26 may 15:18idman

İslamiadada yer tutan idmançılara müraciәt!

ANAR ŞABANOĞLU
"Əziz idmançılar, sizi qazandığınız mükafatın 5 faizini ucqar kәnd məktəbləri və şagirdlərinə ayırmağa dəvət edirəm. Bununla həm xeyriyyəçilik edib savab qazanarsız, həm də uşaqları sevindirərsiz".
Lәnkәran rayonu Gәgiran kәnd mәktәbinin müәllimi Hәbib Әlizadәnin bu müraciəti sosial şəbəkələrdə müzakirə mövzusudu. Çoxları idmançıların xeyriyyəçilikdən uzaq olduğunu bildirir və heç vaxt belə addım atmayacaqlarını söyləyirlər...
Məsələyə soyuq başla yanaşsaq, onların belə bir mənəvi borcu da yoxdu. Xüsusən bu yarışda uğur qazanan, yetərincə tanınmamış idmançılarımız var ki, onların özlərinin maddi durumu, çox güman, yaxşı deyil. Heç kimə sirr deyil ki, idmançılar, adətən, kasıb ailələrdən çıxır.
İslam Oyunlarında ölkəmiz üçün qazanılan medalların heç də hamısı azərbaycanlıların payına düşmür. Legionerlər isə özlərində belə bir mənəvi ağırlıq hiss etməyə bilər. Amma tanınmış, milyonçu idmançılar var ki, onlar nəinki bu mükafatın 5 faizini, hamısını da xeyriyyəçiliyə ayırmaqda çətnilik cəkməz.
Lənkəranlı müəllim normal cəmiyyətin formalaşması üçün təhsilin, xüsusən orta məktəbin rolunu idmançılardan daha yaxşı bilir. Ucqar, sərhəd kəndlərimizdə məktəblilərin hansı əziyyətlər çəkdiyini isə görənlər daha dəqiq deyər. Mən Gədəbəyin Şınıx bölgəsində ermənilərlə sərhəddə yerləşən Mutudərə kəndinin məktəbində uşaqların qarda-şaxtada işıqsız, şəraitsiz hansı çıtinliklə təhsil aldığını bu qış gözlərimlə görmüşəm...
İslam Oyunları bitsə də, idmançılarımıza verilən 25-30 milyon manat mükafatın fantastik dərəcədə böyüklüyü hələ uzun müddət yaddaşlardan silinməyəcək. Xüsusən hər dəfə maddi çətinlik ucbatından vətəndaşlarımız intihar edəndə. Dünən Bakının göbəyi “Azneft”də neft respublikasının vətəndaşı “Bank Respublika”nın işçilərinin "krediti verməsən, mənzilini alacağıq" hədəsindən sonra üstünə benzin töküb özünü yandıranda da ilk ağla gələn lazımsız İslam Oyunlarına xərclənən vəsait idi. Nə isə...
İdmançılarımızın çoxunun dindar olduğu heç kimə sirr deyil. İslam Həmrəyliyi Oyunlarının bitməsi və bu yarışda qazanılan mükafatların paylanması Ramazan ayının gəlişinə təsadüf edir. Bəlkə də bu təsadüf deyil. Allahın idmançılarımıza lütfüdü ki, bu müqəddəs ayda kasıb-kusuba, fağır-füğarəyə bacardıqları köməyi etsinlər. İslam Həmrəyliyi Oyunlarından qazanılanı ehtiyacı olan müsəlmanlarla bölüşməkdən böyük islam həmrəyliyi və savab?!
Gözləyək görək, Gəgiran kənd orta məktəbinin müəllimi Həbib Əlizadənin müraciətinə müsbət reaksiya verən idmançı olacaqmı? Müraciət sadə xalq tərəfindən nə qədər müsbət qarşılandısa, məmurlarda bir o qədər mənfi reaksiya doğura bilər. Odu ki, Həbib Əlizadə ehtiyatlı olmalıdı...
Sonda dəyərli müəllimə yerlisi, deputat Hadı Rəcəblinin müəllimlər haqda fikrini bir daha xatırladırıq:
- Bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, işdən sonra da başqa nə iləsə məşğul olmalıdı. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. Bunun nəyi pisdi ki?! Bu gün bölgələrdə artıq malabaxan, torpaqda işləyən adam tapmaq müşkülə çevrilib...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar