21 may 13:08idman

Reaksiyalar

Reaksiyalar
Rəsul Çunayev: “Qızıl medal qazanmağı hədəfləmişdim. Amma “bürünc” əldə etdim. Çox böyük səhv buraxdım. Bu da mənə baha başa gəldi. Gələcəkdə bu səhvləri düzəltməyə və növbəti yarışlarda təkrarlamamağa çalışacam. “Qızıl”ı o qədər istəyirdim ki, bu medalı qızıl suyuna batıracam (gülür). Bununla iş bitmir. İşimiz qabaqdadı. Qarşıda bizi dünya çempionatı gözləyir. Məşqçilər bizi mundiala hazırlayacaq. İnşallah, dünya çempionatından uğurla vətənə dönərik. Güləşərkən hər şey ani baş verir. Arxayınlaşmağa da vaxt olmur. Sadəcə, qızıl medal qismətim deyilmiş. Buraxdığım səhvə görə hamıdan çox üzülürəm. Axı mən bu səhvi necə edə bilərdim? Ancaq çox da təəssüflənmirəm. Belə səhvlər olmalıdı ki, daha məsul yarışlarda onu təkrarlamayasan. Mənim kimi bütün idmançılar qələbə qazanmaq üçün hazırlaşır. İran güləşçisini təbrik edirəm. Layiqli qələbə qazandı. Son 5 ildə iştirak etdiyim bütün yarışlarda medal qazanmışam. Bu sabitliyi qorumaq çox çətindi. Yarışa da hazır idim. Sadəcə, səhvimin qurbanı oldum. Ondan əvəz cıxmaq haqda düşünmürəm. Bu kin saxlamaq anlamına gəlir. Həm də dünya çempionatında yenidən onunla üzləşib-üzləşməyəcəyimi bilmirəm. Əlbəttə, qarşılaşsaq, qələbə qazanmağa çalışacam. İştirak etdiyim hər yarışın ayrıca dəyəri var. 4-cü İslam Həmrəyliyi Oyunlarından da xoş xatirələrim oldu”.
Fəridə Əzizova: “İlk Avropa Oyunlarında çempion ola bilmədim. Yenə evdə keçirilən yarışda titul qazana bilmədim. Bu dəfə qızıl medal qazanmağıma zədə imkan vermədi. Ancaq ən azı gümüş medalçı olduğuma görə sevinirəm. 67 kq olimpiya çəkisi olduğundan bu kateqoriyada rəqabət güclüdü. Yarımfinal və finalda qarşılaşdığım taekvondoçular son Olimpiadanın iştirakçılarıdı. Finalda uduzduğum Nur Tatar Rio-2016-nın gümüş medalçısıdı. Onun güclü olduğunu etiraf etmək lazımdı”.
Rauf Rəhimov: “Şükürlər olsun ki, İslamiadada medal qazandım. Əziyyətimiz yerdə qalmadı. Bundan da yaxşı nəticə ola bilərdi. Ancaq gümüş medal qazandığım üçün də sevinirəm. Finalda uduzduğumu düşünmürəm. Nəticənin niyə belə olduğunu bilmirəm. Hakim haqsızlığıyla üzləşib-üzləşmədiyimi döyüşümü izləyənlər söyləyə bilər. Hər idmançının arzusu Olimpiadada iştirak etməkdi. Bu istiqamətdə hazırlaşacam. İslamiadada böyük dəstək var idi. Bu da adamı həyəcanlandırırdı. Vətəndə uğur qazanmaq daha böyük şərəfdi”.
Tamerlan Abdullayev: “Bu yarışa neçə ay idi hazırlaşırdıq. Ölkəmizdə keçirildiyindən İslamiadanın məsuliyyəti böyük idi. Çempion olmaq istəyirdim. Ancaq Allah gümüş medal nəsib etdi. Buna da şükürlər olsun. İdmançı əziyyət çəkir. Onun bəhrəsini görəndə… Bunu yalnız idmanla məşğul olan anlayar. Çox gözəl hisslərdi. 1/4 finalda gözlərimdən ciddi zədə aldım. Bu üzdən finalda fərqli taktikayla döyüşdüm. Zədəm olmasaydı, rəqiblə məsafəli döyüşəcəkdim. 2-3 həftəyə zədəmin sağalacağını düşünürəm. Pərviz Bağırova yarış ərəfəsində baş tutan sınaq döyüşündə qalib gəldiyim üçün İslamiadada 69 kq-da iştirak hüququ qazandım”.
Kamran Şahsuvarlı: “Yarış pis keçmədi. Qazaxıstan boksçusundan ilk raundda fəal döyüş gözləmirdim. Ancaq yenə də finalda uduzduğumu düşünmürəm. Bazar ertəsindən Avropa çempionatının hazırlıqlarına başlayacağıq. Evdə qızıl medal qazanmağı çox istəyirdim. Ukraynalı baş məşqçi yeni gəlib. Heç kim ondan narazı deyil”.
Sabah Şəriəti: “Yarış ərəfəsində çiynim əzilmişdi. Yaxşı hazırlaşa bilmədim. Həm də uduzduğum görüşdə rəqibi asanlıqla məğlub edəcəyimi düşündüm. Arxayınlığın qurbanı oldum, rəqibi yetərincə qiymətləndirmədim. İnşallah, növbəti yarışlarda Azərbaycan bayrağını yüksəldəcəm. Məni uşaqlıqdan güləşçi kimi yetişdirən Cəmşid Xeyrabadinin burdan getməsi mənə pis təsir göstərib. Psixoloji hazırlıq sarıdan onunla işləməyə alışmışdım. Həm də məşqlərinə öyrəşmişdim. O gedəndən sonra burda sanki tək qaldım. Çünki İrandan gələn məşqçilər, həmçinin güləşçi Saman Təhmasibi yığmadan getdi. Bir az çətinlik çəkdim. Amma yavaş-yavaş indiki duruma alışıram. İndi yeni baş məşqçi Şaban Donatın rəhbərliyi altında yaxşı məşqlər keçirik. İnşallah, 3 aydan sonra Fransanın paytaxtı Parisdə yaxşı nəticə qazanaram”.
Elnur Amanov: “Qadınların çıxışını müsbət dəyərləndirirəm. Burda maksimum heyət - 8 taekvondoçu ilə təmsil oluna bilərdik. Son 10 gündə iki idmançını heyətdən çıxardıq. Yekunda qərara gəldik ki, İslamiadada 4 idmançıyla təmsil olunaq. İki qızıl, bir gümüş medal qazandıq. Yaxşı nəticə sayıram. Keyfiyyətə yox, kəmiyyətə üstünlük verdik. Gələn ay Koreyada dünya çempionatı keçiriləcək. Mundial üçün bəzi çəkilərdə dəyişiklik edəcəyik. Həmin gün Fəridə Əzizovanın günü deyildi. O, ilk döyüşdən yaxşı çıxış etmirdi. Finalda qurduğumuz taktikayla döyüşə bilmədi. Həm də zədəsi var idi. Müasir taekvondonun qaydaları Əzizovanın döyüş üslubuna uyğun gəlmir. Çalışacağıq ki, məşqlərdə Fəridənin problemlərini aradan qaldıraq. Darya Şkurkoya demişdim ki, İslamiada son şansındı. O da bundan yararlana bilmədi. Bu üzdən onu yığmadan birdəfəlik uzaqlaşdırdıq. Buna qədər isə Marina Tedeyeva, Paniz İsmayılpur və Gülhanım Yeşildalla yolları ayırmışdıq. Dünya çempionatında onların çəkilərində yeni idmançılara şans verəcəyik. Ramin Əzizov bu gün yaxşı formadadı. Son turnirlərdə də özünü göstərdi. Ötən il 87 kq-da Payam Qubadi Avropa üçüncüsü oldu. Ancaq son turnirlərdə Əzizovun yaxşı formada olduğunu gördük. Bu üzdən İslamiadada bu kateqoriyada Raminə şans verdik. O da özünü doğrultdu. Hər idmançı 2 dəfə ayağı sındıqdan sonra qayıdıb yüksək nəticə verə bilmir. Ancaq Əzizov bunu bacardı. İnşallah, dünya çempionatında da sözünü deyər. 87 kq-ın olimpiya çəkisi olmaması o qədər də önəmli deyil. Radik İsayev 87 kq-da dünya çempionu olduqdan sonra reytinq yığıb, ən ağır çəkidə olimpiya çempionu oldu. Ramin üçün də bu şans yarana bilər”.
Məhəmməd Məmmədov: “Avropa Oyunlarında medalsız qalmışdım. İslamiadada isə 3-cü yeri tutdum. Çempion da ola bilərdim. Sadəcə, yarımfinal döyüşündə sona 3 saniyə qalmış hesabda geri düşərək uduzdum. Bu rəqiblə ilk dəfə qarşılaşırdım. Məndən 4 yaş böyük idi. Doğma azarkeşlər önündə çıxış etmək xoş idi. Məyus oldum ki, onları çempion kimi sevindirə bilmədim. İnşallah, dünya çempionatında titul qazanaram”.
Ramin Əzizov: “Çempionluq sevincimi 1 dəqiqə ərzində sizə danışa bilmərəm. Çünki xoş təəssüratlarım çox böyükdü. Uzun fasilədən, ağır zədələrdən sonra belə dönüş mənim üçün çox xoşdu. Çox ağır məşqlərdən, sınaqlardan keçdim. Şükür Allaha, istədiyimə çatdım. Çempion olduqdan sonra insanların göz yaşlarımı görmələrini istəməzdim. Çempionluqdan daha çox 2 dəfə ayağımın sınması gözümün önünə gəldi. Həmin an göz yaşlarımı saxlaya bilmədim. İnşallah, dünya çempionatında da sözümü deməyə çalışacam. Allah mənə yaxşı boy verib. 80, 87, hətta +87 kq-da döyüşmək üçün də yetərlidi. Hazırlıq prosesi düzgün qurulursa, hansı kateqoriyada çıxış etməyin fərqi yoxdu”.
Elvin Mürsəliyev: “Evdə qalib gəlmək qürurvericidi. Azarkeşlər önündə uduzmağı heç istəmirsən. Bizə sonadək dəstək olanlara minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı hər idmançısının arxasındadı. Baş məşqçi dəyişiklikləri məşqlərdə fərqlilik yaradıb. Ancaq peşəkar idmançı belə şeylərə alışmalıdı. Öz məşq qrafiki də olmalıdı. İdmançının özündən çox şey asılıdı. Bakıda keçiriləcək “Qızıl Qran-pri” turnirində dünya çempionatı üçün heyət müəyyənləşəcək. Çalışacam ki, həmin yarışda fərqlənib, mundialda iştirak edim”.
İslam Abbasov: “İslamiadanın qalibi olduğuma görə çox sevinirəm. Yarış da elə adımla bağlıdı (gülür). Çox güclü rəqiblərim var idi. Təşkilatçılıq da yüksək səviyyədəydi. Gərgin görüşlər keçirdim. Çox şükür, sınaqdan üzüağ çıxdım. Finaldakı rəqibimlə daha öncə 6 dəfə qarşılaşmışdım. Bunların beşində qələbə qazanmışdım. Bir-birimizi çox yaxşı tanıyırdıq. 6-cı dəfə ona qalib gəldim. Azarkeş dəstəyi təzyiq yaratmırdı. Əksinə, mənə daha da güc verirdi. Həm şəxsi məşqçim Qərib Əliyevə, həm də yığmanın baş məşqçisi Şaban Donata məni bu səviyyəyə çatdırdıqları üçün minnətdaram. Şəxsi məşqçinlə işləməsən, irəli gedə bilməzsən. Yığmada hazırlıq keçdikdən sonra şəxsi məşqçinlə nöqsanların üzərində işləyirsən. Bu üzdən hər iki mütəxəssisin böyük rolu var. Ən yaxın hədəfim Bakıda keçiriləcək “Qızıl Qran-pri”də, ən uzaq hədəfim isə Tokio Olimpiadasında çempion olmaqdı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar