24 may 16:57idman

İslamiadanı 162 medalla başa vurduq

İslamiadanı 162 medalla başa vurduq
Beləliklə, dünən 4-cü İslam Həmrəyliyi Oyunlarına yekun vuruldu. Sonuncu gündə cəmi 3 növdə - stolüstü tennis, tennis və uşu üzrə medallar paylanıldı. Dünənə İran damğasını vurdu. Belə ki, bu ölkənin idmançıları iştirak etdiyi bütün finallardan qalib ayrıldı. Bir gün əvvəl çempionluğu rəsmiləşdirən ölkəmiz 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazandı ki, bu da ümumilikdə 162 medal edir. Türkiyə medalların sayına görə (195) hamıdan öndə olsa da, keyfiyyətdə bizdən geridə qaldı. Qardaş ölkənin hesabına 71 “gümüş”, 67 “gümüş” və 57 “bürünc” yazıldı. İlk “3-lüy”ü İran (39 “qızıl”, 26 “gümüş”, 33 “bürünc) qapadı. İslamiadada ümumilikdə 40 ölkənin idmançıları fəxri kürsüyə qalxdı. Ancaq Albaniya, Bruney, Burkina-Faso, Çad, Qəmər adaları, Qabon, Qvineya, Maldiv adaları, Mavritaniya, Niger, Fələstin, Syerra-Leone, Somali və Toqo bu sevinci yaşaya bilmədi.

“Sərhədçi”də İran imzası
Stolüstü tennis üzrə komanda yarışının final oyunları keçirildi. “Sərhədçi”də çinli legionerlərdən ibarət qadınlardan ibarət yığmamız sırf yerli tennisçilərdən qurulmuş İran millisiylə bacarmadı – 1:3. Düzdü, əvvəlcə Jinq Ninq Neda Şahsavariyə qalib gəldi – 3:0 (11:4, 11:6, 11:4). Daha sonra Miao Vanq Mahşid Aştariyə boyun əydi – 2:3 (7:11, 12:10, 11:6, 9:11, 7:11). Məryam Sametlə Şahsavarinin təşkil etdiyi cütlük Xinqtay Çenin Vanqla qurduğu duetdən güclü oldu – 3:1 (6:11, 11:9, 11:6, 11:9). Son qarşılaşmada isə Çen Əştari qarşısında aciz qaldı – 0:3 (6:11, 7:11, 4:11). Maraqlıdı ki, İranın kişilərdən ibarət yığması da eyni hesabla Türkiyəni məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Türk türkü yendi
Böyük tennisin finalında maraqlı mənzərə yaşandı. Belə ki, həm kişilərin, həm də qadınların finalında yalnız Türkiyə təmsilçiləri çıxış etdi. Altuğ Çelikbilek Anıl Yükselə qalib gəldi – 6:4, 6:4. Ayla Aksu isə Berfu Cengizi məğlub etdi – 6:3, 6:2.

Uşuda “qızıl”a həsrət qaldıq
Bakı İdman Sarayında uşu üzrə bütün 7 çəkidə final qarşılaşmaları keçirildi. 48 kq-da türk Mehmet Demirci qırğız Tulatbəy Süleymanqula qalib gəldi. 52 kq-da iranlı Moein Hacızadə türk Sadık Pehlivandan güclü oldu. 56 kq-da həmyerlimiz Elçin Eminov iranlı Mehdi Məhəmmədiyə boyun əydi. 60 kq-da iranlı Erfan Ahangarian tunisli Məhəmməd Yasin Həmzayini üstələdi. 65 kq-da yığma üzvü Bayram Şammadov iranlı Fərid Zəfəriyə məğlub oldu. 70 kq-da çıxış edən Vüqar Kərəmov da eyni aqibəti yaşadı. İdmançımız İranın digər təmsilçisi Səid Fazeliyə bata bilmədi. Nəhayət, 75 kq-da iranlı Yazdan Mirzəyi misirli Ayman Məhəmmədə şans vermədi. Beləliklə, cənub qonşularımız 7 mümkün “qızıl”dan 6-sını qazandı.

Yekun medal sıralaması
1. AZƏRBAYCAN 75 50 37 162
2. Türkiyə 71 67 57 195
3. İran 39 26 33 98
4. Özbəkistan 15 17 31 63
5. Bəhreyn 12 5 4 21
6. Əlcəzair 7 12 21 40
7. Mərakeş 7 5 15 27
8. İndoneziya 6 29 23 58
9. Misir 6 5 7 18
10. Qırğızıstan 4 5 8 17
11. Səudiyyə Ərəbistanı 4 1 6 11
12. İordaniya 3 1 11 15
13. İraq 2 7 5 14
14. Qazaxıstan 2 5 12 19
15. Türkmənistan 2 4 7 13
16. Qətər 2 3 7 12
17. Nigeriya 2 3 1 6
18. Suriya 2 2 6 10
19. Tunis 1 3 8 12
20. Kamerun 1 2 6 9
21. Banqladeş 1 1 1 3
21. Seneqal 1 1 1 3
23. Qambiya 1 1 0 2
24. Benin 1 0 1 2
24. Qvineya-Bisau 1 0 1 2
24. Mozambik 1 0 1 2
27. Pakistan 0 3 9 12
28. Oman 0 3 4 7
29. BƏƏ 0 1 3 4
30. Qayana 0 1 2 3
30. Surinam 0 1 2 3
32. Cibuti 0 1 1 2
33. Mali 0 1 0 1
33. Uqanda 0 1 0 1
35. Əfqanıstan 0 0 6 6
36. Kot d’İvuar 0 0 4 4
36. Tacikistan 0 0 4 4
38. Malayziya 0 0 2 2
38. Yəmən 0 0 2 2
40. Livan 0 0 1 1
Qeyd: 1 – sıra nömrəsi, 2 – ölkə adı, 3 – qızıl, 4 – gümüş, 5 – bürünc, 6 – cəmi.

Reaksiyalar
Məmmədi Salamov: “Komanda yarışında gümüş, kəbbadədə bürünc medal qazandım. İslamiadada zorxananın pəhləvan güləşi yox idi. Mən bu növdə daha güclüyəm. Avropa və dünyada isə pəhləvan güləşi var. Zorxananın bu növündə ötən il dünya çempionu olmuşam. Qarşıda bizi bir neçə yarış gözləyir. Portuqaliyada Avropa çempionatı, İranda beynəlxalq turnir olacaq. Bakı-2017-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm ki, zorxananı yarışın proqramına saldı. İslamiada Olimpiada səviyyəsində keçirildi. Heç kim bunu gözləmirdi. Yarışdan əvvəl çempion olacağıma əmin idim. Təəssüf ki, alınmadı. Fərdi mübarizədə yalnız İran və İraq idmançısından geri qaldım. Komanda yarışında isə yalnız iranlılar bizi qabaqladı”.
Xəyyam Orucov: “İslamiadada çempion olmaq istəyirdim. Ancaq əliboş qalmaqdansa, gümüş və ya bürünc medal qazanmaq da uğurdu. Bakı-2017-də 2 “gümüş” və 1 “bürünc” əldə etdim. Əvvəl zorxana az tanınırdı. Bu idman növü yenicə inkişaf edir. Ancaq ADBTİA-nın idman zalında məşq edirdik. İslamiada zorxananın reklamında böyük rol oynadı. Ümid edirik ki, bundan sonra bu sahəyə diqqət daha da artacaq. Zorxana milli idman növüdü. Qəhrəmanlar, pəhləvanlar zorxanayla məşğul olub. Zorxana kişilik məktəbidi. Burda həm güləş, həm fiziki dözümlülük, həm iradə, həm də ritm var. Bir zorxanaçı kimi gəncləri bu idman növüylə məşğul olmağa səsləyirəm”.
Vüqar Bayramov: “Əvvəlcə xalqımızı təbrik edirəm. Bildiyiniz kimi, ölkəmiz İslamiadanı 1-ci yerdə başa vurdu. Voleybolumuz adına da böyük uğur qazandıq. Qadınlar qızıl, kişilər gümüş medal əldə etdi. Voleybol Federasiyasının Cavid Qurbanova, baş məşqçi Fərid Cəlalova təşəkkürümüzü bildiririk. Komanda yoldaşlarımı təbrik edirəm. İnşallah, qələbələrin ardı gələr. Final çox gərgin keçdi. İran son dünya çempionudu. Bir gün əvvəl yarımfinalda Əlcəzairə qarşı bütün gücümüzü qoymuşduq. İranla oyunumuz alınmadı. Çünki onlar sürətli voleybol sərgiləyir. Ancaq gümüş medalı da uğurlu nəticə sayıram. Bu gecə dünya çempionatının seçmə mərhələsində iştirak etmək üçün Fransaya yollanacağıq. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Növbəti mövsüm İtaliyada oynamaq ehtimalı var. A seriyasında çıxış edən klublarla danışıq gedir. Ancaq hələ ortada rəsmi bir şey yoxdu”.
Mariya Stadnik: “Dünən bütün arena himni oxuması unudulmaz an idi. Yarış təşkilatçılığına görə heç də Olimpiadadan geri qalmırdı. İlk Avropa Oyunları da belə olmuşdu. Hamı artıq bilir ki, Bakı yarışları ən yüksək səviyyədə keçirir. Hər şey əla idi. Sözsüz, rəqabət Olimpiada səviyyəsində deyildi. Ancaq ümumi atmosfer möhtəşəm idi. Bütün yarışlara qələbə üçün çıxıram. İslamiadada da hədəfim çempionluq idi. Doğma azarkeşlər önündə uduza bilməzdim (gülür). Bundan az vaxt öncə Avropa çempionatında iştirak etmişdim. Olimpiadadan sonra bu ilk ciddi sınağım idi. Gücümü elə hesablamışdım ki, hər iki yarışda da uğur qazana bilim. Parisdə dünya çempionatı keçiriləcək. Eri Tosakadan orda əvəz çıxmaq haqda düşünmürəm. Əsas hədəfim Yaponiyada – Erinin vətənində keçiriləcək Olimpiadada ondan revanş almaqdı”.
Elis Manolova: “İslamiadada keçirdiyim bütün görüşlərdə “tuşe” ilə qalib gələcəyimi gözləmirdim. Əslində 2-ci qarşılaşmada uduzurdum. Ancaq məğlubiyyəti ağlımdan keçirmirdim. Sona qədər mübarizə apardım və təmiz qələbə qazandım. Məşqçilər uğuruma görə çox sevindi. Çünki çoxdandı məndən bu çempionluğu gözləyirdilər. Şadam ki, onlara bu sevinci yaşatdım. Dünya çempionatında da medal qazanmağa çalışacam”.
Samit Nuruzadə: “Çempion olacağımızı gözləmirdim. Türkmənistana qarşı yaxşı oynamadıq. Amma bəxt bizim tərəfimizdə oldu. Zaur Paşayev həmin oyunda olmasaydı, məğlub olacaqdıq. İndoneziyaya qarşı Amil Həmzəyev çox yaxşı oynadı. Türkiyə və Qətərlə matçlarda isə Orxan Aydınsız qalib gəlməyimiz mümkün deyildi. Hamı əl-ələ bu uğura çatdı. Taktikanı düzgün qurduq, işə peşəkar yanaşdıq və çempion olduq. Qətər 3x3 basketbolu üzrə dünya çempionu olub. Onların ən yaxşı oyunçusu Erfan Əli Səid bu turnirdə iştirak edirdi. Bu komanda İslamiadanın favoriti sayılırdı. Hamı onlardan ehtiyatlanırdı. Əksər oyunlarını vaxtından əvvəl qələbəylə bitirdilər. Onlara həddən artıq istəklə oynayaraq qalib gələ bildik. Həm də komandanı finala yaxşı hazırlaya bildim. Qətərin güclü və zəif tərəflərini öyrənib, buna uyğun taktika qurduq. Əvvəlcə azarkeş dəstəyinin təzyiq yaradacağından narahat idik. Ancaq hər şey yaxşı oldu. Evdə və güclü dəstək altında bayrağımızı ən yüksəyə qaldırmaq böyük xoşbəxtlikdi. Zaura görə “Kutaisi”dən, Orxan üçün isə “Qalatasaray”dan icazə aldıq. Paşayevin komandası “Dinamo” ilə final oyunlarını keçirdiyindən yarış bitən kimi Gürcüstana yollandı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar