14 in 14:09idman

Natiq Aslanov Anar Məmmədovu öz dəlilləriylə “vurdu”

Natiq Aslanov Anar Məmmədovu öz dəlilləriylə “vurdu”
Yadigar Məmmədov da dilə gəldi

Bir neçə gündü Kamran Şahsuvarlının şəxsi məşqçisi mövzusunu qabartmışıq. Ölkə idmanının yaralı sahələrindən olan bu məsələ uzun illərdi “alver”ə çevrilib. Federasiyalar, yığmaların çalışdırıcıları və başqa rəsmi şəxslərin işbirliyi nəticəsində “arxası” güclü olmayan məşqçilər idmançısından məhrum olur. Onun yerinə bir başqası şəxsi məşqçi kimi mükafat alır. İdmançını da elə susdururlar ki, sanki ortada heç bir dələduzluq olmayıb. Bəhs edilən məsələnin bir parçası da Şahsuvarlının ətrafında cərəyan edən hadisələrdi. Yanvardan etibarən “Qəbələ”də ixtisara düşən Natiq Aslanov Kamranın şəxsi məşqçi olduğunu iddia etsə də, klubun inzibatçısı Anar Məmmədov ötən sayımızda mütəxəssisin söylədiklərini əsassız saymış və notarial qaydada təsdiqlənmiş sənədlə boksçunun şəxsi məşqçisi olduğunu bildirmişdi. Buna cavab özünü çox gözlətmədi. Natiq bəy yenidən danışmaq istədiyini bildirdi.

“Lorenso çempion olsa, Anar deyəcək şəxsi məşqçisi mənəm”
Maraqlıdı ki, Aslanov çıxışını Məmmədovun səsləndirdiyi fikirlər üzərində qurdu və onu elə öz dəlilləri ilə “vurdu”. Söhbət zamanı Natiq bəy bu işin üstünə niyə vaxtında düşmədiyini də izah etdi: “Son sayınızda gedən yazını oxudum. Bu üzdən yenidən danışmaq qərarına gəldim. Çünki keçən dəfə bəzi şeyləri deməmişdim, az danışmışdım. Əvvəlcə onu qeyd edim ki, biz məşqçilər bütün idmançılarımızın uğuruna sevinirik. Heç kimi də yalandan nədəsə ittiham etmirik. Anar Məmmədov iddia edir ki, Kamranın şəxsi məşqçisi odu. Sizə də sənəd göndərib. Həmin sənəddə göstərilib ki, bu ilin yanvarından şəxsi məşqçisidi. Bəli, həmin tarixdən şəxsi məşqçisi ola bilər. Söhbət İslamiadadan yox, Olimpiadaya qədər olan müddətdən gedir. Kamran “Qəbələ”də rəhbərliyim altında hazırlıq keçib. Gərək hər şeyin doğrusunu deyəsən. Yalandan havaya danışmaqla deyil ki. Lazaro Ximenes heç vaxt “Qəbələ”də ştatlı məşqçi kimi çalışmayıb. O, millinin məşqçisi idi. Həm də “Qəbələ”də ştatdankənar çalışırdı. Əslində “Qəbələ”nin baş məşqçisi Ramiz Mirkamilovdu. İndi də Qəbələdə yeniyetmələrə hazırlıq keçir. Ximenes, sadəcə, Bakıda yığma üzvlərinə hazırlıq keçirdi. İkincisi, Anar deyir ki, yığmada hazırlıq keçən idmançının şəxsi məşqçiyə nə ehtiyacı var? Hər bir idmançının uğurunun arxasında bir məşqçi dayanır. Bu, istənilən növdə belədi. Hansı idmançı özbaşına çempion ola bilər? Ona məşqçi lazım deyilsə, o zaman yığmada çalışmasına da ehtiyac yoxdu. Elə Anar Məmmədov məşq etdirərdi də. Niyə 15-20 min verib Ukraynadan çalışdırıcı dəvət edirdilər? Şahsuvarlıya kross qaçırtdığını deməsi də gülüncdü. Bəyəm kross qaçırtmaq idman deməkdi? Onun dediklərini oxuyuram və qıcıqlanıram. Kamranla işləyəndə gecələr qolumun ağrısından yata bilmirdim. Çünki məşqlərdə “lapa” tuturdum. Aldığım zədədən sonra ürəyimdən əməliyyat olundum. Bəs bunu kimin ayağına yazaq? Mən 50 min manat istəmirəm. Sadəcə, haqqın bərqərar olmasını istəyirəm. Bunlar prezidenti də aldadır. Özü də etiraf edir ki, həm klubda, həm də federasiyada inzibatçı işləyir. Qardaş, get, inzibatçılığını elə də. Sən məşqçi deyilsən axı. Kamranın Olimpiadaya qədər ciddi nəticəsinin olmadığını deyib. Halbuki Şahsuvarlı neft ölkələrinin Dünya Kubokunda 2-ci yeri tutub. Azərbaycan kubokunun qalibi olub. Bunlar bəyəm nəticə deyil? Kamran niyə susur? Görür ki, kimin arxası güclüdü, ondan yapışır. Cavid Çələbiyevi dünya çempionu Yadigar Məmmədov edib. Ancaq indi şəxsi məşqçisi kimi başqasının adı gedir. Avqustda ürəyimdən əməliyyat olundum. Həmin vaxt fürsətdən istifadə edib, Kamranı öz adlarına çıxdılar. Sənədləşməni öz adlarına apardılar. Halbuki “Qızıl Əlcək”dən ayrılanda həmin Məmmədov heç Şahsuvarlını kluba qəbul etmirdi ki, onu qovun burdan, biz heç kimin haqqını yeyə bilmərik. Adam gərək haqq-ədalətlə danışa. Özü də etiraf edir ki, mən “Qəbələ”də ümumi komandanın məşqçisi olmuşam. Deməli, qonorardan mənə də pay düşməlidi. 5-6 boksçunun məşqçisi mən olmuşamsa, deməli, o pulu da mən almalıyam da. Lazaro Lorenso Sotomayorun şəxsi məşqçisi olduğu üçün “Qəbələ”də ştatdankənar işləyirdi. Klubun Bakıda fəaliyyət göstərən yeganə məşqçisi mən idim. İndi Lorenso çempion olsa, Anar deyəcək şəxsi məşqçisi mənəm. Ya da Ramizin adını yazdırıb, pulu aralarında bölüşdürəcəklər. Bu qədər haqsızlıq olmaz. Prezidentlə şəkil çəkdirib. Gərək ora layiq olasan. Sabah sənin arxanca heç kim danışmasın. Hamı buna gülür ki… Bu məsələ ilə bağlı həqiqətlər dediyim kimidi. Yanvarın 1-dən məni klubdan çıxardılar. Ancaq həmin ay klubun 3 boksçusunu ölkə çempionatına çıxarmışam. Bəs onda niyə demirdilər ki, sən burda nə gəzirsən, bu boksçuları niyə yarışa çıxarmısan? Tələbəmin biri də bürünc medal qazandı. Yanvara qədər “Qəbələ”dən aylıq maaş almışam. Kamranın şəxsi məşqçisinə çatmalı olan pul mükafatı və ev isə sentyabrda verilib. O dövrdə əməliyyatdan yeni çıxmışdım. Mənə əsəbləşmək olmazdı. Ona görə səsimi çıxarmırdım. İşdən çıxarılandan sonra bu məsələnin üstünə düşdüm. Boks Federasiyasının başqanı Kəmaləddin Heydərova da, prezident İlham Əliyevə də yazdım. Məktubum Gənclər və İdman Nazirliyinə göndərildi. Ordan da yenidən ABF-ə ünvanladılar. Ora da daha öncə müraciət etmişdim deyə, yenidən eyni addımı atmağa lüzum görmədim. Məni işdən çıxardılar ki, ağzım bağlansın, Kamranın şəxsi məşqçisi olduğuma iddia etməyim. Haqsız yerə məni ixtisara saldılar. Halbuki tələbələrim nə qədər nəticə verib”.

“Bu məsələdə Fariz Məmmədovun və Nağı Səfərovun da rolu var”
Mütəxəssis bu işdə Anar Məmmədovun tək olmadığını düşünür. Onun fikrincə, federasiya rəsmiləri də bu işə məqsədli şəkildə qol qoyub. Aslanovu dinləyək: “Baş katib Nağı Səfərovla görüşdüm. Ona dedim ki, sən çox gözəl bilirsən Kamranın şəxsi məşqçisi kimdi. O da kömək edə bilməyəcəyini və bu məsələni klubla aramızda həll etməli olduğumuzu söylədi. Anar Məmmədovun arxasında kim dayanır? Kim dayanacaq, Süleyman müəllim (ABF-in vitse-prezidenti Süleyman Mikayılovu nəzərdə tutur – S.). Nağı da dedi ki, Kamranın şəxsi məşqçisinin Anar Məmmədov olmasını Süleyman müəllim tapşırıb. Deyəsən, yerlidilər, ona görə “day-daylıq” edir. Boks ictimaiyyəti bilir ki, Kamranın üzərində nə qədər əziyyət çəkmişəm. Bu məsələnin belə alınmasında “Qəbələ”nin boks bölməsinin rəhbəri Fariz Məmmədovun və Nağı Səfərovun da rolu var”.

“Bunlar hamısı federasiyada qurulmuş işlər idi”
Dünən Cavid Çələbiyevin şəxsi məşqçisi kimi tanınan Yadigar Məmmədovla da danışdıq. O da Natiq bəylə həmdərddi. Belə ki, İslamiadada fəxri kürsünün ən yüksək pilləsinə qalxan Çələbiyevin şəxsi məşqçisi kimi başqa mütəxəssis mükafatlandırılıb. Yadigar bəyin fikirləri belə oldu: “Mənim tələbəm Avropa və dünya çempionatında mənim adımdan döyüşürdü. Federasiya bunu fırladıb verdi kubalı məşqçiyə. Olimpiadada mənim dövrümdə qalib gəldiyi qazax boksçuya uduzdu. Bu qalsın bir kənara. İslamiadanın qalibi oldu. Ancaq şəxsi məşqçisi olsam da, mənə 10 qəpik belə çatmadı. Hansı ki dünya çempionu olmasında mənim rolum olub. Prezident mənə ev bağışlayıb. Kəmaləddin müəllim mənə mükafat verib. Bunların hamısının şəkilləri var. Amma İslamiadada şəxsi məşqçisi kimi Zahid Ömərovun adına mükafat verildi. O, hazırda “Qəbələ”nin məşqçisi sayılsa da, Bakıda zal icarəyə götürüb, orda məşqlər keçir. Onu dünya çempionu mən etmişəm. Əvvəlcədən şəxsi məşqçisi mən olmuşamsa, qazandığı uğura görə pul həmişə mənə çatmalıdı. Boksçu mənim adımı yaza bilməz. Çünki o vaxtilə şəxsi məşqçisi kimi atasını (Namiq Çələbiyev) göstərməyə çalışırdı. Həmin vaxt məsələni qaldırdım. Bu məsələni ətraflı işıqlandırmaq lazımdı. Niyə uşaq əlimdən alınıb kubalılara verildi? Niyə məhz mənim tələbəm? 2013-cü ildə Qazaxıstanda keçirilən dünya çempionatında Məhəmmədrəsul Məcidovla Cavid Çələbiyev qızıl, Teymur Məmmədov isə bürünc medal qazandı. Ancaq yalnız mənim tələbəmi “özəlləşdirdilər”. Mənim əlimdən aldılar, amma kubalılarla uğur qazana bilmədi. Sonradan mənim öyrətdiyim döyüş üslubuna qayıtdı və nəticədə həm ölkə çempionu oldu, həm də İslamiadada 1-ci yeri tutdu. Bəs mənim əməyimin haqqı necə olacaq? Bunlar hamısı federasiyada qurulmuş işlər idi. Mənə dedilər ki, nazirliyə şikayət et, amma mən AGİN-ə yazmadım. Mən pul davası eləmirəm. Ancaq onlar mənim haqqıma girib. Bu haqqımı bərpa etmək istəyirəm. Məni istənilən yerə çağırıb, sorğu-sual edə bilərlər. Çünki özümə güvənirəm, çünki mən düzəm. Dünya çempionu olan boksçu necə şəxsi məşqçisini dəyişə bilər? Olimpiya çempionu olsaydı, dəyişə bilərdi. Federasiya bu dəyişikliyə niyə razılıq verdi? Kəmaləddin müəllim həm də Taekvondo Federasiyasının prezidentidi. Fəridə Əzizova 10 ildi Qubadan gəlib. Ancaq indiyə kimi qazandığı uğurlara görə şəxsi məşqçisi kimi qubalı mütəxəssis mükafatlandırılır. Bəs niyə mənə qarşı eyni addım atılmır? Belə çıxır ki, qanun birtərəfli işləyir. Cavid indi məni şəxsi məşqçisi saymır. Çünki vaxtilə atasının qarşısını almışam bu məsələdə. Amma mənim haqqım tapdalanmamalıdı”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar