötənilki yarış yüksək səviyyədə təşkil olunmuşdu. Avropa “Qran-pri”sini izləmək üçün Bakıya gələnlər bu gözəllik haqda ölkələrində danışıblar. Xarici KİV gördüklərindən müsbət tonda yazıb. Ötən il tək gələn “Formula-1” azarkeşi bu dəfə 2-3 dostunu da Bakıya gətirir. Sadəcə, bizdə otel sayında qıtlıq var. Şəhərdəki mehmanxanaların tutumu 30 min olsa, bütün biletlər əcnəbi azarkeşlər tərəfindən alınar. Çünki gəlmək istəyən turist ilk növbədə qalmaq üçün oteldə yer tutur, sonra bilet alır. Amma mehmanxanada yer olmayanda gələ bilmir. Otellərin sayını artırmaq lazımdı. Düzdü, ötən illə müqayisədə artım var. Amma bir qədər də artırmaq lazımdı. Əminəm ki, belə olsa, gələn il əlavə tribunanın tikilməsi haqda düşünüləcək”.
Bu arada yarış ərəfəsində iştirakçı pilotların treklə bağlı fikirlərini diqqətinizə çatdırırıq. “Fors İndia”nın rəhbəri Vicey Malya, bu komandanın üzvləri Serxio Peres və Esteban Okon, “Zauber”in pilotları Paskal Verlyayn və Markus Eriksson, “Toro Rosso”nun üzvü Daniil Kvyat, “Uilyams”ın şərəfini qoruyan Felipe Massa və Lens Stroll, “Mersedes”in pilotu Valtteri Bottas Bakı trasını tərifləyib.
Paskal Verlyayn: “Bakıda sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm. Azərbaycan mərhələsi ötən il hamımız üçün çox maraqlı oldu. Axı “Formula-1” yarışı orda ilk dəfə idi keçirilirdi. O vaxt maşını düzgün sazlamaq bir o qədər də asan deyildi. Bakıda müvəffəqiyyətin əsas amilləri trasın konfiqurasiyası nəzərə alınmaqla, yerindən güclü sürət götürmək və maksimum sürəti saxlamaqdı”.
Markus Eriksson: “Bakıya ikinci dəfədi gedirik. Ora yetərincə maraqlı yerdi. Uzun düz yolları və döngələrə keçidləri mükəmməl olan şəhər trası güclü maraq oyadır. Ötən il asfaltın çox qızması şinlərin işinə təsir etdi. Düşünürəm ki, şərtlər bu dəfə də eyni olacaq. Komandamızın məqsədi dəyişməyib. Biz maşını yaxşılaşdırmağa davam etməliyik”.
Daniil Kvyat: “Bakı trası unikaldı. Onun konfiqurasiyası güclü təsir oyadır. Çox uzun düz yol var, sonra ensiz sektor gəlir. Burda az qala divarlarla öpüşürsən. Həmin sektordan yalnız bir maşın keçə bilər. Bu üzdən yürüş bir növ meydan oxuyur. Orda da Monako və Montsa traslarına bənzəyən sahə var. Ötən il təsnifatdan yaxşı keçdik. Sıralamada 7-ci oldum. Hətta startda 6-cı idim. Təəssüf ki, yürüşü başa çatdırmaq mənə müyəssər olmadı. İnanıram ki, bu dəfə hər şey yaxşı olacaq. Vacib məqsədimiz hələ xal toplamadığımız bir trasda xal qazanmaqdı. Bunu ilk dəfə etmək həmişə xoşdu. Ümidvaram ki, buna nail olacağıq”.
Felipe Massa: “Həqiqətən gözəl bir ölkəyə və şəhərin tam mərkəzində yerləşən unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm. Bu trekdə çox sayda 90 dərəcəli döngələr və 16-cı döngədən başlayaraq 1-ci döngəyə qədər davam edən uzun sürətlənmə düzlüyü var. Burda biz olduqca yüksək sürətə çıxırıq. Ötən il burda 2 xal qazanmışdıq. Kanadada yarışı erkən başa vurduqdan sonra ümid edirəm ki, bu il burda daha yaxşı nəticə göstərərək daha çox xal əldə edəcəyik”.
Lens Stroll: “Bakıya səfər etmək mənim üçün tam yeni bir hadisədi. Tək ona görə yox ki, bu şəhərdə heç vaxt olmamışam. Ötən il Bakıda keçirilən Avropa “Qran-pri”sini başqa bir yarışda iştirak etdiyim üçün televiziyadan izləyə bilmədim. İndiyədək bu treklə bağlı simulyatorda heç bir təcrübə keçməmişəm. Adətən, biz yarışlara getməzdən əvvəl bunu edirik. Bu üzdən trek haqda heç bir təsəvvürüm yoxdu. Treklə bağlı eşitdiklərimə görə, yeni yarış məkanı olduqca maraqlıdı və səbrsizliklə Bakı trekində yarışmağı gözləyirəm. Bu mənim üçün tam yeni bir ölkə, yeni bir təcrübədi ki, bu da “Formula-1”in məni ən çox sevindirən məqamlarından biridi. Buna baxmayaraq, bu, mənim üçün sonuncu “yeni” təcrübə olacaq. Belə ki, Bakı yarışından sonra “Qran-pri”nin keçiriləcəyi başqa ölkələrdə əvvəllər keçirilmiş yarışlarda iştirak etmişəm”.
Vicey Malya: “Komanda keçən il Bakıda “Qran-pri”də uğurla çıxış edib və düşünürük ki, bu dəfə də yaxşı nəticəyə nail ola biləcəyik. Mövsümün əvvəlindən biz VJM10 ilə işdə önəmli irəliləyişə nail olmuşuq və indiyədək hər yürüşə yenilənmə gətiririk. Gərgin iş bəhrəsini verir və mən nəticələrimizlə qürur duyuram”.
Serxio Peres: “Kanada trası bizim üçün həmişə ən yaxşı traslardan biri olub, lakin biz yenə də zəhmət çəkməli olduq. Bu, Bakıdakı mərhələdən əvvəl yaxşı əlamətdi. Bu da uzun, düz və ciddi əyləc zonaları olan daha bir şəhər trasıdı. Şəhər traslarından həmişə xoşum gəlib. Komandamız faktiki olaraq işləyib, bir neçə son yürüşlərdə maşını müasirləşdirib. Düşünürəm ki, bu həftəsonunda da biz yaxşı formada olacağıq. Bakıda keçən il keçirilmiş yürüş haqda xoş xatirələrim də var. Ötürücü qutusunu dəyişməyə görə cərimələndim, lakin yenə də finişə çatdım. Bu, dillə təsvir edilə bilməyən hisslər idi. Həmin həftəsonu “Formula-1” karyeramda ən yaxşılarından biri oldu. Bu il maşın sürətli olarsa, yaxşı nəticə qazana bilərik”.
Esteban Okon: “Bakıya səfəri həvəslə gözləyirəm, hansı nəticələri əldə edə biləcəyimiz mənə maraqlıdı. Məni daha bir yeni tras gözləyir, lakin mən mümkün olduğu qədər çox öyrənməyə çalışıram. Əminəm ki, tez sürət götürəcəm. Simulyatorda trası yaxşı öyrəndim. Bununla da ev tapşırığını yerinə yetirdim. Bakı “Formula-1” yürüşlərini keçirmək üçün əla yerdi. Küçə traslarında həmişə xüsusi abi-hava var. Şəhər isə çox gözəldi. Ötən il şəhəri və treki gəzə bildim. Ancaq orda hələ maşın sürməmişəm”.
Valtteri Bottas: “Azərbaycan “Qran-pri”sinə yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, Bakıda yüksək nəticə əldə edək. Mövqeyimin pis olması çıxışıma təsir göstərə bilməz. Əvvəllər də yaxşı olmayan mövqelərdən yarışa başlamışam. Hesab etmirəm ki, bu, mənə nə isə çətinlik yaradacaq. Komandamızın üzvləriylə bir-birimizi yaxşı başa düşürük. Bu yarışla bağlı xüsusi planımız var. Bu planla çıxış edərək yüksək nəticə qazanmaq istəyirik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar