27 may 11:29idman

Füzuli Musayevin məclisində bədbəxt hadisə

Füzuli Musayevin məclisində bədbəxt hadisə
Vitse-prezident dəstəmaz almağa gedərkən dünyasını dəyişdi

Səbail rayonu ərazisində yerləşən “Dalida” restoranında ölüm hadisəsi qeydə alınıb. Bir qrup idmançı, məşqçi və hakimlər Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələri qeyd etmək üçün həmin restoranda toplaşıb. Məclis əsnasında Milli Karate Federasiyasının (AMKF) vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, beynəlxalq hakim Yusif Məmmədov qəfil dünyasını dəyişib. İlkin məlumata görə, Məmmədov ürəktutmasından ölüb. 64 yaşında dünyasını dəyişən mərhumun 1 oğlu və 1 qızı var. 1978-ci ildən karate ilə məşğul olan Yusif bəy 2013-dən AMKF-nin vitse-prezidenti vəzifəsində çalışırdı.
Əməkdar bədən tərbiyəsi və idman xadiminin vəfatının necə baş verdiyini öyrənmək üçün federasiyasının mətbuat katibi Sənan Məhərrəmovla əlaqə saxladıq: “Məclisi Füzuli Musayev təşkil etmişdi. O, tələbəsi Rafael Ağayevin çempionluğu münasibəti ilə qonaqlıq verirdi. Saat 5-ə dəvət edilmişdik. Saat 8-dək normal yeyib-içir, deyib-gülürdük, hər şey qaydasında idi. Hadisə bundan sonra oldu. Sağlıq deyildi, sonra hamımız yallı getdik. Mərhum özü də sonra yüngülvari oynadı. Sonra dedi ki, dəstəmaz almağa gedirəm. Səhnədən bir qədər kənarlaşan kimi yerə yıxıldı. Rəngi qaraldı, dili çıxdı. Süni nəfəs və ürək masajının xeyri olmadı. Bir dəfə rəngi özünə gəlsə də, sonradan lap pis vəziyyətə düşdü. Təcili Yardım 20-25 dəqiqə sonra gəldi. Tıxaca görə ləngimişdi. Artıq demək olar ki, Təcili Yardım gələnə kimi keçinmişdi. 1500 vatlıq elektroşokun da bir faydası olmadı. Polis gəldi, prokurorluqdan müstəntiq qeydlərini apardı. Bundan sonra cəsədi “Göy məscid”ə (Əjdərbəy məscidi) apardıq, yudurtduq. Gecə saat 12-1 radələrində evinə apardıq. Oğlu Çindədi. Bu gün vətənə qayıtmalıdı. Mərhumun indiyədək səhhətiylə bağlı heç bir şikayəti olmayıb. Onunla yarışla bağlı Parisdə olarkən nə qədər piyada gəzmişdik. Piyada gəzməyi sevirdi. Hətta velosiped də sürürdü. İlkin ehtimala görə, infarkt keçirib. Mərhumu bu gün Qurd Qapısı yaxınlığındakı qəbiristanlıqda dəfn etdik. Karate ictimaiyyətindən 60-a yaxın adam dəfndə iştirak etdi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar