18 may 18:11idman

“Qızıl”ın sayı 50-yə çatdı

“Qızıl”ın sayı 50-yə çatdı
Dünən İslamiadada daha bir neçə növdə mübarizə baş tutdu. Ağır atletika, atıcılıq və üzgüçülük üzrə mübarizə başa çatdısa, stolüstü tennis və güləş yarışları başladı. Əsas məhsuldarlıq taekvondoda qeydə alındı.

Son gündə fərqlənən olmadı
Dünən ağır atletika yarışına yekun vuruldu. Son yarış günündə hesabımıza medal yazılmadı. Fidan Əbdürrəhmanova (90 kq) birdənqaldırmada 60, təkanlaqaldırmada isə 70 kq-ı ram etdi. Toplamda 135 kq-la 7-ci yeri tutdu. Azər Məmmədli (+105 kq) birdənqaldırmada 168, təkanlaqaldırmada isə 211 kq-ı başı üzərinə qaldırdı. O, toplamda hesabına yazdığı 379 kq-lıq nəticəylə ilk “5-liy”i qapadı.

Daha üç çempionluq
Atletikada daha bir neçə medal qazanıldı. Üçtəkanla tullanmada Nazim Babayev 17,15 metrlik nəticəylə qızıl medala yiyələndi. Rahib Məmmədov 110 metr məsafəyə sədlərlə qaçışda 14,18 saniyə nəticəylə “gümüş”ü boynundan asdı. Paraatletikada Oloxan Musayev yenə sözünü dedi. Bir gün əvvəl nüvəitələmədə 1-ci yeri tutan həmyerlimiz bu dəfə lövhəatmada 3-cü oldu. O, lövhəni 40,49 metr məsafəyə ata bildi. Samir Nəbiyev də 2-ci medalını bayram etdi. O, fərqli kateqoriyada lövhəatma yarışında 45,17 metr nəticəylə çempion oldu. Elmir Cəbrayılov isə 100 metri hamıdan tez – 10,98 saniyəyə qət etdi.

Lunyov “beş” aldı
Atıcıların da mübarizəsinə yekun vuruldu. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük 10 metr pnevmatik tapança ilə atəşdə 1-ci yeri tutdu. Bununla da Lunyov 5-ci “qızıl”ını qazanaraq İslamiadada komandamızın heyətində rekorda imza atdı. Qarışıq komanda dairəvi stenddə də çıxış etdi. Emin Cəfərov - Nurlana Cəfərova cütlüyü gümüş medala sevindi.

Yalnız biri uduzdu
Boksda finalçılar müəyyənləşdi. Tayfur Əliyev (56 kq) özbək Abdulxay Şaraxmatova uduzaraq “bürünc”lə kifayətləndi. Yarımfinaldakı qalan boksçularımız finala yüksəldi. Cavid Çələbiyev (60 kq) qazax Sultan Zaurbəyi, Tamerlan Abdullayev (69 kq) bu ölkənin digər təmsilçisi İlya Oçkini, Kamran Şahsuvarlı (75 kq) mərakeşli Yuness Qarrumini, Rauf Rəhimov (81 kq) misirli Abdelrəhman Abdelqəvvədi, Teymur Məmmədov (91 kq) suriyalı Eldin Qussunu, Məhəmmədrəsul Məcidov (+91 kq) iordaniyalı Hüseyn İaşaişi üstələdi. Çələbiyev finalda iraqlı Ammar Kərbəlayi ilə, Abdullayev özbək Bobo-Usman Baturovla, Şahsuvarlı qazax Tursunbay Kulahmetlə, Rəhimov türkmən Arslanbəy Açilovla, Məmmədov türkiyəli Burak Akşinlə, Məcidov isə suriyalı Manaf Əsədlə münasibətləri aydınlaşdıracaq.

Çunayevdən gözlənilməz məğlubiyyət
Heydər Əliyev adına İdman-Konsert Kompleksində güləşsevərlərin həsrətinə son qoyuldu. Dünən 4 çəkidə yunan-Roma güləşçiləri mübarizə apardı. Murad Məmmədov (59 kq) startda iranlı Məhəmməd Nurbaxşla (4:10) bacarmasa da, qırğız Kanıbəy Yolçubəyova (5:3) və iordaniyalı Mustafa Alqadeyə (8:0) qalib gələrək 3-cü yeri tutdu. Rəsul Çunayev (71 kq) ondan titul gözləyənləri məyus etdi. Dünya çempionu debütdə cəmi 64 saniyəyə əlcəzairli Əkrəm Bucemlinin (8:0) işini bitirsə də, yarımfinalda iranlı Məhəmmədəli Qareylə bacarmadı – 5:6. Halbuki görüşün gedişində balakənli pəhləvan 5:0 öndə idi. Çunayev türk İlkər Sönməzə 4:1 hesabıyla qalib gələrək “bürünc”lə təsəlli tapdı. Rafiq Hüseynov (80 kq) qırğız Atabəy Azisbəyovla (5:1) əlcəzairli Baçir Sid Azaranı (10:1) sıradan çıxararaq finala yüksəldi. İranlı Yusif Qaderianla həlledici görüş 1:1 hesabıyla yekunlaşdı. Rəqib sonuncu xalı qazandığından Hüseynov “gümüş”lə kifayətləndi. Əvəzində
Orxan Nuriyev (98 kq) pakistanlı Tayab Raza (9:0), özbək Rüstəm Assakalov (5:0) və qırğız Uzur Cuzupbəyova (5:0) xal verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

“Bürünc”lə tamamladılar
Su İdmanı Sarayında üzgüçülük yarışına yekun vuruldu. Son gündə 4x100 m məsafəyə kompleks üsulu ilə üzmədə Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Raciyeva və Alsu Bayramovadan ibarət heyət 4 dəqiqə, 34,42 saniyə nəticəylə bürünc medal qazandı.

Bir gündə dörd “qızıl”
Taekvondoda 5 çəkidə qaliblər bəlli oldu. Ayxan Tağızadə (68 kq) əfqan Ruhulla Nikpa (28:14), Səudiyyə Ərəbistanı təmsilçisi Səud Almuvallad (18:9) və iranlı Seyidhüseyn Ehsanipetrudin (9:7) üzərində qələbə qazanaraq qızıl medal əldə etdi. Milad Beiqi Harçeqani (80 kq) Səudiyyə Ərəbistanı idmançısı Məcid Almabruk (21:2), iranlı Əlirza Dərvişpur (24:4) və türk Yunus Sarını (9:5) məğlub edərək çempion oldu. Radik İsayev (+87 kq) pakistanlı Adil Şahı (34:8) üstələdikdən sonra iordaniyalı Həmzə Kattanın zədə üzündən döyüşə çıxmaması nəticəsində finala yüksəldi. Özbəkistanlı Dmitri Şokinlə döyüş 8:8 hesabı ilə yekunlaşdı. Finalda qızıl xal hesabına İsayev 1-ci yeri tutdu.
Patimat Abakarova (49 kq) fələstinli Layan Cabir (19:7), iranlı Südabə Pursadiqi Şalmeyi (15:4) və qazax Aynur Yasbergenovaya (14:4) gücünü göstərərək himnimizi səsləndirdi. Fəridə Əzizova (67 kq) iranlı Parisa Cavadikuçaksarey (10:4) və özbək Nigara Tursunkulovanı (3:0) sıradan çıxararaq finala adladı. Ancaq həlledici görüşdə prinsipial rəqibi sayılan türk Nur Tatara 2:8 hesabı ilə yenilərək gümüş medalla kifayətləndi.

Legionerlər büdrəmədi
Dünən “Sərhədçi”də stolüstü tennis üzrə yarışa start verildi. Çinli legionerlər mübarizəyə qələbəylə başladı. Kişilərin yarışında Xinhanq Yu nigerli Oyo Onaolapo (4:1) və BƏƏ təmsilçisi Salah Albaluşini (4:0) məğlub etdi. Qadınların turnirində Miao Vanq fələstinli Əhd Menavidən (4:0), Jinq Ninq isə maldivli Şiura Şərifdən (4:0) güclü oldu.

Ərəblər yığmanı medalsız qoydu
Su polosunda da medalçılar müəyyənləşdi. Bu yarışın reqlamentinə əsasən 5 komandanın dairəvi sistem üzrə mübarizəsinin yekununda yığılan xallara əsasən fəxri kürsüyə qalxanlar müəyyənləşirdi. Yığmamız Səudiyyə Ərəbistanına qalib gəlsəydi, bürünc medal qazanacaqdı. Ancaq milli son oyunda ərəblərə uduzdu – 7:11. Çempionluğun taleyinin həll olunduğu Türkiyə - İran görüşü heç-heçə bitdi – 9:9. Top fərqinə əsasən qardaş ölkənin komandası çempion, cənub qonşularımız isə gümüş medalçı oldu.
1. Türkiyə 4 3 1 0 64-20 10
2. İran 4 3 1 0 51-32 10
3. Səudiyyə Ərəbistanı 4 2 0 2 34-40 6
4. AZƏRBAYCAN 4 1 0 3 28-52 3
5. İndoneziya 4 0 0 4 24-57 0

Kişilər yarımfinala, qadınlar finala yüksəldi
AZƏRBAYCAN – Türkmənistan 3:0 (25:21, 25:22, 25:22)
Azərbaycan: Bartolomey Lipinski – 15, Dmitri Obodnikov – 10, Miloş Hebda – 8, Vüqar Bayramov – 7, Rəsul İbrahimov – 6, Dmitri Baranov, Tural Həsənli – 4, Aleksey Çervyakov, İvan Kazaçkov, Cavid Süleymanov, Yusuf Erdem, Kənan Allahverdiyev, Emil Abdullayev, Pərviz Səmədov.
Baş məşqçi: Fərid Cəlalov.
Türkmənistan: Yrsqal Rəsulov – 13, Meret Jumayev – 9, Bəhram Rozmetov – 9, Dövlətgəldi Nuriyev – 8, Didar Nuriyev – 5, Mithun Quliyev – 5, Arslanbəy İskəndərov – 1, Usmanbəy Kalandarov – 1, Orazsahet Seyitgəldiyev, Allamurat Çarıyev, Ruslan Artikov, Qüdrət Ovezov.
Baş məşqçi: Sərdar Taşnazarov.
Hakimlər: Bəhruz Cəfəri (İran), Yaqub Alsabt (Səudiyyə Ərəbistanı)
17 may. “Kristal Zal”.
Kişilərdən ibarət voleybol yığmamız A qrupundakı son oyunu Türkmənistana qarşı keçirdi. Bu dəfə Fərid Cəlalov meydana əsas heyəti buraxmışdı. Gözlənilənlərin əksinə, türkmənlər görüşə daha yaxşı başladı. Rəqib hətta ilk setdə 14:10 hesabıyla öndə idi. Ancaq millimiz toparlanıb seti qazana bildi. İkinci setin ortalarına qədər təşəbbüs komandamızın tərəfindəydi. Ancaq ikinci texniki fasilədən sonra türkmənlər hesabda önə çıxdı. Yenə əzmkarlıq nümayiş etdirən voleybolçularımız bu seti də uğurla başa vurdu. Sonuncu set də ikincinin bənzəri oldu. Yenə sona yaxın Türkmənistan təşəbbüsü ələ keçirdi. Bir müddət xala-xal prinsipiylə keçən mübarizədə hücumçularımız qarşılaşmanın uzanmasına imkan vermədi. Beləliklə, yığma qrup qalibi kimi adını yarımfinala yazdırdı. Qrupumuzdakı digər oyunda Pakistan Fələstinə aman vermədi – 3:0 (25:8, 25:16, 25:15).
1. AZƏRBAYCAN 4 4 0 12-2 11
2. Türkiyə 3 2 1 8-5 6
3. Pakistan 3 1 2 5-6 4
4. Türkmənistan 3 1 2 3-6 3
5. Fələstin 3 0 3 0-9 0

AZƏRBAYCAN – Tacikistan 3:0 (25:6, 25:10, 25:6)
Azərbaycan: Yelizaveta Səmədova – 13, Yekaterina Jidkova – 12, Aynur Kərimova – 9, Odina Bayramova – 7, Ayşən Abduləzimova – 5, Kseniya Poznyak – 5, Kristina Yaqubova – 5, Polina Rəhimova – 4, Ceyran Əliyeva – 4, Yana Kulan – 1, Alyona Həsənova, Valeriya Məmmədova, Oksana Kiselyova, Şəfaqət Həbibova.
Baş məşqçi: Faiq Qarayev.
Tacikistan: Məleykə Dilavərşoyeva – 4, Azimə Abdurrəhmanova – 3, Məxfirət Nurova – 3, Nəzakət Nurova – 2, Zamiray Aşurzadə - 1, Safina Zoalşoyeva, Suxanoro Abdullayeva, Naimə Yarməmmədova, Muştari Jonalişoyeva, Şahnazə Nəzirova, Şükriyə Marodbekova.
Baş məşqçi: Ruxşona Tayqunşoyeva.
Hakimlər: Nuri Malihe (İran), Bülent Bozkurt (Türkiyə)
17 may. “Kristal Zal”.
Dünən axşam saatlarında qadınların voleybol yarışında finalçılar müəyyənləşdi. İlk yarımfinal oyununda Faiq Qarayevin yetirmələri Tacikistanı sınağa çəkdi. Gözlənildiyi kimi, komandamız çox rahat, sanki məşq edirmiş kimi rəqibə qalib gəldi. İkinci yarımfinal görüşündə isə Türkiyə Qırğızıstanı darmadağın etdi – 3:0 (25:9, 25:14, 25:12). Beləliklə, millimiz finalda qardaş ölkə təmsilçisiylə münasibətləri aydınlaşdıracaq. Qırğızıstan və Tacikistan isə bürünc medal uğrunda mübarizə aparacaq.

Reaksiyalar
Azad Rəhimov: “Kompleks yarışlarında gərginlik yüksək səviyyədə olur. Belə yarışlarda elə ab-hava olur ki, bəzən ən güclü idmançı ilk görüşdəcə uduzur, bəzən isə heç kimin gözləmədiyi biri qızıl medal qazanır. İdmançılar arasında gərgin mübarizənin getməsi bizi sevindirir.
28 ölkənin medal qazanması müsbət göstəricidi. İştirakçı ölkələrin 60 faizi medal qazanıbsa, bu, mübarizənin gərginliyindən xəbər verir. Azərbaycanla Türkiyə arasında gedən birincilik yarışı haqda konkret proqnoz vermək çətindi. Çünki onlar da bura güclü idmançılarla gəlib. İran, Türkiyə, Özbəkistan, Qazaxıstan ən yaxşı güləşçilərini bura gətirib. Birdən çox medal qazanan idmançılara mükafat hər medala görə ödəniləcək. Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz. Komanda idman növlərində medal qazananların əyarına uyğun mükafat ümumi komandaya veriləcək”.
Patimat Abakarova: “Heç bir döyüş asan keçmədi. Finalda rəqibim güclü idi. Son görüşdə bir az yorulmuşdum. Çox sevinirəm ki, qələbə qazandım. Federasiya rəhbərliyinə, hamıya təşəkkürümü bildirirəm”.
Ayxan Tağızadə: “Final döyüşüm çox çətin keçdi. Son rəqibim iranlı idi. Bilirsiz ki, taekvondoda iranlılar bizim kimi güclüdülər. Bir anlıq səhv etdim. Lakin şükürlər olsun, qalib gəldim. Ən böyük fanatım anamdı, medalı ona həsr edirəm. Anam bütün yarışlarıma baxır. Hətta kiminlə qarşılaşacağımı məndən əvvəl bilir. Müəllimlərimə, şəxsi müəllimim olan atam Əvəz Tağıyevə, qardaşım Fərid Tağızadəyə də təşəkkürümü bildirirəm”.
Tayfur Əliyev: "Uduzduğumu düşünmürəm. Məşqçilərim deyir ki, bir az ləng işlədim. Ancaq rinqdən sonra döyüşümü yenidən izlədim. Rəqibim mənə qalib gələcək bir şey etmədi. Dayanıb arada bir yumruq atırdı. Mən 5 yumruq vuranda, o birini vururdu. Vallah, başa düşə bilmirəm.
Bu boksçuyla 2012-ci ildə qarşılaşmış və ona qalib gəlmişdim. İndi də qələbə gözləyirdim. Bütün raundlarda üstünlük məndə idi. Özümdə bir səhv görə bilmirəm. Düzdü, bir az da “artırıb”, işləyə bilərdim. Ancaq hakimlərin qələbəni ona verməsi düzgün deyildi".

Medal sıralaması
1. Türkiyə 54 45 38 137
2. AZƏRBAYCAN 50 29 20 99
3. İran 14 17 23 54
4. Özbəkistan 8 12 23 43
5. İndoneziya 6 23 20 49
6. Əlcəzair 6 11 13 30
7. Misir 6 3 6 15
8. Bəhreyn 4 1 3 8
9. İordaniya 3 1 4 8
10. Səudiyyə Ərəbistanı 3 0 6 9
11. Mərakeş 2 2 5 9
12. Qırğızıstan 2 2 4 8
13. İraq 2 2 3 7
14. Türkmənistan 1 3 3 7
15. Kamerun 1 2 2 5
16. Qətər 1 1 4 6
17. Banqladeş 1 1 0 2
18. Tunis 1 0 8 9
19. Seneqal 1 0 1 2
20. Qambiya 1 0 0 1
21. Oman 0 2 3 5
21. Pakistan 0 2 3 5
23. Suriya 0 1 4 5
24. Qazaxıstan 0 1 2 3
24. BƏƏ 0 1 2 3
26. Qayana 0 1 0 1
26. Nigeriya 0 1 0 1
26. Uqanda 0 1 0 1
29. Kot d’İvuar 0 0 2 2
30. Benin 0 0 1 1
30. Cibuti 0 0 1 1
30. Livan 0 0 1 1
30. Surinam 0 0 1 1
Qeyd: 1 – sıra nömrəsi, 2- ölkə adı, 3- qızıl, 4 - gümüş, 5 – bürünc, 6 – cəmi.

Bu günün afişası
Taekvondo
09.00 Kişilər (63, 74 və 87 kq), qadınlar (62 və 73 kq)
Atletika/paraatletika
09.30 Qadınlar (200, 400, 5000 metr qaçış, 100 metr sədlərlə qaçış, nizə atma, uzunluğa tullanma, hündürlüyə tullanma), kişilər (100 metr qaçış (T11), nizəatma (F13), 200, 800 metr qaçış, 3000 metr maneələrlə qaçış, çəkicatma)
Güləş
10.00 Yunan-Roma güləşi (66, 75, 85 və 130 kq)
Voleybol
10.00 İran – Əlcəzair (B qrupu, kişilər)
12.30 Səudiyyə Ərəbistanı – Mərakeş (B qrupu, kişilər)
17.00 Qırğızıstan – Tacikistan (3-cü yer uğrunda oyun, qadınlar)
19.30 AZƏRBAYCAN – Türkiyə (final, qadınlar)
Tennis
10.00 Kişilər (fərdi, cütlük), qadınlar (fərdi, cütlük)
3x3 basketbolu
10.00 Kişilər və qadınlar (qrup oyunları)
Suya tullanma
10.00 Kişilər, 3 metr tramplindən tullanma
Stolüstü tennis
10.00 Kişilər və qadınlar (fərdi)
Futbol
12.30 AZƏRBAYCAN – Əlcəzair (yarımfinal)
18.30 Kamerun – Oman (yarımfinal)
Boks
16.00 49, 52, 56, 60, 64, 69, 75, 81, 91 və +91 kq (final)
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar