17 in 00:36idman

Avroliqada mübarizə başlayır

Avroliqada mübarizə başlayır
Bu gün kişi voleybolçular arasında Avropa Liqasının A qrupunda mübarizəyə start veriləcək. Qrupun ilk dövrəsinin oyunları Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Yığmamız meydan sahibləri ilə yanaşı, İsveç və Albaniya ilə münasibətləri aydınlaşdıracaq. Adətən, ilk oyunlar çox çətin keçir. Tərslikdən təqvim elə qurulub ki, millimiz ilk görüşünü meydan sahiblərinə qarşı keçirəcək. Komandamız dünya reytinqində 96-cıdısa, Makedoniya 50-ci pillədə qərarlaşıb. İsveç 77-ci, Albaniya isə 118-ci yerdədi. “Doğma divarlar” və azarkeş amiliylə yanaşı, reytinqdəki aşkar fərq Balkan ölkəsinin komandasının yığmamızla oyunda favorit olduğunu göstərir. Bu görüşdə hakim simpatiyası da rəqibin xeyrinə olacaq. Yeri gəlmişkən, makedonlarla qarşılaşmanı Jasmin Hüseynoviç (Bosniya və Hersoqovina) və Stoyan Barev (Bolqarıstan) idarə edəcək. Matç Bakı vaxtı ilə 20.30-da başlayacaq. Buna qədər isə İsveç Albaniyanı sınağa çəkəcək. Skopyedəki bütün oyunlar Boris Traykovski adına İdman Sarayında keçiriləcək.
Maraqlıdı ki, qrupun autsayderi olacağı gözlənilən Albaniya yığması heyətini hələ də açıqlamayıb. Hər halda, yarışa 1 gün qalmışa qədər Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytında Yovan Melkanın baş məşqçisi olduğu komandanın heyəti əksini tapmamışdı. Heç digər rəqiblər də heyətini konkret göstərməyib. Sadəcə, Makedoniya və İsveç ilkin heyətin siyahısını ali qurumun portalına göndərib. Bu baxımdan ölkəmizin dəqiq olduğunu söyləyə bilərik. Baş məşqçi Fərid Cəlalov DÇ-2018-in seçmə mərhələsindəki heyətə güvənib: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Ağazadə, 5. Vadim Kutukov, 6. Elmin Alişanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev,
13. Aleksey Çervyakov, 14, İvan Kazaçkov, 15. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.
Makedoniyanı bizə çox yaxşı tanış olan mütəxəssis çalışdırır. Söhbət 2009/10 mövsümündə “Rabitə” ilə CEV kubokunda bürünc, 2011/12 mövsümündə isə “Lokomotiv”lə “Çağırış” kubokunun qızıl medalını qazanan Draqutin Baltiçdən gedir. Sloveniyalı baş məşqçinin şans verəcəyi voleybolçular bunlardı: 1. Darko Angelovski, 2. Georgi Georgiyev, 3. Qyoko Yosifov, 4. Nikola Georgiyev, 5. Vlado Milev, 6. Filip Despotovski, 7. Slave Nakov, 8. Aleksandr Lyaftov, 9. Jovika Simovski, 10. Risto Kloçeşki, 11. Filip Madyunkov, 12. Filip Nikolovski, 13. Deyan Simovski, 17. Zoran Georgiyevski, 18. Vase Mixaylov, 19. Maryan Urdov, 20. Marko Junior Stoşik.
Ancaq bu heyətdən 3 nəfərin ixtisara düşəcəyini də nəzərinizə çatdıraq.
İsveçlə yığmamızın yolu ötən il kəsişib. Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunan AÇ-2017-nin 1-ci təsnifat mərhələsi çərçivəsində skandinavlarla baş tutan oyunda millimiz tay-brekdə uduzmuşdu. “Sarılar”ın baş məşqçisi ötən il olduğu kimi, yenə Yohan İsakssondu. Çalışdırıcının açıqladığı ilkin siyahıda 18 voleybolçunun adı var ki, bunlardan da 4-ü Avroliqadan kənarda qalacaq: 1. Linus Ekstrand, 2. Anton Viyk Teqenrot, 4. Fredrik Qustavsson, 5. Staffan Blomqren, 6. Yens Ahremark, 7. Yakob Viyk Teqenrot, 8. Yon Markus Nilsson, 9. David Pettersson, 10. Vilhelm Nilsson, 11. Filip Pettersson, 12. Erik Sundberq, 13. Viktor Lindberq, 14. Yakob Link, 15. Viktor Nielsen, 17. Andreas Eriksson, 18. Dardan Luştaku, 19. Yohan Eriksson, 21. Arno Slipak.
Sonda Avroliqanın tarixi haqda bir neçə cümlə qeyd edək. Bu yarış 2004-cü ildən bu yana hər il keçirilir. Avropa Liqasında əsasən qitənin nisbətən zəif yığmaları iştirak edir. Təsadüfi deyil ki, turnirdə əldə olunan uğurlara görə Hollandiya liderlik edir. “Portağallar”ın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. Slovakiya (2-0-1) ikinci, İspaniya (1-3-2) üçüncü pillədə qərarlaşıb. İndiyədək baş tutan 13 analoji yarışda Avropanın 18 komandası medal qazanıb. Nəhənglər nadir hallarda bu turnirə qatılır. İştirak edəndə də ikinci heyətə şans verirlər.
Komandamızın bu turnirdə debütü 2014-ə təsadüf edib. Milli A qrupunda Monteneqro, Yunanıstan, Rumıniya və Polşa ilə qarşılaşıb və bütün oyunlarda uduzub. Ondan sonra baş tutan 2 analoji yarışda isə yığma iştirak etməyib. Sonda nəzərinizə çatdıraq ki, Avroliqanın görüşləri “laola1.tv” vasitəsi ilə yayınlanacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar