15 in 17:57idman

“Formula-1” üçün dünya ulduzlarına 1 milyondan çox pul xərclənəcək

“Formula-1” üçün dünya ulduzlarına 1 milyondan çox pul xərclənəcək
Ginnesin Rekordlar Kitabına düşən Novruzov da şou göstərəcək

10 gündən sonra “Formula-1” üzrə dünya çempionatının 8-ci yarışı ölkəmizdə keçiriləcək. Gələn həftə kainatın ən güclü pilotları və sürət həvəskarları Bakıya axışacaq. Artıq Bakı Şəhər Halqası tam hazır vəziyyətə gətirilib. Asfalt örtüyü tam yenilənib və təhlükəsizlik sədləri çəkilib. Azərbaycan “Qran-pri”sinin tamaşaçıları üçün zəngin əyləncə proqramı hazırlanıb. Milli Parkda yerləşən əyləncə zonalarında keçiriləcək konsert proqramlarında dünya ulduzları ilə yanaşı, yerli gənc istedadlar da çıxış edəcəklər. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Azərbaycan “Qran-pri”sini izləməyə gələn tamaşaçılar üçün 4 günlük geniş əyləncə proqramı hazırlayıb. Proqramın detalları artıq tam müəyyənləşib. Belə ki, əyləncə proqramı 22-25 iyun tarixlərini əhatə edir və proqramda nəzərdə tutulan bütün tədbirlər bulvar ərazisi ilə yanaşı, Sahil və Sabir parklarında yerləşən əyləncə zonalarında baş tutacaq. Əyləncə proqramı iyunun 22-də saat 14.00-dan 22.00-dək davam edəcək, 23-25 iyun tarixlərində isə saat 10.00-da başlayıb, 23.00-da başa çatacaq.
BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim yarışın bayram əhval-ruhiyyəsində keçəcəyini bildirib: “Biz bu il Azərbaycan “Qran-pri”sinin tamaşaçıları üçün ötən illə müqayisədə daha geniş və daha məzmunlu əyləncə proqramı hazırlamışıq. Eyni zamanda müxtəlif günlərə və zonalara fərqli qiymətlərə biletlər təklif edirik. Məqsədimiz kiçikdən böyüyə hər kəsin yarış həyəcanını yaxından yaşamasını təmin etməkdi. Artıq yarış həftəsonuna 10 gün qalıb və son günlər ərzində yerli sakinlər yarışa daha çox maraq göstərir. İnanırıq ki, “Formula-1” və “Formula-2” yarışlarını izləməyə gələnlər həm də günboyu müxtəlif əyləncə proqramları ilə unudulmaz həftəsonu keçirəcəklər. Hamını bir daha yarışı bizimlə birlikdə izləməyə dəvət edirəm. Gəlin, yarış həyəcanını və əyləncə coşğusunu bir arada yaşayaq və yay tətilinə gözəl anlarla başlayaq”.

Dünya ulduzları
Milli Parkda salınmış böyük səhnədə dünya ulduzlarının iştirakı ilə canlı konsert proqramları baş tutacaq. İyunun 23-də Tarkan, ertəsi gün Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu, ayın 25-də isə Meray Keri səhnəyə çıxacaq. Axşam saatlarında baş tutacaq bu konsertlərdə dünya ulduzları ən çox sevilən ifalarını səsləndirəcəklər. Onlardan ikisinin alacağı qonorar haqda məlumatlar Türkiyə mətbuatına sızıb. Qardaş ölkə KİV-inin yazdıqlarına inansaq, Tarkan Bakıdakı konsertə görə 1,8 milyon lirə qazanacaq. Bu isə təxminən 900 min manat və ya 500 min dollar edir. Meray Kerinin konsertə görə qazancının 250 min dollar olacağı söylənilir. Hər iki tanınmış müğənninin paytaxtın 7 ulduzlu otellərindən birində kral dairəsində qalacağı da bildirilir.

Tanınmış yerli musiqi qrupları
Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və xarici mahnıları dinləyərək, gözəl vaxt keçirə biləcək. Bulvarda yerləşən “Formula-1” şəhərciyi və “Azneft” zonasında səhnəyə çıxacaq bu ifaçılar indiyədək bir sıra yerli və xarici festivalların iştirakçıları olublar. Ölkəmizi bu il “Avroviziya”da “Skeletons” mahnısı ilə təmsil etmiş Diana Hacıyevanın (Dihaj) rəhbərliyindəki musiqi qrupu, 2007-də keçirilmiş “Yeni Ulduz” müsabiqəsinin qalibi Çingiz Mustafayevin başçılıq etdiyi “Palmas” musiqi qrupu və Anar Keytarmanın rəhbərlik etdiyi musiqi qrupu gələn həftənin son günlərində konsert verəcək.

“Nərdivan adam”ın şousu
Azərbaycanlı sirk ustası və 2015-ci ildə ABŞ-da keçirilmiş istedadlar yarışmasının finalçısı Üzeyir Novruzov Azərbaycan “Qran-pri”sini izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək. ABŞ, Fransa, Almaniya və İtaliyada müxtəlif televiziya verilişlərində məharətini nümayiş etdirən Novruzov ötən il nərdivan üzərində ən çox dayanan adam ünvanını əldə edərək, Ginnesin Rekordlar Kitabına düşüb. Üzeyirin Bakıdakı şousu “Formula-1” şəhərciyində quraşdırılmış kiçik səhnədə müxtəlif saatlarda baş tutacaq.

Bakının ən tanınmış DJ-ləri
Bakıda yerləşən bir çox məşhur əyləncə mərkəzinin davamlı iştirakçılarından olan tanınmış DJ-lərdən REEF, Bikoo, George Effe və Twist bilet sahiblərinə yarışdan kənarda əyləncəli anlar yaşadacaq. DJ REEF 22-25 iyun tarixlərində “Formula-1” şəhərciyi və Konsert Arenasında, DJ Bikoo 22-24 iyun tarixləri ərzində “Azneft” zonasında, George Effe 23-25 iyun tarixlərində “İçərişəhər” zonasında və DJ Twist 23-25 iyun tarixləri ərzində Sahil parkında çıxış edəcək.

Şin seçimini etdilər
Mühəndislər kubokunun qalibi olmağa iddialılar Azərbaycan “Qran-pri”si üçün təkər seçimini edib. “Ferrari” və “Mersedes” eyni şinləri seçib. Luis Hemilton, Valtteri Bottas, Sebastyan Fettel və Kimi Raykkonen Bakıda hərəyə 8 dəst “SuperSoft”, 4 dəst “Soft” və 1 dəst “Medium” şinləri alacaq. “Red Bull” komandasının yürüşçüləri Maks Ferstappen və Daniel Rikkyardo da hərəyə 8 dəst “SuperSoft” alacaq. Lakin Avstriya komandası pilotları üçün çempionatın liderlərindən 1 dəst artıq “Medium” və müvafiq surətdə 1 dəst az “Soft” şinləri seçib. Felipe Massa və Markus Eriksson da hərəyə 2 dəst “Medium” şini alacaq. Yalnız “Maklaren” komandasının pilotları Ferrando Alonso və Stoffel Vandornun hərəsinin 10 dəst “SuperSoft” şini olacaq. Qalan komandaların hər biri öz avtoyürüşçüləri üçün Bakı mərhələsində münasib olan ən yumşaq şinlərin 8-9 dəstini sifariş ediblər. Pilotlar yürüşdə ən azı 1 dəst “SuperSoft” və ya “Medium” istifadə etməyə borcludu. Bundan əlavə, 1 dəst “SuperSoft” ixtisas yarışlarının üçüncü seqmenti üçün ehtiyat saxlanacaq.
SƏRXAN hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar