21 may 13:56idman

Natalya Məmmədova yenidən yığmaya qayıdır

Natalya Məmmədova yenidən yığmaya qayıdır
Faiq Qarayev: “Bu sistemi ona görə yaratmışıq ki…”

Qadınlardan ibarət voleybol yığmamız İslamiadanın qalibi oldu. Rəqiblər o qədər də güclü olmasa da, bu yarış dünya çempionatının seçmə mərhələsi ərəfəsində komandanın özünəinamı bərpa etməsi, yüksək əhval-ruhiyyə qazanması və voleybolçuların bir-birinə daha da uyğunlaşması baxımından önəmli idi. Dünən hər gün Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən “Zəfər günləri” layihəsinin qonaqları arasında millimiz də var idi. Tədbir başa çatdıqdan sonra komandanın çalışdırıcısı, Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə ayaqüstü söhbət etdik.
- İslamiadaya hazırlıq dönəmində çox gərgin görünürdüz. Buna səbəb nə idi? Komanda istədiyinizi verə bildi?
- Gərginliyin səbəbi o idi ki, hamı – bütün məşqçilər və idmançılar kimi, mən də bu yarışa ciddi yanaşırdım. Bütün azərbaycanlı məşqçi və idmançılar İslamiadaya xüsusi hazırlaşırdı. Çünki Azərbaycanda keçirilən yarışda iştirak etmək daha məsuliyyətlidi, həm məşqçilərin, həm də idmançıların üzərinə böyük yük qoyur. Axı hamı bizdən yüksək nəticə gözləyirdi. Bundan əlavə, komandamızda 4 zədəli oyunçu var idi. Buna baxmayaraq, gənclər özlərini yaxşı tərəfdən göstərdilər, onlardan çox razıyam. Bundan sonra dünya çempionatının seçmə mərhələsinə hazırlaşacağıq. İslam Həmrəyliyi Oyunları göstərdi ki, Azərbaycanda kollektiv idman növləri də güclənir. Qadın həndbolçularımız və voleybolçularımız qızıl medal qazandılar, kişi voleybolçulardan ibarət yığma qrupdakı bütün komandalara qalib gələrək, yarımfinala çıxdı. Onlardan da medal gözləyirik. Bir daha təsdiq olundu ki, Azərbaycanda qadın idmanı da yüksək səviyyədədi. Bu, fəxredici hissdi. Həm məşqçi, həm də MOK-un İcraiyyə Komitəsinin üzvü kimi bütün idmançılarımızla qürur duyuram. Bu, gözəl bayramdı. Dünənki atmosfer də çox gözəl idi. Tamaşaçılara da burdan təşəkkür edirəm. Ölkəmizdə yarışlar çox yüksək səviyyədə keçirilir. Bu işlərdə əməyi keçən hər kəsə minnətdaram. Ölkə prezidenti İlham Əliyev bizə, idmana bu qədər dəstək olur. Biz də dövlətimiz, millətimiz üçün əlimizdən gələni etməliyik. Hamını bu bayram münasibəti ilə təbrik edirəm.
- Voleybolçular komandaya tam uyğunlaşıb?
- Kseniya Poznyak yarışa 5, Polina Rəhimova 3 gün qalmış yığmaya qoşuldu. Bir şeyi də deyim. Sabah (bu gün) Natalya Məmmədova Bakıya gələcək. Söz-söhbət var idi ki, Natalya yığmamızda oynamayacaq. Elə şey yoxdu. O, milliyə həmişə böyük həvəslə gəlib. Bilirsiz ki, Natalyanın formasını geydiyi İsveçrənin “Volero” klubu Yaponiyada keçirilən klublararası dünya çempionatında 3-cü yeri tutdu. Məmmədova birisigün bizimlə birgə Bolqarıstana yollanacaq. Bolqarıstanda 3-4 yoxlama oyunu keçirib, mayın 27-də Bakıya qayıdacağıq. Ayın sonunda isə dünya çempionatının seçmə mərhələsinin C qrupunun oyunlarını qəbul edəcəyik.
- Natalya ölkəmizdə keçiriləcək Avropa çempionatında yığmaya kömək edəcək?
- Bəli. Bu yarışların hamısında oynayacaq.
- Dünya çempionatının seçmə mərhələsində əsas rəqibimiz Hollandiya millisi olacaq. Bu komandanın oyunlarını izləmisiz? Hollandlar nədə bizdən güclüdü?
- Bu haqda danışmaq tezdi. Üç gün içində heç nə deyə bilmərəm. Hazırlıq üçün vaxtımız azdı. Bizim üçün ən uyğun variant Bolqarıstan toplanışı idi. Bu komanda da güclüdü. Ordan qayıtdıqdan sonra qrupdakı rəqibləri təhlil edəcəyik. Əsas məsələ zədəli voleybolçuları sıraya qaytarmaqdı. İlk növbədə bunun üzərində çalışırıq.
- Gənclərin İslamiadada yaxşı oyun göstərdiyini vurğuladız. Legionerlərlə rəqabətdə onların özünü göstərmək şansı nə dərəcədə mövcuddu?
- Mən xaricdən cəlb etdiyimiz voleybolçulara legioner gözüylə baxmıram. Biz hardansa hazır oyunçu gətirməmişik. Yığmamızda çıxış edən əcnəbilər 14-15 yaşından bizdə voleybolun sirlərinə yiyələnib.
- Əslində mən xarici klublarda çıxış edən voleybolçularımızı nəzərdə tutmuşdum...
- Natalya Məmmədova İsveçrədə, Odina Bayramova İtaliyada, Kseniya Poznyak və Yana Kulan Türkiyədə, Polina Rəhimova isə Yaponiyada oynayır. Nə qədər gücümüz varsa, hamısını toplamışıq. Bu gün 2 yığmamız mövcuddu. Bu da ümumilikdə 32 voleybolçu deməkdi. İlk dəfə belə sistem qurmuşuq. 32 nəfər hər gün gündə 2 dəfə məşq edir. Bu sistemi ona görə yaratmışıq ki, voleybolda klubların yay fasiləsi çox böyük olur. Aprelin əvvəlində çempionatı bitirmişik. Bir neçə gün əvvəl İslamiada başladı, bundan sonra dünya çempionatının seçmə mərhələsinin qrup oyunları və Avropa çempionatı keçiriləcək. Qitə birinciliyi oktyabrın əvvəlində bitəcək. Bu 6-7 ay ərzində bütün voleybolçular düşərgədə olacaq, 8-10 məşqçi, 4 həkim, eləcə də fizioterapevtlərin nəzarəti altında gündə 6 saat məşq keçəcəklər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar