18 in 13:03idman

İyunun 19-dan mərkəzi küçələr bağlanacaq

İyunun 19-dan mərkəzi küçələr bağlanacaq
Pilotlar nə vaxt avtoqraf verəcək?

“Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkəti gələn həftənin son günlərində baş tutacaq “Formula-1” üzrə Azərbaycan “Qran-pri”sinə hazırlıqla bağlı brifinq keçirib. Qurumun marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bunları deyib: “Artıq trek və trek ətrafında hazırlıq işləri yekunlaşmaq üzrədi. Paddok binasında da son tamamlama işləri aparılır. Komandaların avadanlığı artıq Bakıya gətirilir. Paddok klubdakı yerlərə biletlər “Formula-1” tərəfindən satılır. Bu yerlərin biletləri korporativ şirkətlər tərəfindən və ya fərdi şəkildə alına bilər. Burdakı xidmətlər 3 ulduzlu otellərdə göstərilən xidmətlərlə eynidi. Yarışla bağlı bütün tikinti işləri yekunlaşmaq üzrədi. Tribunalar tikilib qurtarıb. Tikinti işlərinin 95 faizdən çoxu tam yekunlaşıb. Gələn həftə son tamamlama işləri aparılacaq. Bu il tribunalarla yanaşı, bokslar da tikilib. Korporativ şirkətlərin nümayəndələri yarışa tribunalardan baxmaq istəməsələr, yuxarı hissədəki bokslardan baxa bilərlər. Ötən illə müqayisədə bu il “Formula-1” ilə bağlı Bakıya gələcək əcnəbilərin sayı iki dəfə çox olacaq. İlk aylarda biletləri əcnəbi vətəndaşlar intensiv şəkildə aldılar. İndi də xaricdən bilet alanlar çoxdu. Ancaq hazırki mərhələdə bilet alışında Azərbaycan və Rusiya vətəndaşları daha fəaldı. İki tribunaya biletlər tam satılıb, bir neçə tribunaya isə tam satılmaq üzrədi. İyunun 19-dan Bakı Şəhər Halqası ərazisində yollar nəqliyyatın hərəkəti üçün bağlanacaq və ayın 27-dək burda “Formula-1” həftəsi olacaq”.
BŞH-nin yarış obyektlərinin tikintisi üzrə rəhbəri Tom Butçer isə bu fikirləri səsləndirib: “Bir həftə sonra Bakıda möhtəşəm “Formula-1” yarışının şahidi olacağıq. Hazırda tikinti-quraşdırma işlərinin sonuncu mərhələsindəyik. Bakı Azərbaycan “Qran-pri”si ilə bağlı qonaqları qarşılamağa tam hazırdı. Hazırlıq işlərinin 99 faizi yerinə yetirilib. Qonaqlar artıq Bakıya gəlməyə başlayır. Komandalar artıq bolid və avadanlıqlarını Bakıya daşımağa başlayıb. Biz bir həftə ərzində bütün işləri yekunlaşdıracağıq. İyunun 19-da gecə saat 1-dən etibarən şəhərin mərkəzi küçələri son tamamlama işləri üçün bağlanacaq. Görüləcək işlərlə bağlı yolları müvəqqəti bağlayacağımıza görə şəhər sakinlərindən üzr istəyirik. Növbəti 4 gün ərzində siz bu küçələrin adi trekdən “Formula-1” trekinə necə çevrildiyinin şahidi olacaqsız. Treklə yanaşı, Milli Parkda da lazımi quraşdırma işləri aparılır. Orda dünya ulduzlarının iştirakı ilə böyük konsertlər, “Formula-1” pilotlarının iştirakı ilə avtoqraf sessiyaları və başqa əyləncə tədbirləri keçiriləcək”.
Bu arada BŞH könüllülər üçün “Məkanla tanışlıq” adlı ikigünlük təlimə başlayıb. Təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarətdi. İlk hissədə könüllülərə təyin olunduqları məkanlarla bağlı təqdimat göstərilib. Daha sonra könüllülər həmin məkanlarla praktiki tanış olublar. Bundan başqa, təhlükəsizlik qaydalarının pozulması hallarında, eyni zamanda, təhlükəli hadisələr baş verdikdə görüləcək ilk tədbirlər haqda könüllülərə məlumat verilib. Təlimin ilk günündə iki zonanın könüllüləri iştirak edibsə, bu gün 4 zonanın könüllülərinə təlim keçiləcək. BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin əlaqələndiricisi Sevinc Cəfərova təlimin əhəmiyyətini yüksək qiymətləndirib: “Məkan təlimləri könüllülərin hazırlığı prosesində sonuncu mərhələdi. Tribunalar və müxtəlif yarış obyektləri haqda könüllülərin öncədən məlumatlandırılması onların “Qran-pri” zamanı işlərini uğurla həyata keçirməsində mühüm rol oynayacaq. Məkanla tanışlıq təlimlərindən sonra könüllülər rəsmi olaraq işləyəcəkləri şöbələrdə fəaliyyətlərinə start verəcəklər”.
Yeri gəlmişkən, artıq “Formula-1” azarkeşlərinin sevimli sürücüləri ilə görüşüb avtoqraf ala biləcəyi tarixlər və saatlar da məlumdu. Dünən BŞH avtoqraf sessiyalarının cədvəlini dərc edib. Bu sessiyalara həm yerli, həm də əcnəbi azarkeşlərin marağı böyük olduğundan uzun növbələr yaranır. Bu üzdən sessiyalar üçün nəzərdə tutulmuş zonalarda əvvəlcədən yer tutmaq xahiş olunub. İyunun 23-də “Maklaren” (11.00-11.20), “Haas” (11.20-11.40) və “Uilyams” (15.40-16.00), ertəsi gün “Red Bull” (11.40-12.00), “Ferrari” (12.15-12.35), “Mersedes” (12.20-12.40) və “Reno” (12.40-13.00), 25-də isə “Toro Rosso” (12.40-13.00), “Zauber” (13.20-13.50) və “Fors İndia” (13.45-14.10) pilotları avtoqraf paylayacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar