27 may 11:22idman

Çempionlar Liqasında təmsilçimiz olmayacaq

[img=left]http://www.football-plus.az/uploads/posts/2017-05/1495869742_d1170725e56a4c2f1619ffa8f243b0a
9.jpg[/img]
Zoran Qayiç “Telekom”dan ayrıldı

Son 2-3 ildə voleybol klublarımızın geriləməsi prosesini izləyirik. Vaxtilə bahalı transferlərlə Avropaya səs salan, ölkə daxilində bu mənada bir-biriylə amansız rəqabətə girən klublardan əsər-əlamət qalmayıb. Qalanlar da əvvəlki əzəmətini çoxdan itirib. Nə indi “Azərreyl” o “Azərreyl”di, nə də “Lokomotiv” o “Lokomotiv”. Heç “Telekom” da “Rabitə”nin layiqli xələfi sayıla bilməz. Klublarda yerli məşqçilərin çalışması və yerli voleybolçuların çıxış etməsi müsbət haldı. Ancaq müəyyən qədər səviyyəli əcnəbilər də limit çərçivəsində gəlməlidi ki, yerli voleybolçular onlardan görüb-götürsün. Türkiyə voleybolunun gündən-günə böyüməsi məhz bu yolla baş verir. Əlbəttə, bizim klublar heç də yerlilərin gözünə-qaşına aşiq olaraq bu addımı atmır. İmkanları olsa, yenə əvvəlki kimi pulu əcnəbilərin ayağının altına xəzəl kimi səpərlər. Məsələ burasındadı ki, indi o imkan yoxdu. Vaxtilə qılıncının dalı da, qabağı da kəsən klublar indi çox kiçik büdcəylə idarə olunur. Əslində buna yola verilir desək, daha doğru olar. Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov vəziyyət daha biabırçı durumda olmasın deyə “Azərreyl”lə yanaşı, “Azəryol” və “Lokomotiv”i himayəyə götürüb. Yalnız “Telekom” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hansısa şöbəsinin balansındadı. Düzdü, “Azəryol”un adının dəyişəcəyi və başqa sponsorla təmin olunacağı, “İqtisadçı”nın yeni adla çempionatda “zühur edəcəyi” haqda fikirlər dolaşır. Bu haqda bir müddət öncə ətraflı yazmışıq. Ancaq hələ ortada rəsmi bir şey yoxdu. Son 1 ayda İslam Həmrəyliyi Oyunlarına görə başqa sahələr sanki dondurulmuşdu. İndi bu don açılacaqmı, İslamiadadan sonra vəziyyət necə olacaq və bu tipli başqa sualların cavabını bir müddət sonra biləcəyik. 8 milyardın qurban getdiyi ilk Avropa Oyunlarından sonra ölkənin idman sferasında böyük boşluq yarandı. Maliyyə resursları Bakı-2015-ə cəlb olunduğundan Oyunlardan sonra, demək olar ki, bütün federasiyalar aclıq dönəminə qədəm qoydu. Komanda növlərində bu durum daha çox hiss olundu. Voleybolda onsuz da buna qədər başlamış eniş daha da sürətləndi. Klubların sayı minimum səviyyəyə endi. Hətta vəziyyət o həddə çatmışdı ki, normal çempionat keçirməyə klub tapılmırdı.
Ancaq ən ağır dönəmdə belə klublarımız avrokuboklarda iştirak edib. Son 2 mövsümdə ölkəmizi Çempionlar Liqasında “Azərreyl” və “Telekom” təmsil etdi. Ancaq növbəti “voleybol ili”ndə heç bir klubumuz elit turnirdə çıxış etməyəcək. Halbuki 2010/11 mövsümündən bəri ən azı bir təmsilçimiz ÇL-də yer alırdı. Görünür, maliyyə problemləri daha da böyüyüb. Bu üzdən son 2 mövsümdə qrupdan çıxa bilməyən klublar geri addım atmaq qərarına gəlib. Məsələ burasındadı ki, “Telekom”, ümumiyyətlə, avrokuboklara qatılmayacaq. Heyətdə də ciddi dəyişikliklərin olacağı və komandanın daha da zəifləyəcəyi istisna deyil. Artıq tanınmış məşqçi Zoran Qayiç qarşılıqlı razılıq əsasında klubdan ayrılıb. Əslində serb mütəxəssislə daha 1 illik müqavilə qüvvədə idi. Ancaq “Telekom”un növbəti mövsüm böyük hədəflər və büdcə əsasında formalaşmayacağını bilən çalışdırıcı rəhbərliyə daha yaxşı təkliflər aldığını söyləyib. Onsuz da baş məşqçinin yüksək maaşını ödəmək həvəsində olmayan rəhbərlik dərhal onun təklifini müsbət cavablayıb və əməkdaşlığa erkən nöqtə qoyulub. Qayiç yenidən kişi voleyboluna qayıdıb. O, Türkiyə çempionatını 8-ci pillədə başa vuran və növbəti mövsüm üçün ciddi hədəflər uğrunda yarışmağı planlaşdıran “İstanbul BB” ilə anlaşıb.
“Azərreyl” isə “Çağırış” kubokunda mübarizə aparacaq. Bu yerdə xatırladaq ki, bu klub 2010/11 mövsümündə Vüqar Əliyevin rəhbərliyi altında bu kuboku başı üzərinə qaldırıb. Ardıcıl 2-ci mövsüm CEV kubokunda heç bir klubumuz çıxış etməyəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar