31 may 12:44idman

Faiq Qarayevin yetirmələri üçün növbəti sınaq başlayır

Faiq Qarayevin yetirmələri üçün növbəti sınaq başlayır
Polina azarkeşlərin dəstəyinə ümid edir

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in 2-ci təsnifat mərhələsinə start veriləcək. Bildiyiniz kimi, E qrupunun qarşılaşmaları Bakı İdman Sarayında keçiriləcək. Yığmamızın rəqibləri Hollandiya, Ukrayna, İsrail, Norveç və Danimarkadı. Bir müddət öncə qrup oyunlarının təqvimini, başlama saatlarını və ədaləti qoruyacaq hakimlərin adlarını diqqətinizə çatdırmışdıq. Əvvəlcə onu qeyd edək ki, arenaya giriş pulsuz olacaq. Millimizə belə vacib oyunlarda dəstək vermək böyük önəm daşıyır. Adətən, Bakı İdman Sarayı voleybolçularımız üçün düşərli olur. Ümid edək ki, bu dəfə də müsbət sonluqla üzləşərik. Tribunalarda yaradılacaq anşlaq milli üzvlərinə əlavə güc verəcək.
Yığmamız bu qarşılaşmalara Bolqarıstanda hazırlaşıb. İslamiadanın qalibi olduqdan sonra fasilə vermədən seçmə mərhələnin hazırlıqlarına başlayan Faiq Qarayevin yetirmələri yerli komanda ilə bir neçə yoxlama oyununda gücünü sınayıb. Düzdü, görüşlər millimiz üçün uğurlu nəticələnməyib. Ancaq belə oyunlarda əsas nəticə yox, boşluqların müəyyənləşdirilib aradan qaldırılması, voleybolçuların bir-birinə uyğunlaşması, sistemin oturuşmasıdı. Şəfaqət Həbibovanın sıraya dönməsi nə qədər sevindiricidisə, “Telekom”un heyətində əla mövsüm keçirən Alyona Həsənovanın əməliyyat olunaraq komandadan kənarda qalması bir o qədər üzücüdü. Bildiyiniz kimi, Natalya Məmmədova yenidən yığmanın şərəfini qoruyacaq. Bir müddət öncə milli karyerasını başa vurduğunu açıqlayan hücumçu böyük ehtimalla AVF rəhbərliyinin təkidiylə fikrindən daşınıb. O yenə əsas komandada “9” nömrəli formada mübarizə aparacaq. Ancaq Natalyadan əvvəlki məhsuldarlığı gözləməyə dəyməz. 32 yaşlı voleybolçu hazırda karyerasının qürub çağını yaşayır.
Qrup qalibi olsaq, tariximizdə ilk dəfə ardıcıl 2 dünya çempionatında iştirak hüququ qazanacağıq. Faiq Qarayevin yetirmələri gələn il Yaponiyada təşkil olunacaq mundiala birbaşa vəsiqə qazanmaq üçün bütün oyunlarda qələbə qazanmağa köklənib. Sözsüz, bu yolda əsas rəqib Hollandiya olacaq. Ancaq Ukrayna da başağrı ola bilər. Skandinav ölkələri və İsrailin komandamıza ciddi problem yaradacağı isə inandırıcı görünmür.
Bu gün ilk turun qarşılaşmaları baş tutacaq. 15.00-da Hollandiya və Danimarka münasibətləri aydınlaşdırmağa başlayacaq. 17.30-da yığmamız ilk görüşünə çıxacaq. Alman Sabina Vaytla italyan Roberto Borisin idarə edəcəyi qarşılaşmada millimiz Norveçi sınağa çəkəcək. 20.00-da isə Bakı İdman Sarayı İsrail və Ukrayna millilərinin ixtiyarına veriləcək.

Reaksiyalar
Polina Rəhimova: “Sabah (bu gün) əla start götürməyə çalışacağıq. Ancaq bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Fikrimcə, həlledici oyunlarımız Ukrayna və Hollandiyaya qarşı olacaq. İstirahət etmədən 5 gündə 5 qarşılaşma keçirəcəyik. Komandada əsas heyət üzvlərini əvəzləyə biləcək voleybolçular var. Yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Bütün komandalara uğurlar arzulayıram. Ümid edirəm ki, xeyli azarkeş Azərbaycan bayraqlarıyla gəlib bizə dəstək verəcək”.
Şəfaqət Həbibova: “İslam Həmrəyliyi Oyunlarından sonra bir neçə yoxlama oyunu keçirmək üçün Bolqarıstana yollandıq. Orda hazırlıq keçdik. Bu turnirdə ilk oyunumuzu sabah (bu gün) Norveçə qarşı keçirəcəyik. Çox yaxşı hazırlıq keçmişik. Güclü rəqiblərimiz var. Ancaq komandamızın onlardan geri qalmadığını düşünürəm”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar