26 may 18:26idman

Bilet satışından 3 milyon manat əldə olunub

“Türkiyə və Azərbaycan şərikli Olimpiada keçirə bilər”

Mayın 23-də Şəhriyar adına Mədəniyyət Evində 4-cü İslam Həmrəyliyi Oyunlarının yekununa dair mətbuat konfransı keçirildi. 1 saata yaxın davam edən tədbirdə İslamiadayla bağlı bir çox suallara cavab verildi. Hesabat xarakterli konfransda giriş nitqiylə gənclər və idman naziri Azad Rəhimov çıxış etdi: “Bütün məlumatları yarış məkanından canlı Azərbaycan xalqına ötürmüsüz. Yarışı çox gözəl işıqlandırmısız. Buna görə siz jurnalistlərə dərin minnətdarlığımı bildirirəm. Biz 2 il ərzində bu yolu keçmişik. Nəhayət, gözəl qələbəni birgə qeyd edirik. Prezident İlham Əliyev bu gün idmançılarla görüşüb və əsas mesajı ondan ibarət olub ki, Rioda necə İslam ölkələri arasında 1-ci yeri tutmuşduqsa, İslamiadada da bunun təsadüf olmadığını göstərdik. Bura gələn ölkələrin 70 faizindən çoxu medal qazandı. Bu da gərgin mübarizənin getməsindən xəbər verir. Burda güclü idmançılar iştirak edirdi. Birinci yeri tutan komandamızı təbrik edirik. Həqiqətən böyük uğurdu. Hər sahədə işlər planlaşdırıldığımız kimi getdi. Təhlükəsizlik baxımından heç bir problemlə üzləşmədik. Yalnız açılış mərasimi zamanı nəqliyyatla bağlı bir az problem oldu. Bağlanış mərasimində belə hal yaşanmadı. 16 yarış məkanında problemsiz oyunlar keçirildi, vaxtında bütün məlumatlar ötürüldü. Yüksək səviyyəli çəkiliş aparıldı. Bakı Media Mərkəzi peşəkar səviyyədə işlədi. Tərtibat işləri yüksək səviyyədə həyata keçirildi. Bu baxımdan heç də Bakı-2015-dən geri qalmadı. Bakı sakinləri və qonaqlar bayram ab-havası duydu. Atletlər kəndində məskunlaşan 3 minə yaxın idmançı yaradılan şəraitə görə razılığını ifadə etdi. Bir neçə komanda ayın 25-dək kənddə qalacaq. Bu da aviabiletlərin həmin günə sifariş edilməsiylə bağlıdı. Ölkələrin nümayəndə heyətlərinin rəhbərlərindən yalnız xoş sözlər eşitdik və buna çox sevindik. Bəlkə də İslamiada Rio Olimpiadasından da yüksək səviyyədə keçirilib. Bütün dünya görsün ki, biz hər yarışı keçirməyə qadirik. 8 mindən artıq könüllü bizə böyük kömək etdi. 4600-ə yaxını açılış və bağlanış mərasimində yardım əlini uzatdı. Yorğunluğa və ağır işə baxmayaraq, hər şeyi yüksək səviyyədə etdilər. Çalışacağıq ki, onlarla əlaqəni pozmayaq və növbəti böyük tədbirlərdə bir yerdə olaq. Bakı-2017 Əməliyyat Komitəsində çalışan 1500-ə yaxın insandan təxminən 100-ü əcnəbi, qalanı yerli mütəxəssislər idi. Bir ailə kimi bütün işləri həyata keçirdik. İslam Həmrəyliyi İdman Federasiyasına (İSSF) da minnətdarlığımızı bildiririk. İslamiadada 54 ölkə iştirak etdi ki, bu da rekord göstərici idi. Küveyt son anda məlum səbəblərdən, Liviya və Sudan isə daxili problemlərə görə bu yarışda təmsil olunmadı. Bildiyiniz kimi, növbəti İslamiada 2021-ci ildə İstanbulda keçiriləcək. Təntənəli şəkildə İSSF-nin bayrağı Türkiyəyə ötürüldü. Bakı-2015 və Bakı-2017-də təcrübə qazanmış mütəxəssislərin İstanbuldakı İslamiadada və 2019-da Belarusda keçiriləcək 2-ci Avropa Oyunlarında iştirak etməsini istərdik. Təşkilatçılar onların təcrübəsindən yararlana bilər”.
Daha sonra İSSF-nin Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq bunları dedi: “Bakı-2017-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya və Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimova gözəl təşkilatçılığa görə təşəkkürümü bildirirəm. Əksər İslam ölkələri bu yarışda iştirak etdi. Bu, Allahın böyük lütfüdü. İdmançıların böyük həvəslə bu yarışa qatıldığının şahidi olduq. Azərbaycanlıların idmanla yaxından maraqlandığını gördük. İslamiadanı yüksək səviyyədə işıqlandıran və bu yarış haqda müsbət imic formalaşdıran jurnalistlərə minnətdarlığımı bildirirəm. Göründü ki, Azərbaycan hətta Olimpiada da təşkil edə bilər. Bu işdə əməyi keçənlərə təşəkkür edirəm. Təbii, problemsiz bir şey yoxdu. Ancaq hər hansı problem çıxanda qəlb genişliyi ilə həll edilirdi”.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə isə bunları söylədi: “Azad müəllim təşkilati məsələlər haqda danışdı. Mən isə idmançılarımızın çıxışıyla bağlı danışmaq istəyirəm. Çox şadıq ki, Avropa Oyunlarının ardınca İslamiadada həm yüksək təşkilatçılıq, həm də idman uğuru nümayiş etdirdik. Yarışa qatılan idmançılarımızın 70 faizindən çoxu medal qazandı. Bu çox yüksək göstəricidi. Fərdi növlərdə medal qazanmağa alışmışıq. Bu dəfə proqramdakı əksər növlərdə fəxri kürsüyə qalxan idmançılarımız oldu. Tennisçilər, atletlər, paralimpiyaçılar, üzgüçülər, suyatullananlar, zorxana ustaları medallar qazandı. Bu Oyunlar göstərdi ki, ölkədə bütün idman növləri inkişaf edir və müsbət nəticə əldə etmək imkanımız var. İdmana göstərdiyi diqqət və qayğıya görə bütün idmançılarımız adından MOK-un prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Jurnalistlər İslamiadanı yüksək səviyyədə işıqlandırdı. Bütün oyunları gecə yarısına kimi şərh edən və məlumat verən Az.TV-yə də minnətdarlığımı bildirirəm”.
Bundan sonra tədbirin sual-cavab hissəsi start götürdü.
- İslamiadada nə qədər bilet satıldı və satışdan nə qədər gəlir əldə olundu?
- A.R.: 59 ölkədən tamaşaçılar 360 min alıb. Səhv etmirəmsə, 3 milyon manat civarında gəlir əldə olunub. Ancaq dəqiq rəqəmləri növbəti görüşümüzdə açıqlayaram.
- Fərdi növlərdə bir idmançının qızıl medala görə 150 min manat alacağı bəlli olsa da, komanda növlərində mükafatlandırma sistemi qaranlıq qaldı. Çünki bu məbləği futbol, voleybol və həndbol kimi növlərdə uğur qazananlar arasında böləndə kiçik məbləğ alınır...
- A.R.: Sərəncamda necə göstərilmişdisə, mükafatlandırma sistemi elədi. Bütün növlər üzrə qızıl medala görə dövlət tərəfindən 100, MOK tərəfindən 50 min manat ayrılıb. Bura komanda növləri də daxildi. Ancaq eşitdiyimizə görə, federasiyalar da komandaları mükafatlandıracaq.
- Ən yaddaqalan qələbələr hansı oldu?
- Ç.H.: Qələbələrin sayı o qədər çoxdu ki, bunu təhlil etməyə vaxt lazımdı. Daha çox veteran idmançılardan qələbə gözləyirdim. Bu mənada Rafael Ağayevlə Elxan Məmmədovun uğuruna çox sevindim. Çünki onlar idmanımızda ad qoyub. Eyni zamanda, gənclərin qələbələri bizi sevindirir. Atletika Federasiyasının prezidenti kimi Nazim Babayevin qələbəsini yüksək dəyərləndirirəm. 17,15 metrlik nəticəylə qalib oldu. Bəzi növlərdə rəqiblərin zəif olduğunu deyirdilər. Ancaq Nazim bu nəticəylə Avropa çempionatında da medalçılar sırasına düşə bilər. Anna Skidan çəkici 75 metrdən uzağa ataraq, çox gözəl nəticəyə imza atdı. O, ötən il 72 metr nəticəylə Avropa üçüncüsü olmuşdu. Bu nəticəylə isə qitə çempionu ola bilərdi. Bu iki idmançının Tokio-2020-də medalçılar sırasında olacağını düşünürəm. Ruslan Lunyovun 5 qızıl medal qazanması, suyatullananların uğuru müsbət mənada təəccübləndirdi. Sözsüz, komanda növlərində əldə edilən nailiyyətləri də qeyd etmək lazımdı. Futbol, 3x3 basketbolu, voleybol və həndbol yığmalarımızın çempion olması bizi çox sevindirdi.
- Bu İslamiadanı əvvəlki yarışlardan fərqləndirən müsbət tərəflər və çatışmazlıqlar haqda nə deyə bilərsiz?
- Ə.D.: Müsbət tərəflər çoxdu. Bundan əvvəlki analoji yarışlarda iştirak etmişəm. Bakı İSSF-ni düz yola qaytardı. Təbii, müəyyən problemlər oldu. Ancaq bu nöqsanlar müsbət keyfiyyətlərin həcmini kiçiltmir. Bütün iştirakçılar bu yarışı Olimpiada səviyyəsində görürdü. Təşkilatçılıq Rio-2016-dan belə yaxşı idi. Şükürlər olsun, ciddi problem yaşamadıq.
- Lunyov İslamiadada 5 “qızıl” qazandıqdan sonra Münhendə keçirilən Dünya Kubokunda 11-ci oldu. Bunu necə izah edə bilərsiz?
- A.R.: Əslində 11-ci yer Dünya Kubokunda yüksək nəticədi. Ancaq daha yaxşı nəticə göstərməyə iki yarış arasında vaxt azlığı və ya yorğunluq mane ola bilər. Lunyov İslamiadada bir neçə növdə çempion oldu. Bu da fiziki gücünün tələblərə cavab verdiyini göstərir.
- Ç.H.: Mən bir şeyi əlavə edim. Bu qədər mükafat qazandıqdan sonra yarışa getməsinin özü böyük şeydi.
- Yaxın keçmişədək üzərini “qara buludlar almış” ağır atletikada qazanılan nəticələri necə dəyərləndirirsiz?
- A.R.: Ölkəmizdə məktəbi və ehtiyat qüvvəsi olan idman növlərindən biri ağır atletikadı. Bəzi idmançılar dopinqə görə kənarlaşdırıldıqdan sonra gənclərin yolu açılıb. Onlar da özlərini doğrulda bilir. Deməli, yeni nəsil yetişir. İnanırıq ki, növbəti yarışlarda da uğur qazanacaqlar. Ağır Atletika Federasiyası işinə ciddi yanaşır. Həmçinin dopinqdə “ilişən” atletlərin hamısının taleyinə aydınlıq gəlməyib. Müxtəlif vasitələrlə mübarizə aparırıq ki, onları idmana qaytara bilək.
- Mükafat fondunun böyük olduğunu düşünmürsüz?
- A.R.: Mükafatlar bizdə ənənəvi xarakter daşıyır. Dünya və Avropa çempionatında uğur qazananlar ilin sonunda dövlət tərəfindən 25 min manatadək mükafat alır. Olimpiadalarda, Avropa Oyunlarında mükafatlar olub. Ölkələrin və növlərin sayını dəyərləndirərək İslamiadanın uğuru Bakı-2015-ə bərabər tutuldu. Bu üzdən eyni mükafat sistemi müəyyənləşdirildi. Təəssüf ki, 2 il əvvəlki 100 minlə indiki 100 min eyni dəyərdə deyil. Ancaq istənilən halda, yetərincə böyük məbləğdi.
- Komandaların paradı zamanı seçilən musiqilərlə bağlı səslənən tənqidi fikirlərlə razısız?
- A.R.: Açılış mərasimində musiqi sıralamasını gözəl sayanlar çoxdu. Bu haqda xaricdən zəng edib, müsbət fikirlər səsləndirənlər də olub. Bəstəkarlarımızın ən gözəl əsərlərindən istifadə olundu. Bağlanışda isə estrada ulduzları çıxış etdi.
- Açılış və bağlanış mərasiminə nə qədər vəsait xərcləndi?
- A.R.: Mərasimlər üçün 20 milyon dollar ayrılmışdı. Ancaq bütün invoyslar imzalanmayıb. Son mərhələdə dəqiq açıqlama verəcəyik.
- Bir çox ölkələrdə idmanın inkişafı üçün legionerlərdən istifadə olunur. Ancaq bu müddət maksimum 5 il çəkir. Bizdə isə bu müddət çox çəkir. Bu legioner transferi nə vaxta kimi davam edəcək? Onların idmanımıza fayda verdiyini düşünürsüzmü?
- A.R.: 5 il müddətini sizdən eşidirəm. Bu məsələdə məhdudiyyət yoxdu. Bura gələnlər ölkəmizdə qalır, vətəndaşımız olur. Onlara, milliyətindən asılı olmayaraq, necə böyük dəstək verildiyini görürük. Onlar da bayrağımızı öpür, hörmət edir. Biz onları legioner saymırıq. Açılış mərasimində də komandamız adından andı Radik İsayev içdi. Biz gəlmələri özümüzkülərdən fərqləndirmirik.
- Türkiyənin çıxışını necə dəyərləndirirsiz? İstanbuldakı yarışdan gözləntiləriniz nədi?
- A.R.: Türkiyə bura güclü heyətlə gəlmişdi. Bu da qardaş ölkənin bizə hörmətinin göstəricisiydi. Biz onların qələbələrinə çox sevinirik. Tribunalardan onlara böyük dəstək var idi. Nə onlar, nə də biz bir-birimizin uğuruna qısqanclıqla yanaşırıq. İstanbula da ən güclü heyətlə yollanacağıq. Yenə 1-ci yeri tutmağa çalışacağıq.
- İsrail dövləti Qəzzadan olan fələstinli idmançıların ölkəmizə gəlməsinə icazə vermədi. Bunu necə dəyərləndirirsiz?
- İdmançılara belə problemlər yaradılmasının qətiyyən tərəfdarı deyiləm. İslamiada dostluq, sülh oyunlarıdı. Qonşular bu məsələlərdə bir-birini dəstəkləməlidi. Fələstin komandası yalnız bir növdə belə problemlə üzləşdi. İstəmərik ki, siyasət idmana qarışsın.
- Ə.D.: İSSF-nin bununla bağlı öz mövqeyi var. Məsələ haqda Beynəlxalq Olimpiya Komitəsinə (NOC) məlumat verilib. Bəzi idmançılar sonradan Azərbaycana gəldi. İnşallah, bu məsələ NOC-la əməkdaşlıq çərçivəsində həll olunacaq.
- Gələcəkdə ölkəmizin Olimpiadanı keçirmək planı var?
- A.R.: 2024 Olimpiadası üçün namizədlərin seçimi prosesi başa çatıb. Cəmi iki namizəd var: Paris və Los Anceles. 2028-lə bağlı sifarişlər 2020-dən etibarən qəbul ediləcək. Bu haqda danışmaq hələ tezdi. Gözəl infrastrukturumuz var, çoxlu qurğular tikilib. Bizdə çatışmazlıq idman obyektlərinin tutumuyla bağlıdı. Məsələn, Olimpiadanın standartlarına görə su idmanı kompleksinin tutumu 18 min olmalıdı. Bizdə Su İdmanı Sarayı 6 min yerlikdi. Fikrimcə, NOC-un standartları ağırdı. Bu tələblər yumşaldılsa, məsələyə qayıda bilərik.
- Ç.H.: NOC-un yeni rəhbərliyi bir çox dəyişikliklər edib. 2024-dən sonra bir Olimpiya Oyunları bir şəhərdə yox, bir neçə məkanda, hətta bir-birinə yaxın ölkələrdə keçirilə bilər. Hazırki tələblərə görə Olimpiya stadionu 80, basketbol arenası və üzgüçülük kompleksi 18 min yerlik olmalıdı. Bu tələblərə cavab vermək çətindi. Belədə Olimpiya hərəkatı orta və kiçik ölkələrə gəlib çata bilmir. Yalnız böyük ölkələr təşkilatçılıq hüququna yiyələnə bilər. Növbəti sessiyada yenə bu məsələlərə baxılacaq. Gələcəkdə Türkiyə və Azərbaycan şərikli Olimpiada keçirə bilər. Bir müddət sonra bu məsələlərə aydınlıq gələcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar