18 may 18:15idman

İslamiadada bunu da gördük: rəqiblər eyni rəngli formada yarışdı

İslamiadada bunu da gördük: rəqiblər eyni rəngli formada yarışdı
Taekvondo və atletikada iddialı start

Mayın 16-da İslam Həmrəyliyi Oyunlarında 9 (ağır atletika, atletika/para atletika, boks, atıcılıq, üzgüçülük, taekvondo, tennis, su polosu) növ üzrə mübarizə baş tutdu. Həmin gün təmsilçilərimiz 13 medal - 8 “qızıl”, 1 “gümüş” və 4 “bürünc” qazandı.

Rövşən uğursuz gedişə “dur” dedi
Başlayaq ağır atletikadan. Əfqan Bayramov (77 kq) ümidləri doğrultmadı. Birdənqaldırma 132, təkanlaqaldırmada 165 kq-ı başı üzərinə qaldırdı. Toplamda 297 kq-lıq nəticəylə yalnız 9-cu ola bildi. 85 kq-da Ceyhun Tağızadə və Kamran İsmayılov mübarizə apardı. İsmayılov birdənqaldırmada 142, təkanlaqaldırmada 170 kq-ı ram etdi. O, toplam 312 kq nəticə ilə 7-ci yeri tutdu. Tağızadə birdənqaldırmada 148, təkanlaqaldırmada 176 kq-ı hesabına yazdı. O, toplam 325 kq nəticə ilə 4-cü pillədə qərarlaşdı. 94 kq-da da iki təmsilçimiz “körpücüy”ə çıxdı. Nailxan Nəbiyev birdənqaldırmada 162, təkanlaqaldırmada 198 kq-ın öhdəsindən gəldi. Ümumilikdə əldə etdiyi 360 kq ona 7-ci yeri tutmağa imkan verdi. Maraqlıdı ki, son ölkə çempionatında Nəbiyevdən geri qalan Rövşən Fətullayev İslamiadada Nailxandan daha yaxşı çıxış etdi. Təcrübəli atlet birdənqaldırmada 165, təkanlaqaldırmada isə 211 kq-ı ram etdi. Toplamda 376 kq Fətullayevə bürünc medal qazandırdı. Bununla da Rövşən uzun fasilədən sonra beynəlxalq yarışlardakı uğursuzluğa son qoydu.

BOS-da məhsuldar start
Həmin gün Bakı Olimpiya Stadionunda atletika və paraatletika üzrə mübarizəyə start verildi. Atletlərimizdən Anna Skidan diski 75,29 metrə ataraq bütün rəqiblərini qabaqladı. Yekaterina Sarıyeva isə üçtəkanla tullanmada 12,81 metr nəticəylə “bürünc”ü boynundan asdı. Paraatletikada nəticələr daha yüksək oldu. Oloxan Musayev nüvəni 11,86 metrə ataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Samir Nəbiyev isə başqa əlillik kateqoriyası üzrə nüvə itələmədə fərqləndi. Həmyerlimiz 13,95 metrlik nəticəylə çempionluq sevinci yaşadı. Yelena Çebanu 100 metr məsafəni 12,09 saniyəyə qət edərək İslamiadanın qalibi oldu.

Lunyov “qızıl”dan doymadı
Ruslan Lunyov 4-cü qızıl medalını 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçmada qazandı. İradə Aşumovanın oğlu 240,7 xal toplamaqla rəqibləri üçün əlçatmaz oldu. Rəsul Məmmədov və Tahir Əhmədzadə təsnifat mərhələsini keçə bilmədi. Qadınların analoji yarışında isə Nigar Nəsirova 3-cü yeri tutdu. Həmyerlimiz 211,5 xal yığaraq “bürünc”ü boynundan asdı. Zərifə Qasımova 171 xalla ilk “5-liy”i qapadı.

İki boksçumuz sıradan çıxdı
“Kristal Zal”da keçirilən boks yarışında Elvin İsayevin (64 kq) debütü uğurlu alınmadı. O, 1/4 finalda özbək Aliyar Nuraliyevə uduzdu. Məsud Yusifzadə (52 kq) də Özbəkistan təmsilçisiylə bacarmadı. Yusifzadənin yarımfinala yolunu Abrorcan Kadırov bağladı. Əvəzində Kamran Şahsuvarlı (75 kq) türkiyəli İhsan Ərdoğana, Rauf Rəhimov (81 kq) isə pakistanlı Əli Xana qalib gələrək, ən azı bürünc medalı özləri üçün təmin etdilər.

Qadınlar da fərqləndi
Mayın 16-sı Maksim Şemberov üçün də uğurlu alındı. Legioner üzgüçü batterflay üsuluyla 200 metr məsafəyə üzməkdə 1:57,72 dəqiqəlik nəticəylə növbəti “qızıl”ını qazandı. Şemberov 800 metr məsafəyə sərbəst üsulla üzməkdə də rəqib tanımadı. Finişə 7 dəqiqə 54,34 saniyəyə çatmaqla hamını qabaqlayan Maksim cari İslamiadada 4-cü titulunu bayram etdi. Qadın üzgüçülərdən ibarət komandamız da fəxri kürsüyə qalxdı. Alsu Bayramova, Yuliya Stasyuk, İlahə Raciyeva və Fatimə Əlkərimovadan ibarət “4-lük” 4x100 kompleks üzməkdə 4 dəqiqə 8,37 saniyəlik nəticəylə 3-cü yeri tutdu.

Türk türkü yendi
Bakı İdman Sarayında taekvondo yarışına start verildi. Qaşım Maqomedov (54 kq) startda pakistanlı Umar İqbalı çox rahat üstələdi - 26:6. Ancaq 1/4 finalda özbək Şukrob Bobobekovla görüş olduqca gərgin mübarizə şəraitində keçdi - 22:22. Maqomedov əlavə edilmiş dəqiqələrdə qızıl xalla qalib gəldi. Qaşım yarımfinalda Dəniz Dağdelendən 6:0 hesabıyla üstün olarkən, Türkiyə təmsilçisi zədələnərək döyüşü davam etdirə bilmədi. Yığma üzvünün finalda iranlı Mehdi Eşaqi ilə dueli də dramatik alındı. Əsas vaxtda qalib müəyyənləşmədi - 21:21. Əlavə edilmiş vaxtda rəqibin dəqiq zərbəsi Maqomedovu gümüş medalla kifayətlənməyə məcbur etdi. Yaprak Eriş (57 kq) pakistanlı Farsin Hamdaniyə (29:3), iranlı Tayebeh Parsaya (14:12) və türk Dürdanə Altunelə (5:4) qalib gələrək himnimizi səsləndirdi. Fizam Mehtiyev (58 kq) 1/8 finalda özbək Niyaz Pulatova uduzdu - 7:11.

Erkən finiş
Həmin gün tennisdə kişilər arasında fərdi mübarizəyə start verildi. Komanda yarışında olduğu kimi, fərdi mübarizədə də təmsilçilərimiz sürprizə imza ata bilmədi. İlk mərhələdə Rəsul Qocayev Fahad Əl-Saada (Səudiyyə Ərəbistanı) uduzdu – 1:6, 1:6. Xorvat legioner Filip Nikoliç isə türkmənistanlı Georgi Poçaya boyun əydi – 4:6, 6:2, 6:7.

Favoritlər büdrəmədi
Su polosunda daha iki oyun geridə qaldı. İran İndoneziyanı darmadağın etdi – 15:7. Türkiyə isə Səudiyyə Ərəbistanına heç bir şans tanımadı – 16:5. Həmin gün yığmamızın reqlamentə uyğun istirahət etdiyini də nəzərinizə çatdıraq.

Fələstinə acımadılar
AZƏRBAYCAN – Fələstin 3:0 (25:14, 25:16, 25:12)
Azərbaycan: Rəsul İbrahimov – 17, Vüqar Bayramov – 8, Dmitri Baranov – 7, Yusuf Erdem – 5, Cavid Süleymanov – 5, İvan Kazaçkov – 5, Tural Həsənli – 3, Pərviz Səmədov – 2, Kənan Allahverdiyev, Miloş Hebda, Dmitri Obodnikov, Bartolomey Lipinski, Aleksey Çervyakov, Emil Abdullayev.
Baş məşqçi: Fərid Cəlalov.
Fələstin: Mayd Kittana – 9, Xalid Qaddumi – 6, Ömər Abid Fuqahaa – 3, Abdullah Alattar – 3, Məhəmməd Radvan – 2, Osama Şavanna – 1, Məhəmməd Əhməd.
Baş məşqçi: Munir Əl-Talahmeh.
Hakimlər: Yaqub Alsabt (Səudiyyə Ərəbistanı), Nasir Zebar (Əlcəzair).
16 may. “Kristal Zal”.
Əvvəlcə ölkəmizə gəlməkdən imtina edən Fələstinin kişilərdən ibarət yığması son anda fikrindən daşındı. Ancaq İsrailin qurduğu blokada şəraitində yaşayan ölkənin komandası Bakıya yarımcan heyətlə gəlib. Təsadüfi deyil ki, heyətdə 14 yox, cəmi 7 voleybolçu var. Bu da yəhudilərin qalan oyunçulara viza verməməsiylə bağlıdı. Gözlənildiyi kimi, yığmamız çətinlik çəkmədən ərəblərə qalib gəldi. Fələstinlilər yalnız ilk setin əvvəllərində başabaş mübarizə apara bildi. İlk texniki fasilədən sonra səviyyə fərqi üzə çıxdı. Millimizin baş məşqçisi bu qarşılaşmada Lipinski, Hebda və Obodnikov kimi əsas heyət üzvlərinə şans verməyə ehtiyac görmədi. Diqqətimizi bir məqam da çəkdi. Kifayət qədər azarkeşin maraq göstərdiyi qarşılaşmada tərəflər meydana yaşıl rəngli formayla çıxmışdı. Ola bilər, fələstinlilər maddi problem üzündən yalnız bir formayla Bakıya gəlib. Amma yığmamızın 3 rəngdə (göy, qırmızı, yaşıl) geyim dəsti var. Rəqibin hansı formada meydana çıxacağını öyrənib, göy və ya qırmızı geyim dəstini seçmək lazım idi. Yalnız komandaların geyimlərindəki nömrələrin rəngləri fərqlənirdi. Görünür, bu məsələdə də “yolaverdi təşkilatçılıq” sözünü dedi.
Həmin gün kişilərin yarışında daha bir oyun keçirildi. B qrupunda İran Mərakeşə qalib gəldi – 3:0 (25:15, 25:23, 25:11). Qadınların turnirində isə Qırğızıstan Tacikistanı məğlub etdi – 3:1 (25:23, 20:25, 25:16, 25:6).
**
Reaksiyalar
Fərid Cəlalov: “Fələstin yığmasının əvvəl yarışa qatılmaqdan imtina edib, sonradan Bakıya gəlməsi planlarımızı pozmadı. Onlar gəlməsəydi belə, bu gün iki dəfə məşqə çıxacaqdıq. Bizim üçün fərqi yoxdu. Heyətə 3 yeni legioner qoşulub. Onlardan ikisi polşalı, biri türkdü. Polşalılar mayın əvvəlində, İslamiadanın startından bir həftə əvvəl düşərgəmizə gəlib. İsrail toplanışında iştirak etməsələr də, Sloveniyada komandayla birgə hazırlıq keçdilər. Müəyyən qədər komandaya uyğunlaşdıra bilmişik. Türkiyəli voleybolçu bir aydan çoxdu millimizdə hazırlıq keçir. Ancaq hələ də “relsə düşə bilməyib”. Mənim istədiyim səviyyədə deyil. Bartolomey Lipinski əvvəllər diaqonal voleybolçu olub. İndi 4-cü zona hücumçusu kimi çıxış edir. Qəbulu bir az zəifdi. Miloş Hebdanın servisləri qarşılamasından isə razıyam. Polşanın voleybol ənənələri zəngindi. Yaxşı məktəb keçiblər. Səviyyələrinə görə bizimkilərdən fərqlənirlər. Ancaq təbii ki, onların da müəyyən səhvləri olur. Voleybolda səhvsiz olmur. B qrupunun çətin olduğunu deyirlər. Ancaq biz Sloveniyada 3 dəfə Səudiyyə Ərəbistanına qalib gəldik. Bizim qrup da asan deyil. Türkiyə ilə necə çətin oyun keçirdiyimizi bütün tamaşaçılar gördü. Hərçənd bu görüşü televiziyada göstərmədilər. Çox ağır görüş oldu. Heç bəlkə final qarşılaşması belə gərgin mübarizə şəraitində keçməyəcək. B qrupunda İranla Əlcəzairin 1-2-ci yerləri bölüşəcəyini düşünürəm. Bəzi komandalar çox zəif, bəziləri çox güclüdü. Bu da voleybolçuların çıxışına mənfi təsir göstərir. Məsələn, bu gün Fələstini böyük hesabla məğlub etsək də, komandamın oyunundan razı qalmadım. Voleybolçular görəndə ki, zəif rəqibdi, cəmi 7 oyunçusu var, istər-istəməz konsentrasiyanı itirir. Matçlarda bütün voleybolçulara şans tanıyıram. Hələ ki ümidlərimi doğruldurlar”.
Munir Əl-Talahmeh: “Bu oyun bizim üçün çox yaxşı oldu. Heyətimizdə gənc voleybolçular çoxdu. Onların səviyyəsi elə də yüksək deyil. İsrail hökuməti bəzi oyunçularımızı ölkədən çıxmağa qoymadı. Onlara viza verilmədi. Necə acınacaqlı vəziyyətdə yaşadığımızı bilirsiz. Bu üzdən Bakıya son anda və cəmi 7 voleybolçu ilə gəlmişik. Azərbaycana və xalqına bizi xoş qarşıladığı üçün minnətdarıq. Biz dostuq və bu da İslam həmrəyliyinin bir nümunəsidi”.
Yaprak Eriş: “Hər şey çox gözəl idi. Azərbaycan xalqı mənə əla dəstək oldu. Onlara minnətdaram. Hədəfim həmişə qızıl medal qazanmaq olub. Bu yarışa da həmin niyyətlə qatılmışdım. Odu ki, çempionluq mənim üçün gözlənilməz olmadı. Finalda həmyerlim Dürdanə Altunellə qarşılaşdım. Həlledici görüşdə həyəcanım ikiqat çox idi. Amma qələbə qazanaraq özümü isbatladım. Bu qalibiyyətlə yaxşı ki, Türkiyədən Azərbaycana transfer olunduğumu göstərmək istədim. Türkiyə yığmasından təklif gəlsə də, ora dönmərəm. Koreyada keçiriləcək dünya çempionatına da iddialı qatılacam. Məqsədim dünya çempionu olmaqdı. Olimpiadaya isə hələ çox var”.
Rövşən Fətullayev: “İslam Həmrəyliyi Oyunlarına hazırlığı Tofiq Heydərovun sayəsində “AAAF Park” Yaşayış Kompleksində keçdim. Həqiqətən də o, federasiyaya gələndən sonra çox işlər görülüb, qazanılan medalların sayı artıb. Mən burdan federasiya prezidenti Cahangir Əsgərova da minnətdarlığımı bildirirəm. Bu gün onu gördüm, çox qürurlandım. Mükafatlandırma mərasimində medalı mənə o təqdim etdi və dedi ki, Olimpiadada görüşərik. Məşqçim Hafiz Süleymanova da təşəkkürümü bildirirəm. O, mənimlə çox əziyyət çəkdi. Rəqiblərim də çox güclü idi. Özbəkistan və İran təmsilçilərini xüsusən qeyd etmək olar. Əsas rəqiblərimdən biri də Misir idmançısı idi. Şükürlər olsun ki, gücümü göstərdim və medal qazandım”.
Qaşım Maqomedov: “Finalda məğlub olduğum iranlı rəqibim çox güclü idi. Bacardığım qədər döyüşdüm. Azarkeşlər mənə yaxınlaşıb şəkil çəkdirirlər. Elə təəssürat yarandı ki, sanki olimpiya çempionuyam. Bu çox xoş hisslərdi. İslamiada çox yüksək səviyyədə keçir”.
Niyaməddin Paşayev: "Qaşım qələbənin biraddımlığında məğlub oldu. Hələ gəncdi. Onun məğlubiyyəti təcrübəsizliyindən irəli gəldi. Qarşıdan dünya çempionatı gəlir. Burda etdiyi xırda səhvləri orda təkrarlamaz. Taekvondoçularımız çox gərgin görüşlər keçirdi. Zəif rəqib yoxdu. Sistem yenidi. Burda elektron dəbilqədən istifadə olunur. Qaşımın qalib gəldiyi rəqiblər də, məğlub olduğu idmançı da çox güclü idi. Təcrübəli idmançılarımızın görüşləri qarşıdadı. Bu gün yaşadığımız sevincin davamı gələcək. Mən buna inanıram”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar