02 in 21:06idman

“Formula-1”ə bilet alanlar üçün endirimlər olacaq

“Formula-1”ə bilet alanlar üçün endirimlər olacaq
Arif Rəhimov Azərbaycan “Qran-pri”sinin xərclərini açıqladı

Mayın 30-da “Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkəti ilə “Turizm və Milli Mətbəxin İnkişafına Dəstək” (TMMİD) İctimai Birliyi arasında “Formula-1” Azərbaycan “Qran-pri”sinin ölkə turizminin inkişafına dəstəyi” layihəsi çərçivəsində əməkdaşlığa dair anlaşma imzalanıb. Memoranduma əsasən layihəyə qoşulan şirkətlərlə TMMİD arasında ikitərəfli müqavilə imzalanır və bu layihədə iştirak edən şirkətlər Azərbaycan “Qran-pri”sinə bileti olan müştərilərinə xüsusi endirimli qiymətdə xidmət göstərməyi öhdəsinə götürür. BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai endirim kampaniyasının hamıya faydalı olacağını bildirib: “Sözsüz, bu endirim kampaniyası tamaşaçılarla yanaşı, sahibkarlara da böyük fayda verəcək. Bakıda baş tutacaq yarışı izləməyə gələn minlərlə tamaşaçı həftəsonu ərzində məhz endirimlərin olduğu yerlərə üz tutacaq və bu da öz növbəsində həmin şirkətlərin daha çox gəlir qazanmasına imkan yaradacaq. Nəticədə bu yarışdan hamı qazanclı çıxacaq”.
TMMİD-in sədri Kəmalə Məmmədova layihənin uzunmüddətli olacağına inandığını söyləyib: “Son illər ölkəmizə gələn əcnəbilərin sayında ciddi artım müşahidə olunur. Vaxtilə istirahət üçün Avropaya gedənlər artıq turist kimi Azərbaycana gəlməyi üstün tutur. Biz də yaranmış fürsətdən səmərəli istifadə edərək, Bakıda bu yay keçiriləcək Azərbaycan “Qran-pri”si ərəfəsində ölkə turizminin inkişafına müəyyən dərəcədə dəstək göstərmək üçün bu layihəni irəli sürdük. Çox qısa müddət ərzində onlarla şirkət bu kampaniyaya qoşulmaq istədiklərini bildirdi. İnanırıq ki, növbəti mərhələlərdə bu layihəyə maraq daha da artacaq və layihəni uzunmüddətli keçirməyə çalışacağıq”.
Layihə çərçivəsində keçirilən endirim kampaniyasına iyunun 1-də start verilir və kampaniya iyulun 15-dək davam edəcək. Əməliyyat şirkəti layihəyə qoşulan şirkətlərə obyektlərin girişində diqqəti cəlb edəcək yerə yapışdırmaq üçün kampaniyaya dair xüsusi endirim nişanları (stikerlər) verəcək.
Qeyd edək ki, indiyədək layihəyə ümumilikdə 46 şirkət qoşulub. Onlar arasında milli, Avropa, Asiya və türk mətbəxlərinə aid restoranlar, milli xüsusiyyətləri əks etdirən suvenirlərin, ev və zinət əşyalarının satışa çıxarıldığı mağazalar, gözəllik salonları və SPA mərkəzləri, şərab evləri, klinikalar, otellər və sair sahələr üzrə ixtisaslaşmış biznes obyektlərinə rast gəlmək mümkündü.
Bu arada Azərbaycan “Qran-pri”sinə 57 fərqli ölkədən bilet alınıb. Biletlər ötən ilə nisbətən daha sürətlə satılır. Artıq bəzi tribunalara olan biletlər qurtarıb. BŞH-nin kommersiya direktoru Bülent Özərdimi dinləyək: “Bilet alan ölkələr arasında ilk “5-lik”də Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan və BƏƏ qərarlaşıb. Hədəfimiz odu ki, belə ölkələrin sayını ötən ilə nisbətdə ikiqat artıraq. Gələn ay bu hədəfə çatmağı planlaşdırırıq. Hazırki göstəricilərə görə tamaşaçıların 56 faizini əcnəbilər təşkil edir. Yarışa 4 həftə qalmış Filarmoniya bağının yaxınlığındakı tribunaya biletlər tam satılıb. İçərişəhərdəki tribunaların biletləri də çox az qalıb. Bu il iki yeni ayaqüstü zona da əlavə edilib. Bunlar Sahil və Sabir parklarıdı”.
Yeri gəlmişkən, BŞH-nin icraçı direktoru Arif Rəhimov “Qran-pri”nin təşkilinə çəkilən xərcləri açıqlayıb: “Ötən il pit binasının qurulması və trassın hazırlanmasına 80 milyon dollar xərcləmişik. Bu il və qarşıdakı mövsümlər üçün montaj və demontaj işlərinə 15 milyon dollara yaxın vəsait lazımdı. Bu il asfalt qatının döşənməsinə 12 milyon dollar xərclənib. Şəhər trassları elədi ki, burda xərcləri öncədən proqnozlaşdırmaq çətindi. Düşünürdük ki, iqtisadiyyatı stimullaşdırmaq, turizmi inkişaf etdirmək və ölkəni tanıtmağa nail olaq. Biz bu məqsədlə bütün dünyada istifadə olunan ideyaları tapmağa çalışırdıq. Hesablamalar aparıldı və ortaq qərara gəlindi ki, məhz “Formula-1” seçməli olduğumuz istiqamətdi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar