21 may 13:53idman

Azərbaycan yenidən liderliyi ələ keçirdi

Azərbaycan yenidən liderliyi ələ keçirdi
Ramil Quliyevdən gözdağı

İslamiada yavaş-yavaş sona yaxınlaşır. Dünən təmsilçilərimiz 8 medal qazandı. Komanda hesabına yazılan 4 “qızıl”, 2 “gümüş” və 2 “bürünc” uzun fasilədən sonra liderliyi ələ keçirməyə imkan verdi.

Titulu qoşalaşdırdı
Paralimpiya Oyunlarında bir neçə medal qazanan Yelena Çebanu İslamiadada 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Daha öncə 100 metr məsafəyə qaçışda finişə hamıdan öndə çatan Çebanu bu dəfə 200 metr məsafəni birinci qət etdi. O, “qızıl”a 24,69 saniyəyə çatdı.

Cəbrayıl hamını şoka saldı
Əsas diqqətlər Heydər Əliyev adına İdman-Konsert Kompleksinə yönəlmişdi. Çünki dünən sərbəst güləşçilərin mübarizəsinə start verildi. Mahir Əmiraslanov (57 kq) kamerunlu Roland Tambi Nforsonq (14:4) və türk Nəbi Uzunu (13:2) rahat üstələyərək finala yüksəldi. Qazax Jandos İsmayılovla final görüşü olduqca gərgin mübarizə şəraitində keçdi. Yekunda 5:4 hesabıyla qalib gələn Əmiraslanov “sərbəstlər”də ilk qızıl medal qazanan güləşçi oldu. Mübarizəyə 1/8 finaldan başlayan Məhəmməd Müslümov (65 kq) finaladək birnəfəsə irəlilədi. O, bütün rəqiblərinə - İnnosent Açi Abbi (Kot d’İvuar) , Mabunde Kumba (Qvineya-Bissau) və Malilk Can Sadid (Əfqanıstan) vaxtından əvvəl (10:0) qalib gəldi. Ancaq Müslümov həlledici görüşdə iranlı Meysam Nasiriyə uduzdu - 3:5. Azarkeşlərə ən böyük şoku Cəbrayıl Həsənov (74 kq) yaşatdı. İndiyədək qatıldığı yarışlardan əliboş dönməyən təcrübəli güləşçi elə startda iranlı Peyman Yarəhmədiyə boyun əydi – 1:3. Yarəhmədi 1/4 finalda özbək Bekzod Abdurəhmanova uduzduğundan (5:8) Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmadı. Nurməhəmməd Hacıyev (97 kq) finaladək türkmən Yusup Melejayevlə (11:1) suriyalı Abdullah Kərəmə (9:0) heç bir şans tanımadı. Dağıstanlı legioner iranlı Əmir Muhammadi ilə görüşdə 0:2 geri düşsə də, əzmkar mübarizə sərgiləyərək böyük üstünlüklə qələbə qazandı - 11:2. Beləliklə, “sərbəstlər” ilk yarış gününü 2 “qızıl” və 1 “gümüş”lə başa vurdu.

İki çinli fərqləndi
Stolüstü tennisdə fərdi mübarizəyə yekun vuruldu. Qadınların yarışında Jinq Ninq finalda Türkiyəni təmsil edən Mələk Huya uduzdu – 0:4 (11:13, 4:11, 10:12, 4:11). Miao Vanq isə bürünc medal uğrunda qarşılaşmada iranlı Neda Şahsavariyə qalib gəldi - 4:1 (13:11, 11:3, 8:11, 11:7, 19:17). Beləliklə, kişilərdən fərqli, qadınların mübarizəsində 2 çinli legioner fəxri kürsüyə qalxdı.

Hər iki komandamız İndoneziya ilə üz-üzə
3x3 basketbolunda qrup oyunları yekunlaşdı. Beləliklə, bu gün kişilərin yarışında 1/4 final çərçivəsində AZƏRBAYCAN – İndoneziya, Kot d’İvuar – Türkiyə, Qətər – Səudiyyə Ərəbistanı və Türkmənistan – Mali görüşləri keçiriləcək. Qadınların analoji mərhələsində isə Mali – Fələstin, Suriya – Türkmənistan, Türkiyə - Əlcəzair və AZƏRBAYCAN – İndoneziya qarşılaşmaları baş tutacaq.
Kişilər
A qrupu
Türkiyə - Türkmənistan 13:21, Səudiyyə Ərəbistanı – AZƏRBAYCAN 10:21, Türkmənistan – Pakistan 19:12, Səudiyyə Ərəbistanı – Türkiyə 11:21, AZƏRBAYCAN – Pakistan 22:13
1. AZƏRBAYCAN 4 4 0 77-49 8
2. Türkmənistan 4 2 2 71-62 4
3. Türkiyə 4 2 2 63-62 4
4. Səudiyyə Ərəbistanı 4 2 2 62-71 4
5. Pakistan 4 0 4 52-81 0
B qrupu
İndoneziya – Kot d’İvuar 7:21, Qətər – Mali 20:11, Kot d’İvuar – İordaniya 18:11, Mali – İndoneziya 21:7, Qətər – İordaniya 21:8
1. Qətər 4 4 0 77-38 8
2. Kot d’İvuar 4 3 1 63-46 6
3. Mali 4 2 2 66-51 4
4. İndoneziya 4 1 3 47-70 2
5. İordaniya 4 0 4 33-81 0
Qadınlar
A qrupu
Türkmənistan – Əlcəzair 15:10, Mali – AZƏRBAYCAN 11:8, Türkmənistan – Mali 11:8
1. Mali 3 3 0 32-25 6
2. AZƏRBAYCAN 3 2 1 44-32 4
3. Türkmənistan 3 1 2 30-37 2
4. Əlcəzair 3 0 3 33-45 0
B qrupu
İndoneziya – Suriya 12:14, Türkiyə - Fələstin 21:4, Suriya – Pakistan 21:5, İndoneziya – Fələstin 18:3, Türkiyə - Pakistan 21:2
1. Türkiyə 4 4 0 63-21 8
2. Suriya 4 3 1 65-35 6
3. İndoneziya 4 2 2 57-33 4
4. Fələstin 4 1 3 25-64 2
5. Pakistan 4 0 4 17-74 0

Legionerlər fəxri kürsüyə qalxdı
Suyatullanmada mübarizə davam edir. Qadınların 10 metrlik platformadan tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya 275,85 xal toplamaqla himnimizi səsləndirdi. Kişilərin 3 metrlik tramplindən sinxron tullanma yarışında isə Artyom Danilov - Dmitri Sorokin dueti 297,90 xalla bürünc medal qazandı. Xatırladaq ki, buna qədər Sorokin 3 metrlik tramplindən fərdi tullanmada 3-cü yeri tutmuşdu.

Yarımfinalçılar müəyyənləşdi
Kişi voleybolunda qrup oyunlarına yekun vuruldu. Nəticədə yarımfinalçılar müəyyənləşdi. Beləliklə, yığmamız bu gün Əlcəzairlə, Türkiyə isə İranla finala çıxmaq uğrunda mübarizə aparacaq.
A qrupu
Türkiyə - Fələstin 3:0 (25:15, 25:8, 25:6), Türkmənistan – Pakistan 1:3 (22:25, 22:25, 26:24, 21:25)
1. AZƏRBAYCAN 4 4 0 12-2 11
2. Türkiyə 4 3 1 11-5 9
3. Pakistan 4 2 2 8-7 7
4. Türkmənistan 4 1 3 4-9 3
5. Fələstin 4 0 4 0-12 0
B qrupu
Qətər – Mərakeş 1:3 (18:25, 22:25, 25:21, 18:25), Əlcəzair – Səudiyyə Ərəbistanı 3:1 (25:20, 25:16, 20:25, 25:18)
1. İran 4 4 0 12-1 12
2. Əlcəzair 4 3 1 10-6 9
3. Mərakeş 4 2 2 7-8 6
4. Qətər 4 1 3 5-10 3
5. Səudiyyə Ərəbistanı 4 0 4 3-12 0
Maraqlıdı...
2011-ci ildə ölkəmizdə münasib şərait yaradılmadığı üçün Türkiyə vətəndaşlığını qəbul edən Ramil Quliyev İslamiadada 2 dəfə fəxri kürsüyə qalxdı. Həmyerlimiz 100 və 200 metr məsafəyə qaçışda bütün rəqibləri üçün əlçatmaz oldu. Legionerlərə qarşı səxavətli olan idman başbilənləri öz idmançımızın Bakıda başqa ölkənin bayrağını iki dəfə ən yüksəyə qaldırıb, himnini səsləndirməsini izlədi. Bundan böyük təzad ola bilərmi?
Medal sıralaması
1. AZƏRBAYCAN 63 35 26 124
2. Türkiyə 61 56 45 162
3. İran 20 24 30 74
4. Özbəkistan 14 15 28 57
5. Bəhreyn 9 4 3 16
6. Əlcəzair 7 12 17 36
7. İndoneziya 6 28 20 54
8. Misir 6 4 7 17
9. Mərakeş 6 3 12 21
10. Qırğızıstan 3 3 7 13
11. İordaniya 3 1 11 15
12. Səudiyyə Ərəbistanı 3 0 6 9
13. Türkmənistan 2 4 6 12
14. İraq 2 4 3 9
15. Qazaxıstan 2 3 9 14
16. Qətər 2 2 6 10
16. Suriya 2 2 6 10
18. Kamerun 1 2 5 8
19. Tunis 1 1 8 10
20. Seneqal 1 1 1 3
21. Banqladeş 1 1 0 2
21. Qambiya 1 1 0 2
23. Benin 1 0 1 2
23. Qvineya-Bisau 1 0 1 2
23. Mozambik 1 0 1 2
26. Pakistan 0 2 4 6
27. Oman 0 2 3 5
28. Nigeriya 0 2 1 3
29. Qayana 0 1 2 3
29. Surinam 0 1 2 3
29. BƏƏ 0 1 2 3
32. Cibuti 0 1 1 2
33. Uqanda 0 1 0 1
34. Kot d’İvuar 0 0 4 4
35. Livan 0 0 1 1
35. Malayziya 0 0 1 1
Qeyd: 1 – sıra nömrəsi, 2 - ölkə adı, 3 - qızıl, 4 - gümüş, 5 – bürünc, 6 – cəmi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar