31 may 12:46idman

“Qran-pri” üçün ucuz biletlər satışa çıxarıldı

“Qran-pri” üçün ucuz biletlər satışa çıxarıldı
“Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkəti yarış həyəcanını yaxından yaşamaq istəyənlərə aşağı qiymətə birgünlük biletlər təklif edir. Tamaşaçılar bir biletlə Sahil və Sabir parklarında yerləşən yeni ayaqüstü zonaların hər ikisinə daxil ola biləcəklər. “Formula-1” həvəskarları yarışı canlı izləməklə yanaşı, onlar üçün bu zonalarda təklif olunan qida və əyləncə imkanlarından da yararlana biləcəklər.
Yeni zonalara giriş imkanı verən birgünlük biletlərin qiyməti cümə günü (23 iyun) üçün 10, şənbə günü (24 iyun) üçün 20 və əsas yarışın baş tutacağı bazar günü (25 iyun) üçün 40 manat təşkil edir. Hər üç bileti bir arada almaq istəyənlər cəmi 50 manat ödəməlidi. Sabir və Sahil parklarına olan biletlər yalnız şəhərin kassalarında satışda olacaq.
BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Bakıda keçiriləcək növbəti yarışın hamı üçün əlçatan olmasına çalışdıqlarını bildirib: “Biz bu il tamaşaçılara geniş əyləncə imkanları ilə dolu daha maraqlı yarış təqdim etmək əzmindəyik. Çalışırıq ki, ev sahibliyi etdiyimiz yarışa cəmiyyət arasında böyük maraq yaransın və bu yarış hər kəs üçün əlçatan olsun. Bu baxımdan tamaşaçılara Azərbaycan “Qran-pri”sini müxtəlif yerlərdən izləməyə imkan verən fərqli bilet seçimləri təklif edirik. Bu gün sizə təqdim etdiyimiz biletlər trekin həyəcanverici hissələrindən birində dayanaraq yarışı canlı izləməyə imkan verəcək”.
Sahil parkında olan tamaşaçılar trekin birinci sürətlənmə xəttinin sonunda yerləşən üçüncü döngədəki həyəcanlı anları, Sabir parkında olan tamaşaçılar isə trekin ən dar hissəsindən çıxaraq 11 və 12-ci döngələrə tərəf yüksək sürətlə hərəkət edən bolidlərin gərgin mübarizəsini yaxından izləyə biləcəklər”.
Sabir və Sahil parklarında yerləşən ayaqüstü zonalarda tamaşaçılara DJ, şar ustası və rəqs qrupunun iştirakı ilə müxtəlif əyləncə proqramları təqdim olunacaq. Bundan başqa, “Formula-1” həvəskarları trekin ətrafında dayanaraq yarışa yaxından tamaşa etməklə yanaşı, Sahil parkında quraşdırılmış böyük ekranda da yarışı canlı izləyə biləcəklər. Hər iki zonada tamaşaçılara qida və içkilər də təqdim olunacaq. Bulvar ərazisində yerləşən digər ayaqüstü zonadan fərqli, Sahil və Sabir zonalarına bileti olan tamaşaçılar yalnız bu zonalarda yarışa tamaşa edə biləcək və onların bulvar ərazisinə daxil olmalarına icazə verilməyəcək.
Milli Parkda baş tutacaq bütün əyləncə tədbirlərində, o cümlədən dünya ulduzlarının iştirakı ilə keçiriləcək canlı konsert proqramlarında iştirak etmək istəyən “Formula-1” həvəskarları bu zonaya giriş imkanı verən biletə sahib olmalıdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar