07 in 19:01idman

Heyətdəki əsaslı dəyişiklik zədələrlə bağlıdı

Heyətdəki əsaslı dəyişiklik zədələrlə bağlıdı
Nəriman Abdullayev: “Hər boksçumuzdan uğur gözləyirik”

Ötən sayımızda iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatına qatılacaq boks yığmamızın heyətini diqqətinizə çatdırmışdıq. İslamiadada iştirak etmiş heyətin yarısının dəyişməsi sürpriz oldu. Elvin Məmişzadə (52 kq), Lorenso Sotomayor (64 kq) və Pərviz Bağırov (69 kq) kimi olimpiyaçılar sıraya döndüsə, AÇ, DÇ və Olimpiada medalçısı Teymur Məmmədov (91 kq) yığmadan kənarda qaldı. Millinin böyük məşqçisi Nəriman Abdullayev komandanın Avropa çempionatına hazırlığını dəyərləndirib: “Hazırlığın ilk mərhələsini uğurla başa vurduq. Bakıda təşkil olunan məşqlərdə komandaya köməkçi boksçular da cəlb edilmişdi. Fiziki hazırlıqla yanaşı, sınaq döyüşləri də keçirdik və deyə bilərəm ki, komanda Avropa çempionatına hazırdı”.
Abdullayev Xarkovdakı hazırlıq prosesində əsas diqqəti texniki və taktiki məşqlərə yönəldəcəklərini söyləyib: “Məşqlər yüksək səviyyədə keçir. Son 10 gündə hazırlığı Xarkovda davam etdirəcəyik. Burda yerli yığma və Ukraynaya gələcək başqa komandalarla birgə toplanış keçməyi planlaşdırırıq”.
Təcrübəli mütəxəssis 4-cü İslam Həmrəyliyi Oyunları ilə müqayisədə heyətdə edilən əsaslı dəyişikliklərə də aydınlıq gətirib: “Bəzi boksçularımız İslamiadada zədələndi. Bu üzdən əvəzedicilərinə şans verəcəyik. Məsələn, yarışda qaşları partlayan Tamerlan Abdullayev Avropa çempionatında iştirak edə bilməyəcək. Onun əvəzinə təcrübəli Pərviz Bağırovu sınayacağıq. 81 kq-da da dəyişiklik etmişik. Rauf Rəhimovun əvəzinə Eldar Quliyev özünü göstərməyə çalışacaq. Məsud Yusifzadənin isə çəkisi az olduğuna görə 52 yox, 49 kq-da çıxış edəcək. Bu çəkidə dünya çempionu Elvin Məmişzadə rinqə çıxacaq. 91 kq-da döyüşən Teymur Məmmədovun İslamiadadan öncə də dirsəyində zədəsi vardı. Bu yarışda final döyüşündən sonra yenidən ağrılar hiss olunmağa başladı. Hazırda müalicə olunduğundan Avropa Oyunlarının qalibi Əbdülqədir Abdullayevə şans verəcəyik”.
Nəriman bəy sonda Avropa çempionatı ilə bağlı hədəflərini də açıqlayıb: “Komandamızın heyətində 3 dünya çempionu var. Elvin Məmişzadə, Cavid Çələbiyev və Məhəmmədrəsul Məcidova ümidlərimiz böyükdü. Amma bu o demək deyil ki, qalan boksçularımıza inanmırıq. Hər boksçumuzdan uğur gözləyirik. Püşkdən də çox şey asılı olacaq. Qitə birinciliyindən dünya çempionatına maksimum sayda - 10 vəsiqə qazanmağı da hədəfləmişik. Bunun üçün ilk “8-liy”ə düşmək kifayət edəcək”.
Qeyd edək ki, Avropa çempionatında yığmanın şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Əbdülqədir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar