25 dek 13:19idman, manset

Həmid Məmmədyarov nəvəsini böyük şahmatçı etmək istəyir

Həmid Məmmədyarov nəvəsini böyük şahmatçı etmək istəyir
“Şəhriyarda hərdən bir az tənbəllik olur”
Ötən sayımızda ölkə prezidenti İlham Əliyevin sərəncamıyla bir qrup şəxsə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verildiyini diqqətinizə çatdırmışdıq. Onlardan biri daha çox diqqəti çəkir. Söhbət Şəhriyar, Zeynəb və Türkan kimi tanınmış şahmatçıların atası Həmid Məmmədyarovdan gedir. Dünən onunla əlaqə saxlayıb, fəxri ad almasına münasibətini öyrəndik: “Əslində işimə görə fəxri ad alacağımı gözləyirdim. İnsan hər bir məsuliyyətli işə görə qarşılıq gözləyir. Fəxri ad daha erkən də verilə bilərdi. Amma mən bu məsələdə dövlətimizdə günah görmürəm. Bu bəzi insanların günahıdı. Bəzi şəxslər ölkə prezidentinin kimin hansı nailiyyətlərinin olduğunu bilməsini istəmir”.
Vaxtilə övladlarını şahmatçı kimi yetişdirib, yığmalarımıza bəxş edən Həmid bəy indi diqqətini nəvəsinə ayırıb: “Şahmat məşqçisi anlamalıdı ki, öyrətdiyi uşağın şahmat biliyi ilə orqanizminin gücü vəhdət təşkil etməlidi. Bir-birinə uyğun gəlməyəndə həmin uşaqdan istədiyini almaqda çətinlik çəkirsən. Mən istəyirəm ki, nəvəmi şahmatçı kimi yetişdirim. Gücüm çatsa, Zeynəbin böyük uşağını hazırlaşdıracam. Yarışlara yollanana kimi onu hazır vəziyyətə gətirməyə çalışacam. Şahmata başlamaq heç vaxt gec deyil. Əsas odu ki, üzərində düzgün iş getsin. Şəhriyar da şahmata gec başlayıb. 9 yaşından bu idman növünə gəlib. Ancaq indi dünyanın ən güclü qrossmeysterlərindən biri sayılır”.
Sonda ata Məmmədyarovdan övladlarının builki karyeralarını dəyərləndirməsini istədik. Aldığımız cavab belə oldu: “Türkan ailəvi səbəblərdən bir müddət şahmatdan uzaqlaşmışdı. Onun yenidən yüksəlişə nail olacağına inanıram. Yüksək nəticə qazanacağına əminəm. Onun böyük potensialı var. Amma bir az şahmata sevgisi çox deyil. Şəhriyarda isə hərdən bir az tənbəllik olur. Ümumiyyətlə, istedadlı idmançılarda tənbəllik xüsusiyyəti var. Bəla da burasındadı (gülür). Tənbəllik edəndə tənbeh edirəmmi? Yaşı az olanda sözə daha çox baxırdı. İndi bir az çətindi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar