18 in 13:07idman

Yığma Avroliqaya uğursuz başladı

Yığma Avroliqaya uğursuz başladı

Avropa Liqası
A qrupu
1-ci tur
Makedoniya – AZƏRBAYCAN 3:0 (25:19, 25:19, 25:20)

Makedoniya: Nikola Georgiyev – 22, Aleksandr Lyaftov – 11, Vlado Milev – 8, Filip Madyunkov – 7, Risto Klopçeşki – 5, Georgi Georgiyev – 3, Darko Angelovski (l), Marko Junyor Stoşkiy, Vase Mixaylov, Maryan Urdov, Filip Nikolovski, Deyan Simovski, İvan Andonov, Slave Nakov.
Baş məşqçi: Draqutin Baltiç.
Azərbaycan: Pərviz Səmədov – 8, Vüqar Bayramov – 6, Aleksey Çervyakov – 6, Rəsul İbrahimov – 5, Dmitri Obodnikov – 5, Dmitri Baranov – 3, İvan Kazaçkov – 2, Kənan Allahverdiyev (l), Tural Həsənli, Cavid Süleymanov, Aqil Ağazadə, Vadim Kutukov, Asif Əliyev, Elmin Alişanov.
Baş məşqçi: Fərid Cəlalov.
Hakimlər: Jasmin Hüseynoviç (Bosniya və Hersoqovina), Stoyan Barev (Bolqarıstan).
16 iyun. Skopye. “Kale” İdman Sarayı. 1000 tamaşaçı.
Oyunun vaxtı: 72 dəqiqə (24+23+25)
Beləliklə, dünən kişi voleybolçular arasında Avropa Liqasının A qrupunda mübarizəyə start verildi. Xəbər verdiyimiz kimi, bu qrupda ilk dövrənin oyunları Makedoniyanın paytaxtı Skopyedə keçirilir. Qrupun ilk görüşündə sensasiya qeydə alındı. Dünya reytinqində 118-ci pillədə qərarlaşan Albaniya əzmkar oyun sayəsində 77-ci yerdəki İsveçə qalib gəldi - 3:2 (15:25, 23:25, 25:23, 26:24, 15:9). Bəlkə də skandinavlar ilk 2 seti qazandıqdan sonra arxayınlığın qurbanı oldu.
Axşam saatlarında isə yığmamız meydan sahibləri ilə üz-üzə gəldi. Öncə onu nəzərinizə çatdıraq ki, son 1 ayda 3-cü yarışına çıxan millimiz dünya reytinqində 94-cüdüsə, makedonlar 50-cidi. Ancaq reytinqdəki aşkar fərq ağır məğlubiyyət üçün bəraət ola bilməzdi. Axı dünya çempionatının seçmə mərhələsində millimiz dünya reytinqində 11-ci pillədə yer alan Almaniyaya daha çətin anlar yaşatmışdı. Belədə ən azı Balkan ölkəsiylə qarşılaşmada 1 set almağa borclu idilər. Görünür, “doğma divarlar” və azarkeş dəstəyi makedonların işinə yaradı. Ümumiyyətlə, ilk dəqiqələrdə “sarı-qırmızılar”ın bu matça daha yaxşı hazırlaşdığı hiss olunurdu. Voleybolçularımız xüsusən Nikola Georgiyevin qarşısını almaqda aciz idi. Təsadüfi deyil ki, Makedoniyanın hücumçusu 22 xalla oyunun aşkar surətdə ən məhsuldar voleybolçusu oldu. Əslində bütün setlərin əvvəllərində komandamız rəqiblə başa-baş mübarizə aparırdı. Ancaq ilk texniki fasilədən sonra rəqib səviyyəsini ortaya qoyurdu. Makedonlar həm yaxşı müdafiə olunur, həm də yaxşı blok qururdu. Hücumları da yetərincə rəngarəng alınırdı. Millimizin bloku yetərincə dağınıq olduğundan heç bir effekt vermirdi. Müdafiə etibarlı deyildi və rəqib üçün böyük boşluq verilirdi. Aşırma zərbələrin qarşısını almaq mümkün olmurdu. Komandamızın smaç servisləri də qeyri-dəqiq olurdu. Xüsusən Rəsul İbrahimov bir neçə dəfə topu oyuna daxil edərkən rəqibə xal bəxş etdi. Hücumçularımız da “dişsiz” görünürdü. Dmitri Baranov və İvan Kazaçkov kimi yenicə “milliləşdirilənlər” sıradan oyunçu təsiri bağışlayırdı. Baş məşqçi Fərid Cəlalovun ehtiyat oyunçulara şans verməməsi də diqqətdən yayınmadı. Ən azı oyunboyu bir neçə dəfə səhvə yol verən Aleksey Çervyakovun yerinə Tural Həsənlini meydançaya buraxmaq olardı. Çervyakovun əsas səhvi 1-ci temp hücumlara az-az üstünlük verməsiydi. Halbuki Dmitri Obodnikovu daha çox topla təchiz etmək lazım idi. Səhvlər toplusu fonunda “quru” məğlubiyyət qanunauyğun oldu.
Bu gün 2-ci turun qarşılaşmaları keçiriləcək: 19.00 İsveç – AZƏRBAYCAN, 21.30 Albaniya – Makedoniya
Sabah isə 3-cü turun matçları reallaşacaq: 19.00 AZƏRBAYCAN – Albaniya, 21.30 İsveç – Makedoniya
Yeri gəlmişkən, artıq B qrupunda ilk dövrəyə yekun vurulub. Hətta ikinci dövrənin ilk turu da geridə qalıb. 4 turda qeydə alınan nəticələrlə tanış olun:
Danimarka – Macarıstan 3:0 (25:19, 26:24, 25:21), Ukrayna – İsrail 3:0 (25:22, 25:20, 25:19), Macarıstan – İsrail 3:1 (22:25, 25:15, 25:16, 25:22), Danimarka – Ukrayna 3:0 (25:22, 25:22, 25:23), İsrail – Danimarka 3:1 (18:25, 25:22, 25:23, 25:20), Macarıstan – Ukrayna 1:3 (25:21, 19:25, 16:25, 22:25), İsrail – Ukrayna 0:3 (16:25, 13:25, 15:25), Macarıstan – Danimarka 0:3 (23:25, 23:25, 21:25)
1. Danimarka 4 3 1 10-3 9
2. Ukrayna 4 3 1 9-4 9
3. Macarıstan 4 1 3 4-10 3
4. İsrail 4 1 3 4-10 3
Bu gün 5-ci turun oyunları keçiriləcək: 17.00 İsrail – Macarıstan, 19.30 Ukrayna – Danimarka
Sabah isə 6-cı turun görüşləri baş tutacaq: 18.00 Ukrayna – Macarıstan, 20.30 Danimarka - İsrail
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar