17 in 00:35idman

Əcnəbi marşal Bakıya gəlməkdən məmnunluq duyur

Əcnəbi marşal Bakıya gəlməkdən məmnunluq duyur
“Azərbaycanlılar dünyanın ən mehriban insanlarıdı”

Gələn həftə Bakıya “Formula-1” azarkeşləri toplaşacaq. Səbəb iyunun 23-25-də keçiriləcək Azərbaycan “Qran-pri”sidi. Yarış üçün çoxlu könüllü və marşal səfərbər olunacaq. Marşallar arasında əcnəbilər də yer alacaq. Onlardan biri də Stiven Lanqdı. 45 yaşlı marşal “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin saytına müsahibə verib.
- Zəhmət olmasa, əvvəlki marşallıq təcrübəniz haqda məlumat verərdiz.
- Texniki təftiş marşalı olaraq, ilk dəfə 2014-cü ildə Qətərin Losail beynəlxalq trekində keçirilmiş yarışda iştirak etmişəm. Bu, Qətərin supervelosiped yarışları seriyasına aid turnir idi. Trekin içində, pit yolunda və qarajlarda olduğum üçün həmin vaxt işimdən zövq almışdım. Təhlükəsizlik və texniki tənzimləmələrlə bağlı göstərişlərin yerinə yetirilməsində kömək göstərdiyimə, həmçinin yeni dostlar qazana bildiyimə görə bu təcrübədən doyunca zövq aldım. Həmin il Qətərdə baş tutmuş bir neçə yerli yarışda texniki təftiş vəzifəsini icra etdim və ilk dəfə beynəlxalq yarış olan 2015-ci il Qətər MotoGP yarışında texniki təftiş marşalı olaraq, çalışmaq fürsəti qazandım. Bundan sonra daha böyük yarışlara yönəldim. 2015-də Bəhreyndə keçirilmiş “Qran-pri”yə seçilmək mənim üçün böyük üstünlük oldu. Eyni istəklə karyerama davam etdim və həmin il Əbu Dabi “Qran-pri”sinə seçildim. Bu il isə Azərbaycan “Qran-pri”sində iştirak edəcəm və bu, qatıldığım sayca 6-cı “Formula-1” yarışı olacaq.
- Ötən il Bakı Şəhər Halqasında marşal olmuşduz?
- Bəli, mən 2016-da Bakıda ilk dəfə keçirilmiş Avropa “Qran-pri”sində böyük həyəcanla iştirak etdim və bu yarışın bir hissəsi olduğum üçün özümü şanslı sayıram. Bu, mənim Bakıya ilk səfərim idi. Hava limanına enəndən etibarən məni böyük qonaqpərvərliklə qarşıladılar və şahid oldum ki, azərbaycanlılar dünyanın ən mehriban insanlarıdı. Həmin yarış həftəsonu “Haas” komandasının qarajında texniki təftiş marşalı olaraq fəaliyyət göstərdim.
- Avropa “Qran-pri”si haqda məlumatı hardan öyrəndiz və bu yarışa necə müraciət etdiz?
- 2015-ci ilin sonlarına doğru internetdə Bəhreyndən texniki təftiş marşalları komandasının Bakıda ilk dəfə keçiriləcək “Qran-pri”yə hazırlıq çərçivəsində BŞH-nin əlaqədar marşallarına məsləhət, rəhbərlik və texniki təftiş xidmətləri üzrə dəstək verəcəyi barədə məqalə oxudum. Bu, mənim üçün böyük fürsət idi. Çox sayda e-mail, telefon zəngləri və hətta “skayp” vasitəsilə keçirilən müsahibədən sonra məni həmin yarış üçün seçdiklərini bildirdilər.
- Bakıya yenidən səfər edəcəyinizə görə həyəcanlanırsız?
- Həqiqətən də çox həyəcanlıyam. Ötən il Qətərdəki bəzi vacib işlərlə bağlı Bakıda tələb olunan minimal müddət ərzində qala bildim. Lakin bu il yarış həftəsonundan bir neçə gün əvvəl gəlirəm ki, Bakı, onun tarixi və müasir arxitekturası ilə yaxından tanış olum. Mən ixtisasca memaram. Bundan başqa, texniki təftiş komandasının üzvləri ilə görüşməyi və onlarla ötənilki yarışın xatirələrini yada salmağı səbrsizliklə gözləyirəm.
- Ötənilki “Qran-pri” ilə bağlı bizimlə bölüşə biləcəyiniz hər hansı xatirəniz varmı?
- Əlbəttə, var. Mənim üçün yarış həftəsonunun ən möhtəşəm və yaddaqalan anlarından biri çempionlara kubokun verilməsi mərasimində iştirakım idi. Yarışın uğurla keçirilməsindən yaranmış böyük sevinc burda iştirak edən hər kəsin üzündə əks olunurdu. Yüzlərlə üçrəngli bayrağın qürurla dalğalandırılması da bu sevincə daha böyük coşğu qatırdı. Belə ab-hava içərisində olmaq, sadəcə, möhtəşəm idi. İkinci məqam o idi ki, cümə günü axşam işdən sonra yeni trekdə yürüş etdim və sürücülər kimi trekdə müşahidələr apardım. Yeri gəlmişkən, bu il iyunun 23-də - cümə günü yenə eyni vəzifəni icra edəcəm. Sonuncu məqam ondan ibarətdi ki, “Haas” komandası öz qarajında bolidləri və texniki heyəti ilə birlikdə mənimlə şəkil çəkdirdi. Bu, mənim üçün böyük ayrıcalıq oldu.
- Bakımız, trekimiz və marşallarımız haqda təəssüratlarınız necədi?
- Xəzərə möhtəşəm mənzərəsi olan Bakı çox maraqlı, müasir və tarixi bir şəhərdi. Eynilə trek də pilotların maksimum sürətlənə biləcəyi düz hissə və qala divarlarının yanından keçən dar, dolanbac hissələrlə tamaşaçıların zövqünü oxşayır. Bakı Şəhər Halqası “Formula-1”in builki təqvimində yer alan treklər arasında ikinci ən uzun trekdi. Bu baxımdan əminəm ki, sürücülərlə yanaşı, azarkeşlər də paytaxtınızda baş tutacaq yarışı mövsümün ən baxımlı “Qran-pri”lərindən biri hesab edir. Marşallara gəlincə, ötənilki yarışdan qalan möhtəşəm anları yada salmaq olduqca əyləncəlidi. Ötənilki müşahidələrimə görə deyə bilərəm ki, bütün marşallar işlərini ən yüksək səviyyədə yerinə yetirdilər və eyni zamanda yaxşı əylənə bildilər.
- Bizimlə söhbətə vaxt ayırdığınız üçün təşəkkür edirik. Söhbəti başa vurmazdan əvvəl salamlarınızı və ürək sözlərinizi demək istərdizmi?
- Məni ikinci dəfə qonaq qəbul etdiyinə görə Bakıya çox təşəkkür edirəm. Möhtəşəm və heyranedici marşallar komandasının bir hissəsi olmaqdan böyük qürur duyuram. Sonda Azərbaycan “Qran-pri”sində iştirak edən hər kəsə yaxşı, uğurlu və yaddaqalan yarış arzulayıram.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar