07 in 14:17idman

Gözlə bizi, Yaponiya!

Gözlə bizi, Yaponiya!
Voleybol yığmamız seçmə mərhələni set vermədən başa vurdu
DÇ-2018-in seçmə mərhələsi
E qrupu
5-ci tur
AZƏRBAYCAN – Hollandiya 3:0 (30:28, 25:22, 25:13)

Azərbaycan: Polina Rəhimova – 28, Yelizaveta Səmədova – 17, Natalya Məmmədova – 12, Ayşən Abduləzimova – 7, Kristina Yaqubova – 2, Valeriya Məmmədova (l), Ceyran Əliyeva, Aynur Kərimova, Kseniya Poznyak, Şəfaqət Həbibova, Yana Kulan, Odina Bayramova, Oksana Kiselyova, Yekaterina Jidkova.
Baş məşqçi: Faiq Qarayev.
Hollandiya: Lonneke Slöetyes – 11, Yvon Belyen – 10, Maret Qrotyes – 7, Robin De Kroyf – 6, Anna Buijs – 6, Seleste Plak – 2, Laura Diykema – 1, Debbi Stam-Pilon (l), Kirsten Knip, Femke Stoltenborq, Mirte Şut, Marrit Yasper, Tessa Polder, Nikol Kulhaas.
Baş məşqçi: Cemi Morrison.
Hakimlər: Mixail Temelis (Yunanıstan), Saşa Stanişiç (İsveçrə).
3 iyun. Bakı İdman Sarayı. 3000 tamaşaçı.
Oyunun vaxtı: 84 dəqiqə (34+27+23).

Seçmə mərhələnin ən vacib oyunu sonuncu – 5-ci tura təsadüf etdi. Bu turadək sensasiya baş verməmişdi. Yəni həm yığmamız, həm də Hollandiya maksimum nəticəyə imza atmışdı. Deməli, bu duelin qalibi DÇ-2018-ə vəsiqə qazanacaqdı. Tribunalarda anşlaq yaşanırdı. Bu dəfə azarkeşlər daha fəal idi. “Azərreyl”in fanklubunun üzvləri də tribunada yerini tutmuşdu. Ancaq start həyəcanı millimizi çətinə saldı. Hücumda yol verilən ardıcıl səhvlər rəqibin təşəbbüsü ələ keçirməsinə səbəb oldu. Heç qəbul da ürəkaçan səviyyədə deyildi. Natalya Məmmədovanın ilk setdə oyunu alınmadı. Belədə Faiq Qarayev setin ortalarında onun yerinə Ceyran Əliyevanı da meydana buraxdı. Hollandlar 20:13 öndə olanda setin əldən getdiyini düşünməyə başlamışdıq. Ancaq komandamız əsl əzmkarlıq nümayiş etdirə bildi. Baş məşqçinin uğurlu əvəzetməsi Şəfaqət Həbibova oldu. Həmyerlimizin servisdə və müdafiədə yaxşı çıxışı fərqin azalmasına yol açdı. Bu durum hollandların qələbə inamını sarsıtdı. Bu dəfə səhv etmək növbəsi “narıncılar”da idi. Setin sonlarında gərginlik maksimum səviyyədə idi. Valeriya Məmmədova ilə Ayşən Abduləzimovanın müdafiədə gözəl oyununu qeyd etməmək insafsızlıq olar. Blokda Polina Rəhimovanın qazandığı xaldan sonra mərkəzdən qurulan hücumu Yelizaveta Səmədova tamamladı. Beləliklə, gərgin seti qazanan millimiz rəqibi ruhdan saldı. Artıq psixoloji üstünlük Qarayevin yetirmələrində idi. Düzdü, Cemi Morrisonun komandası 2-ci setdə də ciddi müqavimət göstərdi. Yığmamız 20:14 önə keçsə də, oyuna intriqa gətirə bildilər. Amerikalı mütəxəssisin götürdüyü fasilə hollandların işinə yaradı. Nəticədə rəqib ardıcıl 4 xal qazandı. Hətta bir qədər sonra fərq minimuma endi. Yenə sonda səhnəyə Səmədova çıxdı. “Telekom”un yetirməsi son 2 xalı qazanmaqla ümumi hesabı 2:0 etdi. 3-cü setin isə geniş şərhə ehtiyacı yoxdu. Hollandiya sanki ilk texniki fasilədən sonra mübarizədən çəkildi. Artıq Rəhimovanı durdurmaq mümkün deyildi. Nəticədə 5-ci oyunda da “quru” qələbə reallaşdı. Bu isə yığmamızın gələn il Yaponiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanması anlamına gəlirdi.
Son turda İsrail Norveçə qalib gəldi – 3:1 (25:19, 15:25, 25:17, 25:15). Ukrayna isə Danimarkanı məğlub etdi – 3:0 (25:14, 25:18, 25:16).
1. AZƏRBAYCAN 5 5 0 15-0 15
2 . Hollandiya 5 4 1 12-5 12
3. Ukrayna 5 3 2 10-7 9
4. İsrail 5 2 3 7-10 6
5. Norveç 5 1 4 5-13 3
6. Danimarka 5 0 5 1-15 0

Maraqlıdı…
Qadınlardan ibarət voleybol yığmamız daha bir ilkə imza atdı. 2005-ci ildə Avropa çempionatında 4-cü yeri tutmaqla komanda növlərində ilk ən böyük uğurumuzu gerçəkləşdirən millimiz ardıcıl 2 dəfə dünya çempionatında iştirak etməklə də rekord müəyyənləşdirdi. Buna qədər heç bir komanda növündə ardıcıl 2 dəfə mundiala vəsiqə qazanmamışıq. Faiq Qarayevin yetirmələri indiyədək DÇ-1994, DÇ-2006 və DÇ-2014-də iştirak edib.

Reaksiyalar
Faiq Qarayev: “Çətin oyun idi. Rəqib son Olimpiadada 4-cü yeri tutub. Çox güclü komandadı. Bu oyuna hələ qrupun püşkü atıldıqdan sonra hazırlaşmağa başlamışdıq. İslamiadada qızıl medal aldıq. Ancaq həmin yarışdakı rəqiblər daha zəif idi. Bunu gizlətmirəm. Yalnız Türkiyə ilə oyunumuz gərgin mübarizə şəraitində keçdi. İslamiadadan sonra Bolqarıstanda təlim-məşq toplanışı keçdik. Komandanın gücünə bələd idik. Ən güclü voleybolçularımızı yığmaya cəlb etdik. Bilirdik ki, ən çətin oyunlarımız Ukrayna və Hollandiyaya qarşı olacaq. Hər iki görüşdə yaxşı oynadıq. Bütün görüşlərimizi 3:0 hesabıyla başa vurduq. Bu məni çox qane edir. Dünya çempionatına yüksəlmək çətin işdi. Avropada seçmə mərhələnin başqa qruplarında çox gərgin mübarizə gedir. Bütün voleybolçularımızla qürur duyuram. Hamısı bu gün yaxşı oynadı. İlk set çox çətin keçdi. Komandaya oyunöncəsi iclasda da dedik ki, yalnız 6 oyunçuyla bu qarşılaşmanı uda bilmərik. Bu gün əvəzləyici voleybolçuların da böyük rolu oldu. AVF, AGİN, MOK və prezident İlham Əliyevi təbrik edirəm. Voleybolun bura gəlib çatmasında ölkə başçısının böyük əməyi var. Hesab edirəm ki, cənab prezident bu qələbəni eşidib çox sevinəcək. Çünki yığmamız 4-cü dəfə DÇ-yə vəsiqə qazanır. Bundan sonrakı məqsəd mundialda uğurlu çıxış etməkdi. Bu il ölkəmizdə Avropa çempionatı da keçiriləcək. Uğurlu çıxışı davam etdirmək lazımdı. Ötən ildən bu yana heç bir rəsmi oyunda uduzmamışıq. Bütün voleybolsevərləri təbrik edirəm... Yelizaveta Səmədovanın yığmaya böyük faydası oldu. Voleybolçuların yetişməsində bütün klubların rolu var. Neçə illərdi bu işləri görürük ki, bu nəticə alınsın. Komanda növlərində uğur birdən-birə gəlmir. Bunun üçün neçə il işləmək lazımdı. Bu oyunçular hamısı Azərbaycan voleybolunun yetirmələridi”.
Çingiz Hüseynzadə: “Möhtəşəm qələbə oldu. Hətta ilk setdə müəyyən qədər qorxuya düşdüm. Elə bildim ki, bu gün oyunumuz alınmayacaq. Amma komandamız böyük əzmkarlıq, hünər nümayiş etdirdi. Çünki o seti praktiki olaraq udmaq mümkün deyildi. Ancaq voleybolçularımız bunu bacardı və növbəti setlərdə də qalib gəldi. Mən hamını təbrik edirəm. AVF rəhbərliyinə, məşqçilərə, voleybolçulara minnətdarlığımı bildirirəm. Bu gün hamı üçün bayramdı. 5 oyundan 4-də millimizin qalib gələcəyinə əmin idik. Yalnız bu matçla bağlı tərəddüd edirdik. Çünki Hollandiya dünya reytinqində yüksək pillələrdə qərarlaşıb. Yığmamız 4-cü dəfə dünya çempionatına vəsiqə qazandı. İnanıram ki, orda da bizi sevindirəcəklər... Bu gün hələ kapitanımız (Odina Bayramovanı nəzərdə tutur – S.) zədə üzündən oynamırdı. Ümid edirəm ki, komandamız yaxşı hazırlaşıb, əvvəlcə Tokioda dünya çempionatında, ardınca isə həmin şəhərdə keçiriləcək Olimpiadada uğurlu çıxış edəcək”.
Yelizaveta Səmədova: “Bütün azarkeşlərə təşəkkür edirəm. Bizə çox yaxşı dəstək verdilər. Bu, bizə çox böyük güc verdi. Komanda yoldaşlarıma da minnətdaram. Dünya çempionatında oynamaq arzum idi. Mundialda da böyük uğur qazanmağa cəhd edəcəyik. Hollandiya güclü rəqib idi. Onlar da bizim kimi dünya çempionatına vəsiqə qazanmağa çalışırdılar. Yaxşı ki, ilk seti geridən gəlib qazana bildik”.
Ayşən Abduləzimova: “Oyuna çox ciddi hazırlaşırdıq. İlk setdə bütün gücümüzü qoyub geridönüş etdik. 4 oyundan sonra yorğunluq olsa da, maksimum bacardığımızı elədik. Məndə həmişə gərginlik olur (gülür). Şəfaqət Həbibova əməliyyatdan sonra tam bərpa olmadığından əsas yük Kristina Yaqubovanın üzərinə düşdü. Toppaylayıcımız bu gün çox gözəl oyun qurdu. Yoxlama oyunlarında Bolqarıstana uduzmağımız ondan irəli gəlirdi ki, əsas heyətlə çıxış etmirdik. Baş məşqçimiz heyətdə rotasiyalar edirdi. Yekunda Faiq Qarayev əsas heyəti müəyyənləşdirdi və bunun da nəticəsini gördük”.
Polina Rəhimova: “Bu gün azarkeşlərdən razı qaldım. Hamı bizi çox yaxşı dəstəklədi. Yəqin ki, maraqlı oyundan hamı razı qaldı. Meydançada əsl savaş getdi. Mənə elə gəlir ki, ilk seti əldən versəydik, qalib gələ bilməyəcəkdik. Bu gün bizim günümüz idi. “Doğma divarlar” da bizə kömək etdi. Səviyyəmizi artırıb dünya çempionatına titul qazanmaq üçün yollanacağıq. Maksimum nəticəyə oynamalıyıq”.
Cemi Morrison: “Oyuna çox yaxşı başladıq. Ancaq ilk setdə qazandığımız böyük üstünlüyü əldən verdik. Nəticədən narazı qaldım. Bu qədər səhvə yol verməməliydik. Pley-off mərhələsindən dünya çempionatına vəsiqə qazanmağa çalışacağıq. Bu oyunda hakimlərin də müəyyən qədər səhvi oldu. Bakıda keçiriləcək Avropa çempionatı üçün heyətdə müəyyən dəyişiklik ola bilər. Ancaq komandanın özəyini qoruyacağıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar