18 in 13:04idman

Olimpiadanın qəhrəmanlarının DÇ-də debütü necə alınacaq?

Olimpiadanın qəhrəmanlarının DÇ-də debütü necə alınacaq?
“Komandamız göstərməlidi ki, belə pressinq altında oynamağa qadirdi”

Bu gün Rusiyanın Xantı-Mansiysk vilayətində şahmat üzrə qadınlar arasında dünya çempionatı start götürəcək. Bildiyiniz kimi, yığmamız mundialda ilk dəfə iştirak edəcək. Komandamızın rəqibləri Rusiya (2508), Çin (2499), Gürcüstan (2459), Hindistan (2417), Polşa (2415), Ukrayna (2406), ABŞ (2324), Vyetnam (2323) və Misir (1994) olacaq. Milli əmsalına (2329) görə çempionatın 7-ci komandasıdı. Fikrət Sideifzadənin kapitanı olduğu yığmada 1-ci lövhə ən təcrübəli şahmatçımız Zeynəb Məmmədyarovaya (2289) tapşırılıb. Qadınlar arasında son ölkə çempionu Günay Məmmədzadə (2368) ikinci lövhədə oynayacaq. Olimpiadada 3-cü lövhədə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq şahmat tariximizdə ilkə imza atan Gülnar Məmmədova (2362) yenə həmin lövhədə uğur qazanmağa çalışacaq. Bu sıralama eynilə Bakıda keçirilən Şahmat Olimpiadasında olduğu kimidi. Fərq 4-5-ci lövhələrdəki dəyişikliklərdədi. Ülviyyə Fətəliyeva (2341) 4-cü lövhədə oynayacaqsa, Xanım Balacayeva (2283) ehtiyat yığma üzvü funksiyasını yerinə yetirəcək. Olimpiadada 8-ci yeri tutmaqla şahmatsevərləri sevindirən yığma DÇ-də debütdəcə uğur qazanmaq istəyir. Hərçənd nəhənglərlə mübarizədə medalçılar sırasına düşmək qəliz məsələdi. Hətta ilk “5-lik”də yer almaq da komandamız üçün uğurlu nəticə sayılar.
Bəs görəsən, mütəxəssislər yığmanın şanslarını necə dəyərləndirir? Millinin heyəti optimaldımı? Lövhələr üzrə bölgü düzgün aparılıbmı? DÇ-nin favoritləri hansı ölkələrdi?
Anar Allahverdiyev: “Çox ağır yarışdı. Çin, Rusiya, Ukrayna həmişə yüksək səviyyəli oyun nümayiş etdirir. Debütant olan yığmamız ilk “5-lik”də yer alsa, bunun özü böyük nəticə olar. Yarışda cəmi 10 komanda iştirak edir. Azərbaycan yığması zəif komanda olsaydı, belə mötəbər yarışa buraxmazdılar. Şahmatçıların psixoloji hazırlığını yoxlamaq baxımından və təcrübə sarıdan bu yarış çox önəmlidi. Heyətdə Xanım Balacayeva kimi debütant var. O, öz oyunuyla göstərir ki, yığmaya təsadüfən gəlməyib. Böyük perspektivi olan şahmatçıdı. İndi millidə gəncləşdirmə prosesi gedir. Köhnə heyətdən yalnız Gülnar Məmmədova və Zeynəb Məmmədyarova qalıb. Gəncləşdirmə prosesi bütün yığmalarda gedir. Sevindirici haldı ki, bizdə nəsildəyişmə zərərsiz baş verir. Fikrimcə, Xantı-Mansiyskə optimal heyət aparılıb. Adətən, son 6 ayda göstərilən nəticə və yığılan reytinqə əsasən seçim aparılır ki, bu mənada ən güclülərin komandaya cəlb olunduğunu söyləyə bilərik. Təcrübəli şahmatçılardan Türkan Məmmədyarova şəxsi səbəblər üzündən millidən kənarda qalıb. Aydan Höccətova təhsiliylə bağlı 1 illik fasilə götürüb. Namizədlər sırasında Nərmin Kazımova və Nərmin Xələfovanın da adını çəkmək olar. Sonuncu lövhəyə 4-5 namizəd var idi. Bu dəfə seçim Xanımın lehinə edildi. Lövhələr üzrə bölgü baş məşqçinin işidi. Buna hətta federasiya da müdaxilə etmir. Buna məşqçi cavabdehlik daşıyır. Fikrət Sideifzadə təcrübəli baş məşqçidi. Kimin hansı lövhədə yer almasından asılı olmayaraq, yaxşı oyun göstərmək lazımdı. Olimpiada İsveçrə sistemi üzrə keçirilirsə, DÇ dairəvi turnirdi. Mundialda ehtiyat oyunçuya böyük ehtiyac duyulur. Kiminsə oyunu getməyə və ya yorula bilər. Bu zaman ehtiyat şahmatçının yardımına ehtiyac yaranır. Bu daha sərt turnirdi. Burda nəfəs almağa imkan yoxdu. Komandamız göstərməlidi ki, belə pressinq altında oynamağa qadirdi. Millimizin potensialı var. İstedad, istək və bacarıq kimi üç vacib komponent bizdə var. Fikrimcə, çempionluq uğrunda Çin və Rusiya mübarizə aparacaq. Onlara Ukrayna boy göstərə bilər”.
Rəsul İbrahimov: “Medal qazanmaq şansımız yüksək deyil. Turnirin axarı hansı yerə iddia edəcəyimizi göstərəcək. Hər şey ola bilər. Ən azı hər şahmatçımız üçün bu yarış əla hazırlıq imkanı, məşq turniridi. Hər şahmatçı fərdi qaydada öz lövhəsində yaxşı nəticə göstərməyə çalışmalıdı. Heyət seçiminin obyektiv olduğunu düşünürəm. İlkin heyət açıqlananda Günay Məmmədzadənin adı 1-ci sırada yazılmışdı. O özü də ilk lövhədə oynamaq istəyirdi. Hesab edirəm ki, buna tam haqqı da çatırdı. Çünki son üç yarışda digər qadın şahmatçılarımızı qabaqlamışdı. Əvvəlcə ölkə çempionu oldu. Ardınca Avropa çempionatında və “Naxçıvan Open”də ən yaxşı nəticə göstərən qadın şahmatçımız kimi fərqləndi. Ancaq məşqçinin seçimi daha önəmlidi. Fikrət Sideifzadə belə seçim edibsə, belə də olsun. Problem yoxdu. DÇ Olimpiada kimi uzun çəkmir. Fikrimcə, cəmi 9 tur ərzində yekunlaşan turnirdə yorğunluq haqda danışmağa dəyməz. Nəticə uğursuz olsa, bunu yorğunluqla bağlamaq doğru olmaz. İlk iki lövhədə oynayan şahmatçılarımızın çıxışından çox şey asılıdı. Olimpiada göstərdi ki, Gülnar Məmmədova 3-cü lövhədə çox yaxşı oynayır. Komandaya çoxlu xal qazandıra bildi. Düşünürəm ki, Ülviyyə Fətəliyeva da yaxşı formadadı. Lazımi anda Xanım Balacayeva da qoşula bilər. 3-4-cü lövhələrlə bağlı ciddi narahatlıq yoxdu. Əsas məsələ 1-2-ci lövhədə uğur qazanmaqdı. İki lövhədən hər oyuna ümumilikdə 1 xal götürsək, bu, komandamızın şanslarını xeyli artıracaq. Çin, Rusiya, Ukrayna və Gürcüstan arasında çempionluq mübarizəsinin gedəcəyini düşünürəm”.
Qeyd edək ki, yığmamız ilk turda Polşa ilə qarşılaşacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar