19 may 20:07idman

Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı

Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı
Olimpiya çempionu Hindistanda ekzotik meyvə yeməyin güdazına gedib

Son dövrlər dünya idmanını bir zəhər bürüyüb. Söhbət dopinqdən gedir. Demək olar ki, hər gün hansısa məşhur idmançının dopinqdən istifadə etdiyi üçün idmandan kənarlaşdırıldığı haqda xəbərlər yayılır. Təbii ki, dopinq burulğanı Azərbaycan idmanından da yan keçməyib. Dəfələrlə idmançılarımız qadağan olunmuş preparatları qəbul etdiyi üçün cəzalanıb. Bu qadağalar, cəzalar tükənmək bilmir. Növbəti cəza London Yay Olimpiya Oyunlarının qalibi, Rio-2016-da gümüş, Avropa Oyunlarında və Avropa çempionatında qızıl medal qazanan güləşçi Toğrul Əsgərova kəsilib. Buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub. Belə ki, ondan götürülmüş dopinq-test müsbət nəticə verib. Əsgərovun higenamin preparatından istifadə etdiyi üzə çıxıb. Bu dərman ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.
Cəza üzündən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci il aprelin 17-də başa çatacaq. Əsgərov cəza səbəbindən Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları üçün açıqlanan siyahıya da daxil edilməyib.
Dopinq qalmaqalı ilə bağlı Toğrul bunları deyib: “İstifadəsi qadağan olunan hər hansı bir preparatdan istifadə etməmişəm. İlin əvvəlində Hindinstanda iştirak etdiyim Peşəkar Güləş Liqasının yarışları zamanı qida rasionunda dəyişiklik oldu. Çox güman, orqanizmimə belə maddə düşüb. Dopinqdən tam uzaq idmançıyam, hər zaman ədalətli mübarizə prinsiplərinə sadiq qalmışam və yenə də sadiq olacam. Azarkeşlər narahat olmasın, onsuz da zədəmlə bağlı bir müddət güləşməyəcəm. Əməliyyat olunmalıyam. Böyük qələbələr hələ irəlidədi. İnşallah, tam sağaldıqdan sonra yenidən böyük uğurlara imza atacam”. Məsələ ilə bağlı Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mais Musayevlə əlaqə saxladıq. O bildirdi ki, yanvarda Hindistanda keçirilən 2-ci Peşəkar Güləş Liqasında iştirak edərkən Əsgərov ekzotik meyvələrdən yeyib: “O, bəzi meyvələr yeyib. Qida rasionunda dəyişiklik olub. Həmin meyvənin tərkibində isə bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunan higenamin maddəsi var. Yoxlama zamanı Toğrulun orqanizmində “qara siyahı”ya düşən maddə tapılıb. Özü deyir ki, orda olarkən hər hansı başqa maddə və ya tibbi preparat istifadə etməyib. Həmin maddə Cənub Asiya ölkələrində bitən ekzotik meyvələrin tərkibində olur. O da bilməyərəkdən həmin meyvəni yeyib. Bu üzdən orqanizmindən həmin maddə tapılıb. Biz bunu yaxşı bilirik. Çünki Toğrulu yaxşı tanıyırıq. O, dopinqdən uzaq idmançıdı. Lakin agentlik Toğrulu ən minimal həddə cəzalandırıb və bir il müddətinə bütün oyunlardan kənarlaşdırib. Təbii ki, bunu istəməzdik”.
Əlavə edək ki, siyahıya Azərbaycanın daha 3 güləşçisi düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov isə 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar