19 dek 19:56idman, manset

Rauf blitsdə də sözünü dedi

Rauf blitsdə də sözünü dedi
Estoniyanın paytaxtı Tallində sürətli şahmat üzrə Avropa çempionatına yekun vurulub. Rapiddə qitə birinciliyinin bürünc medalını qazanan Rauf Məmmədov blitsdə də fəxri kürsüyə qalxıb. Yığmamızın üzvü şahmatın bu növündə reytinq favoriti kimi çıxış edib. Ötən il analoji yarışın qalibi olan qrossmeyster bu dəfə gümüş medal qazanıb. Məmmədov 26 tur ərzində 20,5 xal toplayıb. Ondan 3 xal az yığan Arkadi Naydiç isə 28-ci pilləylə kifayətlənib.
Biri “qızıl”, o biri “bürünc” qazandı
Çeçenistanın paytaxtı Qroznıda cüdo klubları arasında “Qızıl liqa” turniri keçirilib. Nicat Şıxəlizadənin (66 kq) heyətində yer aldığı Gürcüstan «Sagaredjo FF Superstars»ı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onlar öncə Rüstəm Orucovun (73 kq) şərəfini qoruduğu «Sportinq»i (Portuqaliya) 3:2, sonra «Abensberq»i (Almaniya) 5:0 hesabıyla məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə «Yavara Neva»nı (Rusiya) üstələyib – 3:2. «Sportinq» isə «Edelveys» və «Nalçik»ə (hər ikisi Rusiya) uyğun olaraq 3:2 və 5:0 hesabları ilə qalib gələrək bürünc medal qazanıb.
Estoniyadan acı xəbər
Estoniyanın Juri şəhərində 18 yaşadək kişi voleybolçulardan ibarət millilər arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatı keçirilib. Yığmamız həm Polşaya, həm Estoniyaya, həm də Ukraynaya 0:3 hesabıyla uduzub. Qeyd edək ki, bu yarış gələn il bu yaş qrupunda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyır.
Rafael Dubayda seminar keçir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Beynəlxalq Karate Federasiyasının (WKF) seminarı başlayıb. Kurslar dünyanın beş ən məşhur karate ustası tərəfindən keçirilir. Tanınmış karateçilər arasında yığmamızın lideri, karatenin “brilyant”ı Rafael Ağayev də yer alır. Seminarda 12 ölkədən 250 idmançı iştirak edir.
Yeni çempionatlar başladı
Kişi voleybolçular arasında 1-ci diviziona start verilib. Yarış 2 dövrədən ibarət olmaqla xal sistemi ilə keçiriləcək. Birincilikdə cəmi 6 komanda – “Savalan”, “Xəzər”, “Astoriya”, “Azəri”, “Express” və “Şəki” mübarizə aparır. Artıq ilk turun iki oyunu keçirilib. Bu görüşlər Voleybol Federasiyasının idman zalında baş tutub. Nəticələrlə tanış olun: Savalan - Xəzər 3:2 (21:25, 25:17, 22:25, 26:24, 15:7), Azəri - Astoriya 3:0 ( 25:22, 25:18, 25:16).
İlk turun “Express” – “Şəki” qarşılaşması yanvarda keçiriləcək.
Artıq qadınların analoji yarışı da start götürüb. Zərif cinsin nümayəndələrinin turnirində kütləvilik müşahidə olunur. Belə ki, divizionda 10 komanda iştirak edir. Onlar 2 qrupa bölünüb. A qrupunda “Gəncə Dövlət Universiteti” (GDU), “Azəri”, “Qax” və “Şəki”, B qrupunda isə “Nəqliyyatçı”, “Volley”, “Azərreyl-2”, “Şirvan”, “Xətai” və “Sumqayıt” yer alıb. Qruplarda mübarizə ev-səfər prinsipiylə keçiriləcək. Başqa sözlə, dairəvi sistem üzrə baş tutacaq 2 dövrəli mübarizə əsasında komandaların qruplardakı mövqeyi aydınlaşacaq. Yarımfinalda iştirakçılar “çarpaz” qarşılaşacaq. Pley-off mərhələsində məğlub olanlar bürünc, finalçılar isə qızıl medal üçün duelə çıxacaq.
İndi isə keçək ilk turun nəticələrinə. AVF-nin bazasında baş tutan oyunlar belə yekunlaşıb: Nəqliyyatçı – Volley 3:0 (25:7, 25:6, 25:6), Azərreyl-2 - Şirvan 3:0 (25:5, 25:11, 25:13), Xətai – Sumqayıt 3:0 (25:20, 25:15, 25:17), Azəri – GDU 0:3 (21:25, 20:25, 19:25).
“Qax” Qax Olimpiya Kompleksində “Şəki”yə aman verməyib – 3:0 (25:7, 25:13. 25:7).
FİG gimnastlarımızın balını azaldanları cərimələdi
Beynəlxalq Gimnastika Federasiyası (FİG) bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb. Azərbaycan Gimnastika Federasiyasının şikayəti (AGF) əsasında açılan işdə hakimlərin idarəçiliyi araşdırılıb. Nəticədə 3 ədalət təmsilçisinin gimnastların çıxışını qiymətləndirərkən səhvlərə yol verdiyi üzə çıxıb. Bunlar Yelena Nefedova, Haydi Bryuneder, Dominik Müller-Lot və Cilberte Canaddadı. Onlar həm bizim, həm də Bolqarıstan idmançılarının çıxışları zamanı səhvlərə yol veriblər. FİG onlara xəbərdarlıq edib və hərəsini 1000 İsveçrə frankı məbləğində cərimələyib. Qeyd edək ki, Avropa çempionatı iyunun 17-19-da İsrailin Holon şəhərində keçirilib. Yarışda Marina Durunda 7-ci, Jalə Piriyeva 20-ci, qrup hərəkətləri üzrə yığmamız 11-ci yeri tutmuşdu.
Hindlilər güləşçilərimizi 184 min dollara aldı
Hindistanın paytaxtı Dehlidə güləş üzrə “Peşəkar liqa”nın ikinci mövsümünün startı ərəfəsində pəhləvanların “draft”ı baş tutub. Güləşçilər altı komanda arasında bölünüb. Hər komandanın şərti olaraq 10 milyon rupisi olub. Bu təxminən 148 min dollara bərabərdi. Komandalar bu məbləğə beş kişidən və dörd qadından ibarət heyət yığıb. Qaydalara əsasən hər komandada 4 legioner yer alıb. Olimpiya Oyunlarının 3 qat mükafatçısı olan Mariya Stadnik (48 kq) 4,7 milyon rupiyə (69 min dollar) "Manqalayatan Dilli Viir Universiteti" komandasına qismət olub. Rio-2016-nın bürünc mükafatçısı, sərbəst güləşçimiz Cəbrayıl Həsənov (74 kq) 63 min dollara "Mumbay"ın üzvünə çevrilib. Olimpiya çempionu və gümüş medalçısı Togrul Əsgərov (57 kq) isə "Pəncab Royyals"ın tərkibinə daxil edilib. Onun üçün təxminən 52 min dollar ödənilib. Beləliklə, bizim idmançılarımıza görə ödənilən ümumi məbləğ 184 min dollar olub. Gürcüstandan olan olimpiya çempionu Vladimir Xinçeqaşvili yarışın ən bahalı pəhləvanı olub. Onun üçün 71 min dollar ödənilib. Qeyd edək ki, yarış yanvarın 2-dən 19-dək dairəvi sistem üzrə təşkil olunacaq. 4 ən yaxşı komanda yarımfinala çıxacaq.
Stepko əziyyət çəkmədi
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə ölkə çempionatı keçirilib. Böyüklərin yarışında Oleq Stepko 84,032 balla növbəti dəfə bu yarışda qızıl medal qazanıb. Onun ən yaxın izləyiciləri Murad Ağarzayev (73,365) və Teymur Bayramov (67,197) olub. Gənclərin yarışında cəmi iki gimnast mübarizə aparıb. Sergey Onbış 73,430 balla birinci yeri tutubsa, sonrakı pillə Cavidan Babayevə (72,731) qismət olub.
Sensasiya baş vermədi
Hövsan Olimpiya İdman Kompleksində basketbol üzrə ölkə çempionatının 6-cı turun oyunları keçirilib. Bu tur sensasiya baş verməyib.
6-cı tur: Dərviş – NTD U-16 96:58, NTD – AzDNSU 112:74, Araz – Marşallar 64:80.
1. Dərviş 6 6 0 12
2. Marşallar 5 3 2 8
3. NTD 4 3 1 7
4. АzDNSU 5 2 3 7
5. Səksənlər 4 2 2 6
6. Аraz 5 0 0 5
7. NTD U-16 3 0 3 3
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar