19 may 19:35idman

İslamiadada mübarizə qızışdı

İslamiadada mübarizə qızışdı
Dünən İslamiadada boks, taekvondo, yunan-Roma güləşi və qadın voleybolu üzrə yarışlar başa çatdı. Əvəzində suya tullanma və 3x3 basketbolu üzrə turnirə start verildi. Medal sıralamasında mübarizə daha da qızışdı. İndi ölkəmiz Türkiyədən cəmi 1 “qızıl” geri qalır.
İlk iki yeri tutdular
Paraatletikada iki medal əldə edildi. 100 metr məsafəyə qaçışda Nurlan İbrahimov 11,60 saniyə göstərici ilə finişə hamıdan öndə çatdı. Elçin Muradov isə 11,64 saniyəyə həmin məsafəni başa vuraraq 2-ci yeri tutdu.
“Bürünc”lə start
Dünən suya tullanma yarışına start verildi. 3 metr tramplindən tullanmada Dmitri Sorokin 331,25 xal toplayaraq “bürünc”ə sevindi. Hesabına 323,95 xal yazan Artyom Danilov isə ilk “5-liy”i qapadı.
Məğlubiyyətsiz başladılar
Dünən 3x3 basketbolu üzrə mübarizə də başladı. Yığmalarımız İslamiadaya qələbələrlə start verdi.
Kişilər
A qrupu
Türkiyə - Pakistan 19:13, Türkmənistan – Səudiyyə Ərəbistanı 15:20, AZƏRBAYCAN – Türkiyə 17:10, Səudiyyə Ərəbistanı – Pakistan 21:14, AZƏRBAYCAN – Türkmənistan 17:16
1. Səudiyyə Ərəbistanı 2 2 0 41-29 4
2. AZƏRBAYCAN 2 2 0 34-26 4
3. Türkiyə 2 1 1 29-30 2
4. Türkmənistan 2 0 2 31-37 0
5. Pakistan 2 0 2 27-40 0
B qrupu
İndoneziya – Qətər 12:21, Kot d’İvuar – Mali 17:13, İndoneziya – İordaniya 21:7, Qətər – Kot d’İvuar 15:7, Mali – İordaniya 21:7
1. Qətər 2 2 0 36-19 4
2. Mali 2 1 1 34-24 2
3. İndoneziya 2 1 1 33-28 2
4. Kot d’İvuar 2 1 1 24-28 2
5. İordaniya 2 0 2 14-42 0
Qadınlar
A qrupu
AZƏRBAYCAN – Türkmənistan 16:7, Əlcəzair – Mali 9:10, AZƏRBAYCAN – Əlcəzair 20:14
1. AZƏRBAYCAN 2 2 0 36-21 4
2. Mali 1 1 0 10-9 2
3. Əlcəzair 2 0 2 23-30 0
4. Türkmənistan 1 0 1 7-16 0
B qrupu
İndoneziya – Türkiyə 6:10, Suriya – Fələstin 21:7, İndoneziya – Pakistan 21:6, Türkiyə - Suriya 11:9, Fələstin – Pakistan 11:4
1. Türkiyə 2 2 0 21-15 4
2. Suriya 2 1 1 30-18 2
3. İndoneziya 2 1 1 27-16 2
4. Fələstin 2 1 1 18-25 2
5. Pakistan 2 0 2 10-32 0
Qadınlarda “hə”, kişilərdə “yox”
Stolüstü tennisdə 1/4 final oyunları keçirildi. Qadınların yarışında çinli legionerlər yarımfinala yüksəldi. Miao Vanq türk Məryəm Sametə (4:0), Jinq Ninq isə fələstinli Diana Assiyə (4:0) heç bir şans tanımadı. Kişilərin mübarizəsində Xinhanq Yunun yarımfinala yolunu iranlı Noşad Alamiyan kəsdi – 1:4.
Son təmsilçimizə də bir “quş”
Böyük tennisdə həm kişilərin, həm də qadınların yarışında fərdlər və cütlər 2-ci mərhələni başa vurdu. Qadınların yarışında son təmsilçimiz də sıradan çıxdı. Əminə Dik özbək Komola Umarovadan 1 qeym belə ala bilmədi – 0:6, 0:6. Beləliklə, bu növdə medalsız qalacağımız dəqiqləşdi.
Üçü çempion oldu
“Kristal Zal”da boks yarışına yekun vuruldu. 10 çəkidən 6-nın finalında təmsilçilərimiz döyüşdü. Dünya çempionu Cavid Çələbiyev (60 kq) iraqlı Ammar Karbəlayiyə şans verməyərək qızıl medal qazandı. Tamerlan Abdullayev (69 kq) özbək Bobo-Usman Baturovla döyüşün ilk 2 raundunda pis təsir bağışlamadı. Son raundda noqdauna düşməsi “gümüş”lə kifayətlənməsini şərtləndirdi. Kamran Şahsuvarlı (75 kq) gərgin keçən döyüşdə qazax Tursunbay Kulahmetə uduzaraq 2-ci yeri tutdu. Rauf Rəhimov (81 kq) isə finalda türkmən Arslanbəy Açilovla bacarmadı. Əvəzində Teymur Məmmədov (91 kq) türk Burak Akşinə, Məhəmmədrəsul Məcidov (+91 kq) isə suriyalı Manaf Əsədə qalib gəldi.
Son “qızıl” Əzizovdan gəldi
Bakı İdman Sarayında taekvondo üzrə mübarizə sona çatdı. Məhəmməd Məmmədov (63 kq) indoneziyalı İbrahim Zarman (9:2) və mərakeşli Ömər Xəyyamini (26:10) rahat üstələsə də, yarımfinalda qazax Alimcan Serikbayevlə gərgin keçən döyüşdən məğlub ayrıldı – 7:8. Beləliklə, gənc taekvondoçumuz “bürünc”ü boynundan asdı. Səid Quliyev (74 kq) startda surinamlı Toş van Diykə yenildi - 17:19. Ramin Əzizov (87 kq) debütdə iordaniyalı Anas Sadekdən güclü oldu - 27:8. Həmyerlimiz yarımfinalda türk Sərdar Yüksələ də aman vermədi – 13:5. Cənublu taekvondoçu finalda iranlı Əhməd Məhəmmədiyə 16:13 hesabıyla qalib gələrək himnimizi səsləndirdi. Mübarizəyə 1/4 finaldan qoşulan Dərya Şkurko (62 kq) elə ilk döyüşündə mərakeşli Sukayna El-Auniyə uduzdu - 8:10.
Üç dəfə himni səsləndirdilər
Heydər Əliyev adına İdman-Konsert Kompleksində yunan-Roma güləşi üzrə yarış başa çatdı. İlk gündə çıxış edənlərlə müqayisədə dünən döşəyə çıxanlar daha yüksək nəticə göstərdi. Kamran Məmmədov (66 kq) iranlı Mehdi Zeydivand (6:0), özbək Mirzəbəy Raxmatov (6:0) və qırğız Janat Kyilbayevə (9:0) xal verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Elvin Mürsəliyev (75 kq) iranlı Rəsul Qarmsiri (6:1), qırğız Kayratbəy Tuqolbayev (3:2) və türk Furkan Bayraka (1:0) qalib gələrək çempionluq sevinci yaşadı. İslam Abbasov (85 kq) iranlı Mehdi Fallah Həmidabadi (2:1), qırğız Azat Beişebekov (3:1) və türk Əli Çingizi (3:1) üstələyərək növbəti “qızıl” sahibi oldu. Ancaq eyni uğuru Sabah Şəriəti (130 kq) təkrarlaya bilmədi. Startda pakistanlı Əkrəm Musab Xana (9:0) heç bir şans tanımayan Olimpiadanın bürünc medalçısı yarımfinalda özbək Mumincan Abdullayevə müqavimət göstərə bilmədi - 0:8. Şəriəti bürünc medal uğrunda görüşdə suriyalı Raja Alkradı birnəfəsə yendi – 9:0.
Türklər dirəşsə də...
AZƏRBAYCAN – Türkiyə 3:1 (25:12, 23:25, 25:20, 25:21)
Azərbaycan: Polina Rəhimova – 25, Odina Bayramova – 17, Yelizaveta Səmədova – 15, Aynur Kərimova – 10, Ayşən Abduləzimova – 6, Kseniya Poznyak – 2, Ceyran Əliyeva – 1, Kristina Yaqubova – 1, Valeriya Məmmədova, Alyona Həsənova, Yana Kulan, Yekaterina Jidkova, Oksana Kiselyova, Şəfaqət Həbibova.
Baş məşqçi: Faiq Qarayev.
Türkiyə: Nursevil Aydınlar – 18, Meliha İsmayıloğlu – 17, Su Zent – 9, Melike Yılmaz – 7, Yağmur Kılıc – 7, Arelya Karasoy - 1, Bihter Dumanoğlu, Gizem Aşcı, Rida Erlalelitepe, Ada Germen, Humay Topaloğlu, Naz Şimşək, Cemre Erkül, Melis Kara.
Baş məşqçi: Cihan Cintay.
Hakimlər: Nuri Malihe (İran), Nasir Zebar (Əlcəzair).
18 may. “Kristal Zal”.
“Kristal Zal”da boksla yanaşı, qadın voleybolunun da son akkordları vuruldu. Qırğızıstan Tacikistana çətinlik çəkmədən qalib gələrək bürünc medalı qazandı – 3:0 (25:10, 25:12, 25:16). Finalda isə yığmamız Türkiyə ilə münasibətləri aydınlaşdırdı. Bu oyuna maraq böyük idi. 1000-ə yaxın tamaşaçının izlədiyi qarşılaşmaya Röya Ayxan və Tünzalə Ağayeva kimi ulduz elçilər, tanınmış idman xadimləri, deputatlar və başqa rəsmi şəxslər də təşrif buyurmuşdu. Olduqca yüksək ab-havada keçən matçın ilk setin əvvəlindən sonuna qədər millimiz dominantlıq etdi. Ancaq 2-ci setdə gənc türk voleybolçular boy göstərdi. Rəqibin hesabda 4-5 xal fərqiylə önə çıxmasında voleybolçularımızın qəbulda və servislərdəki səhvlərinin də rolu az deyildi. Polina Rəhimova sərt servisləriylə fərqi azaltsa da, seti xilas etmək mümkün olmadı. 3-cü setə inamlı başlayan millimiz ara-sıra rəqibin blokuna “ilişsə” də, bu seti hesabına yaza bildi. 4-cü setin əvvəllərində orta oyunçularımız məhsuldarlığıyla seçilirdi. Hesab 20:14 öndə olarkən sanki komandamızda arxayınlıq yarandı. Konsentrasiyanı itirən voleybolçularımız ardıcıl səhvlərə yol verdi. Ancaq Faiq Qarayevin götürdüyü fasilə yığmanı ayıltdı. Yelizaveta Səmədovanın hücumdakı dəqiqliyi və Rəhimovanın son nöqtəni qoymasıyla çempionluq gəldi. Oyundan sonra maraqlı bir məqam diqqətimizi çəkdi. Voleybolun yazılmamış qaydalarına əsasən, start ərəfəsində olduğu kimi, finişdən sonra da voleybolçular tor önündə bir-birinə əl verir. Türklərin uzun müddət toplaşıb söhbət etməsi onları gözləyən Odina Bayramovanı özündən çıxartdı. Onları tələsdirməsi Nursevil Aydınların xoşuna gəlmədi. “17 nömrə”nin kəskin reaksiya verməsi kapitanımızın türklərlə görüşdən imtina etməsiylə nəticələndi. Medalları İSSF-nin baş katibi Faysal Əbdüləziz Əl-Nassar, gənclər və idman naziri Azad Rəhimov, AVF-nin prezidenti Cavid Qurbanov və MOK-un 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə təqdim etdi. Sonda yığma üzvləri və məşqçilər korpusu yallı getməklə çempionluğu qeyd etdilər.
Reaksiyalar
Cavid Çələbiyev: “Bu turnirdə çətin döyüşüm olmadı. Qızıl medal qazanıb millətimizi sevindirdim. Çox sevinirəm. Şükürlər olsun, məşqlərdə çəkdiyim əziyyət boşa getmədi. Yeni baş məşqçimizdən razıyam. Biz əsasən texnika üzərində işləyirik. Çünki fiziki cəhətdən problem yoxdu. Ancaq boksda indi fiziki hazırlıq daha önəmlidi. Bu il Avropa və dünya çempionatında da uğur qazanmağa çalışacam. Tokio Olimpiadasında da 60 kq-da çıxış etməyə çalışacam. Bu çəkiyə uyğunlaşmaq mənim üçün problem olmadı. Bu çəkidə ilk böyük yarışımdan qələbəylə ayrıldım”.
Məhəmməd Məmmədov: "Yarımfinalda sona 3 saniyə qalmış məğlub oldum, çox məyusam. Gələcəkdə səhvlərimin üzərində işləyəcəm. Qarşıdan dünya çempionatı gəlir. Ora hazırlaşacam və çempion olmağa çalışacam".
Faiq Qarayev: “Komandamızı təbrik edirəm. Gözəl oyun sərgiləyərək qələbə qazandıq. Valeriya Məmmədovanın zədəsi var idi. İynə gücünə meydançaya çıxmışdı. Çünki komandaya lider oyunçu lazım idi. Tribunalara xeyli azarkeşin toplaşması bizi çox sevindirdi. Bildiyiniz kimi, ayın sonunda dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayacağıq. Üç gün sonra Bolqarıstana yollanacağıq. Orda yerli yığmayla 4 yoxlama oyunu keçirəcəyik. Mayın 28-də vətənə qayıdacağıq. Heç sevinməyə də vaxtımız yoxdu. Oyunlarımızı işıqlandıran mətbuat nümayəndələrinə minnətdarlığımızı bildirirəm. Məşqçi üçün ayrılan mükafatı gənc köməkçilərimlə bölüşəcəm. Yəqin ki, federasiya prezidenti Cavid Qurbanovun da mükafatı olacaq”.
Aynur Kərimova: “Finalın çətin keçdiyini düşünmürəm. Sadəcə, 2-ci seti öz səhvlərimizdən uduzduq. Arxayınlıqdan söhbət gedə bilməz. Topun qəbulunda diqqətsizliyə yol verdik. Turnirdə çıxışımdan razı qaldım? Blokda inamlı çıxış etməsəm də, hücumda yaxşı oynadım. Əsas problemimiz servislərdi. Topu oyuna daxil etmək üzərində çox işləməliyik. Həmçinin Kseniya Yaqubovanın yığma üzvlərinə tam uyğunlaşmasına ehtiyac var. Şəfaqət Həbibova hələ hazır deyil. Dizindən əməliyyat olunduğu üçün təxminən 1 aya bərpa olacaq. Səhvlərimizi aradan qaldırsaq, seçmə mərhələni də uğurla başa vuracağıq”.
Cihan Cintay: “İlk setdə pis oynadıq. Xüsusən də blokda zəif çıxış etdik. Voleybolçularımız gəncdi. Çox sadə səhvlərə yol verdilər. Ancaq 2-ci setdə toparlandıq. Hər iki komandanın səviyyəli voleybolçuları var. Azərbaycanı təbrik edirəm. Heç vaxt hakimlik haqda danışmamışam. Çünki adətən, ev sahibinə simpatiya olur. Amma bu qədərini ilk dəfə gördüm. Ancaq Azərbaycanın hakim gücünə qalib gəldiyini də iddia etmirəm. İlk matçda hakim dəstəyi olmamışdı. Bu oyunda kritik anlarda bağışlanmaz hakim səhvləri oldu. Bu turnirdə “çelenc” sistemi olmadığından mübahisəli epizodlarla bağlı videogörüntü hüququndan yararlana bilmədik. Bu heyətimizdə U-23 dünya çempionatına qatılacaq voleybolçuların bəzisi yer almışdı. Bir çox oyunçumuz əsas komandayla birgə seçmə mərhələyə hazırlaşır. Çempionatımızın səviyyəsi yüksəkdi. Bu üzdən güclü voleybolçular yetişir. Bu voleybolçuların, demək olar ki, hamısı gələcəkdə əsas yığmanın üzvünə çevrilmək gücündədi”.
Medal sıralaması
1. Türkiyə 60 52 43 155
2. AZƏRBAYCAN 59 33 24 116
3. İran 16 22 29 67
4. Özbəkistan 14 14 26 54
5. Əlcəzair 7 12 16 35
6. İndoneziya 6 25 20 51
7. Misir 6 4 7 17
8. Bəhreyn 6 2 3 11
9. Mərakeş 4 3 9 16
10. İordaniya 3 1 11 15
11. Səudiyyə Ərəbistanı 3 0 6 9
12. Türkmənistan 2 4 5 11
13. İraq 2 4 3 9
14. Qırğızıstan 2 3 7 12
15. Qazaxıstan 2 2 6 10
16. Suriya 1 2 6 9
17. Kamerun 1 2 4 7
18. Tunis 1 1 8 10
19. Qətər 1 1 5 7
20. Banqladeş 1 1 0 2
20. Qambiya 1 1 0 2
22. Benin 1 0 1 2
22. Seneqal 1 0 1 2
24. Oman 0 2 3 5
24. Pakistan 0 2 3 5
26. Qayana 0 1 2 3
26. BƏƏ 0 1 2 3
28. Cibuti 0 1 1 2
29. Nigeriya 0 1 0 1
29. Uqanda 0 1 0 1
31. Kot d’İvuar 0 0 3 3
32. Surinam 0 0 2 2
33. Livan 0 0 1 1
33. Malayziya 0 0 1 1
Qeyd: 1 – sıra nömrəsi, 2 - ölkə adı, 3 - qızıl, 4 - gümüş, 5 – bürünc, 6 – cəmi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar